Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-723/2025 04.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı "alimentin sabit pultməbləğində tutulması və valideyinin uşağa görə əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı "alimentin sabit pulməbləğində tutulması və valideyinin uşağa görə əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması və əlavə olaraq övladları xx.xx.2024-cü il təvəllüdlü X1 uşağın üç yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan bir övladları xx.xx.2024-cü il təvəllüdlü X3 anadan olmuşdur. Övladı onun yanındadır. Onlar hal-hazırda cavabdehlə birgə yaşamırlar. Cavabdeh övladı ilə maraqlanmır. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, ona bir ana kimi çətin olur. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır. Cavabdeh evə ailəsinə baxmır. Övladının qayğısına qalmır. Buda onun üçün maddi cəhətddən çox çətin olur. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, onlar cavabdeh X5 ilə xx.xx.2023-cü il tarxidə ailə həyatı qurmuşlar. Birgə nigahdan xx.xx.2024-cü il təvəllüdlü X3 adlı qız övladları dünyaya gəlmişdir. Faktiki olaraq cavabdehlə ayrı yaşayırlar və uşaq cavabdehin yanındadır. Hal-hazırda Şabran Rayon Məhkəməsində hakim Könül Mirzəfərovanın sədrliyi ilə 2(031)-642/2025 saylı iş üzrə "Nigahın ləğvi, uşağın mənim yanımda saxlanılması və aliment təlbi " iddiası üzrə müraciətim mövcuddur. Ailə qurduqları ilk dövrdə münasibətləri yaxşı olsa da sonrada cavabdehin əxlaqsız hərəkətləri üzündən pozulmuşdur. Belə ki, ailə qurduqları ilk 2 ayda cavabdehin tik-tok sosial şəbəkəsində oğlanlarla danışmasından xəbər tutub ayrılmaq qərarına gəlsə də qaynanası onlara gəlmiş, qızının səhv etdiyini bildirmiş, bir də olmayacağ demişdir. Lakin sonradan cavabdehin telefonuna gələn yad kişi nömrələrindən olan zəng və sevgi dolu vatşap mesajları yenidən ailələrinə söz-söhbət salmış, yenə anası qızını bu dəfə də bağışlanmasını istəmiş, boşanmamaq üçün çox cəhd göstərmişdir. Sonuncu dəfə gecə saat 3-də ayılıb, Fidanın otaqda olmadığını gördükdə onu axtarmağa başlamışam. Qonşu otaqda hansısa yad kişi ilə telefonla danışdığını eşitmiş, otağa daxil olmaq istərkən qapının cırıltı səsini eşidib danışığı sonlandırmış, aralarında mübahisə düşmüş və səhər anası gəlib qızını aparmışdır. Fidan atasının evinə getdikdən sonra telefonu evdə qalmış və əsil məsələ bundan sonra ortaya çıxmışıdr. Telefonun Fidan olduğunu düşünən yazışıb-danışdığı kişilər yenidən yazmağa başlamış və sonradan dəhşətli faktlar ortaya çıxmışıdr. Belə ki, hələ də sayını tam bilmədikləri 100 -ə yaxın tanımadıqları, lakin həm Şabran rayonundan, həm digər Cəlilabad, Biləsuva, Hacıqabul və s rayondan olan kişilərlə tik-tokda tanış olmuş, onlarla sevgi münasibətləri, cinsi münasibətdə olmuşdur. Qeyd edir ki, Fidan bunları bilmirdi və əvvəlcə onu alimentlə hədələyirdi. Sonradan faktlar üzə çıxdıqdan sonra etdiklərini etiraf etmişdir. Fidan yad kişilərlə mesajlaşmaq, telefonla yazışmaqdan savayı onlara şəkillərini atmış, onlarla parkda görüşmüş, ən sonda isə lap irəli gedərək həmin adamları evə çağırmış, pəncərdən içəri salmış, cinsi əlaqədə olmuş və yenə də öz xain, əlaqsız hərəkətlərini dayandırmamışdır. Təəssüf ki, bütün bunları azyaşlı qız uşağının yanında etmiş və heç nədən çəkinməmişdir. Xahiş edir, iddiaçı X2 aliment tələbi rədd edilsin. İddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə məlumat verilsədə o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2024-cü ildə Sevgi adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikahla ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2024-cü ildə X3 adlı uşaqları anadan olmuşdur. Uşaq iddiaçının yanında yaşayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X1 üç yaşı tamam olanadək 40 manat əlavə xərc tutularaq iddiaçı X4 verilməlidir. İddianın 100 manat əlavə xərclərə cəlb olunması hissəsinin 60 manat hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X1 üç yaşı tamam olanadək 40 (qırx) manat əlavə xərc tutularaq iddiaçı X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-723/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-723/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver