Məhkəmə qərarları › İş №e-2(031)-416/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-416/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-416/2025 02.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)-308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh xeyrinə üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 540 manat məbləğində alimentin miqdarının azaldılaraq hər ay cəmi 390 manat məbləğində ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən o, Cavabdeh xeyrinə üç uşağın saxlanılması üçün hər ay cəmi 540 manat sabit pul məbləği aliment ödəməkdədir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunanda “Azəriqaz” X8 Regional Qaz İdarəsində işləmiş və hal-hazırda X5 X14 İdarəsində əmək müqaviləsinə əsasən rəsmi olaraq qəza dispetçer xidmətində xətt baxıcısı peşəsində işləyir. Aylıq əmək haqqısı orta hesabla 600 manat təşkil edir. Qohumlarının köməkliyi ilə dolanır. Buna baxmayaraq, onun üçün 540 manat məbləğində aliment ödəməsi qət edilmişdir. Bu məbləğdə cavabdehə aliment ödəmək onun maddi imkanı xaricindədir. Hər ay bir uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat məbləğində alimentin tutulmasına heç bir etirazı yoxdur. Onun məhkəmə qərarına əsasən borcu və bundan başqa digər borcları da vardır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Şaban Rayon Məhkəməsinin 2(031)-55/2022 nömrəli mülki işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, İddiaçı hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 180 manat olmaqla, ümumilikdı 540 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 407253 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X7 arasında nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh sessiyada iştirak etməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Qusar 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində rüsum ödəmişdir. İş materiallarında olan Cavabdeh və "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, görünür ki, işçiyə hər ay 400 manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 28563 nömrəli qəbzdən görünür ki, Bakı Biznes və Kooperasiya Kollecinin hesabına X1 təhsil haqqı ödənişi ilə bağlı 1000 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır, həmin qətnamədən iddiaçı şikayət verməmişdir. Beləliklə, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 180 manat olmaqla, ümumilikdı 540 manat sabit pul məbləğində alimentin azaldılmasına heç bir zərurət yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. (bənd-8.13.) Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (bənd-8.13.) Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment usaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Həmçinin, İddiaçı maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı məhkəməyə də təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçının alimentin miqdarının azaldılması tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 50,60 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 (əlli) manat 60 (altmış) qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar