Məhkəmə qərarları › İş №e-2(031)-94/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-94/2025

07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-94/2025 07.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat sabit məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat məbləğində aliment pulunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan iki övladları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Övladı xx.xx.2011-ci il təvəllüdlü X1 rayon məhkəməsinin qətnaməsinə əsasən onun himayəsinə verilmiş və onun yanındadır. xx.xx.2016-cı il təvəllüdlü X6 ilə görüşə bilmir. O, cavabdehlə uzun müddətrdir ki, ayrı yaşayır. Cavabdeh övladı ilə xeyli vaxdirki maraqlanmır. Övladıları hal-hazırda onun yanındadır. Cavabdehin imkanı yaxşı olsa da övladına baxmır. Ümumiyyətlə ayrı yaşayandan bəri heç gəlib maraqlanmır. Onun üçün uşağa tək baxmaq çətin olur. Övladının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Bu günə qədər övladının bütün təminatlarını özü ödəmişdir. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır. Ödəniş etmək istəmir. Uşaq tez-tez həkim müayinəsində olur. Hər ay uşağa baxmaq üçün tək tənha çətinlik çəkir. Əlavə gəlir yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə məlumat verilsədə o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir.Bu səbəbdəndə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şabran Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(031)-498/2022 saylı qətnaməsinə əsasən, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında 29 avqust 2009-cu il tarixdə Dəvəçi rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 295 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra 04 sentyabr 2011-ci il təvəllüdlü X7 və 05 iyun 2016-cı il təvəllüdlü X6 iddiaçı X2 yanında qalması qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(031)-611/2024 saylı qətnaməsinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X5 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-611/2024 saylı qətnaməsinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X7 atası İddiaçı yanında saxlanılmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar