Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1049/2023 05.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, ərizəçi Tələbkar MMC-nin maraqlı şəxs Borclu MMC-yə qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi Tələbkar MMC maraqlı şəxs Borclu MMC-yə qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar MMC ilə Borclu MMC arasında imzalanmış 13 mart 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi 22840.316 manat pul vəsaitinin və 400 manat mediasiya xərcinin Borclu MMC-dən alınaraq Tələbkar MMC-yə xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki işin materiallarından görünür ki, ərizəçi və maraqlı şəxs hüquq şəxslərdir və mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Qeyd edilən tələb üzrə ərizəçi Şirvan şəhər Məhkəməsinə deyil, məhkəmə aidiyyəti üzrə Kommersiya məhkəməsinə müraciət etməlidir. Sadalanan xüsusiyyətlara əsasən məhkəmə hesab edir ki, ərizə verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizənin qəbulundan imtina olunmaqla ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Tələbkar MMC-nin maraqlı şəxs Borclu MMC-yə qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi Tələbkar MMC-yə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1049/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1049/2023
05.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver