Məhkəmə qərarları › İş №e-2(032)-1137/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1137/2025

21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1137/2025 21.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onunla maraqlı şəxs Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşlar. İlkin mediasiya sesiayası zamanı maraqlı şəxslə imzalanmış xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”-nə əsasən, Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 üçün xx.xx.2025ci il tarixindən etibarən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və ümumi gəlirinin 50%-ni aliment olaraq xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürməsi barədə razılıq əldə olunmuş və aralarında barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişinin bağlandığı gündən 2 ay keçməsinə baxmayaraq barışqı sazişinin şərtləri Cavabdeh tərəfindən pozulur. Belə ki, o, saziş üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, uşaqların saxlanması üçün heç bir aliment ödəmir. Maraqlı şəxs Cavabdeh hərbiçidir, aylıq sabit maaş alır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq maraqlı şəxs İddiaçı nümayəndəsi və vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə gəlməmiş, elektron ərizə göndərərək məhkəmə iclasına başqa məhkəmədə eyni vaxtda təyin olunmuş iclas olduğundan gələ bilməyəcəyini, ərizəni müdafiə etdiyini və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh bildirdi ki, barışıq sazişi ilə müəyyən edilmiş alimenti özünün səhhətində problemələr olduğundan ödəyə bilməmişdir. Halhazırda hərbçi işləyir. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan : Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixdə MŞB/6-00271 saylı barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişin 2.1-ci bəndində əsasən ikinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlar xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və ümumi gəlirin 50%-ni aliment olaraq xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək ikinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı 6 saylı Mediasiya təşkilatı mediator X1 iştirakı ilə tərtib olunmuş birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-00271 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 6 saylı Mediasiya təşkilatı mediator X1 iştirakı ilə tərtib olunmuş birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-00271 barışıq sazişinin 2.1-ci bəndi aşağıdakı məzmunda təsdiq edilsin: “2.1. Tərəflər razılaşır ki, ikinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlar xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və ümumi gəlirin 50%-ni aliment olaraq xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək ikinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar