Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1191/2023 21.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızının iştirakı ilə, İddiaçının Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızından hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırılmışdır ki, o, Cavabdeh ailə həyatı quraraq nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmi qaydada Şirvan şəhər Qeydiyyat şöbəsində qeydiyyata aldırmışlar və bu barədə onlara nikahın bağlanması haqqında AZ-İ 902993 saylı şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X2 adlı bir övladları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan nikah münasibətləri formal xarakter daşıdığından, ər-arvad münasibətləri tamamilə pozulduğundan və bundan sonra da onların barışıb bir ailədə yaşamaqları qeyri-mümkün olduğundan, nikahın pozulması və uşağın atanın himayəsində saxlanması barədə qarşılıqlı iddia tələbi ilə Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-48/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq və aliment barədə iddia ərizəsi təmin edilməmiş, cavabdeh İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın yaşayış yerinin müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Uşaq hazırda onun himayəsindədir. Cavabdeh birgə nikah dövründə anadan olmuş uşağın saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən mediatora müraciət etmişdir. Mediasiya prosesində tərəflər arasında barışıq əldə edilmədiyindən, mediasiya prosesinin keçirilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızı iddianı qismən qəbul edərək izahatında bildirdi ki, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-48/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ъавабдещ İddiaçı гаршы uşaq və aliment barədə iddia ərizəsi təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın yaşayış yerinin müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində bağlanmış 251 saylı nikah qeydinin pozulması, onların birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə, iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 220 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən cavabdehdən hər ay uşağın saxlanılması üçün 110 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 02 avqust 2023-cü il tarixdən hesablanmaqla cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızından hər ay 110 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, mediasiya ilə bağlı İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan (110x12=1320) çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 33.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızından İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızından hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya ilə bağlı olaraq ödənilmiş 50 (əlli) manat rüsum cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızından tutularaq İddiaçı ödənilsin. Cavabdeh Bayramova (Vahidova) Ayşən Vüqar qızından 33.20 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 02 avqust 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1191/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1191/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver