Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1202/2024 17.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 622 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Sığorta şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. **********4 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 124730 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Rəsmi servis "xxxx" MMC tərəfindən təqdim edilən qiymətləndirmə aktına və hesab fakturaya əsasən, “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5722 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığına, əsasən sığortalanmış “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5722 manat məbləğində sığorta ödənişini rəsmi servis olan "xxxx" MMC-nin hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 100 manat azadolma məbləği çıxılmaqla qalan 5622 manat məbləğin 5000 manat hissəsi cavabdehin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmişdir. Qalan 622 manat hissə isə hələ də cavabdehin özü tərəfindən həm şifahi, həm də yazılı (pretenziya) müraciətə baxmayarq ödənilməmiş qalmışdır. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı Sığorta Şirkəti ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 622 manat (altı yüz iyirmi iki manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şirvan şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırmanın zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və subroqasiya borcunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul etmir. Hesab edir ki avtomobilə vurulmuş zərər 5722 manat məbləğində olmamış, bu səbəbdən də o sığorta şirkətinə pul ödəməli deyildir. İcbari sığorta haqqında Azərbaycan Respublikası qanununa görə avtonəqliyyat hadisəsi zamanı mülkiyyətə dəymiş ziyanın məbləği 5000 (beş min) manatdan artıq ola bilməz. Lakin sığorta şirkəti tərəfindən onun törətdiyi hadisə nəticəsində 5622 (beş min altı iyirmi iki yüz) pul hesablanmışdır. Eyni zamanda qeyd olunmalıdır ki Konstitusiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli icbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 56-cı maddəsinin həmin qanunun 10.2, 13.1, 13.2, 52.1 ve 58.3 maddələrinə uyğun olaraq həmin maddələrin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği sığorta üzrə sığorta işi açıldığı halda zərər çəkən zərərin sığorta məbləğindən artıq olan hissəsinin ödənilməsi zərər vurandan tələb edilə bilər. Eyni zamanda həmin qərarın 2-ci hissəsinə əsasən icbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 20.4, 56 ve 58 ci maddəsinə əsasən bir sığorta hadisəsinə görə ödənilən sığorta məbləği qanunla müəyyən edilmiş məbləğdən artıq ola bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki,Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan № **********4 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 124730 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, SİP 126637 saylı Hesab-fakturaya uyğun olaraq zərər məbləğindən nəzərdə tutulmuş 100 şərtsiz azadolma məbləği 09.06.23-cü il tarixdə İddiaçıSŞ ASC-yə ödənildiyindən sığorta ödənişi tam olaraq 5722 manat servisin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən qiymətləndirmə aktına və hesab fakturaya əsasən “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5722 manat ziyan dəymişdir. İş materiallarında olan 07 may 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh sığorta ödənişini 10 gündə İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsini, zərər məbləği qeyd edilən müddət ərzində ödənilməsə müvafiq iddia ərizəsi ilə məhkəmə orqanına müraciət ediləcəkdir. Məhkəmə iclasında müəyyən olunur ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilən qiymətləndirmə aktına və hesab fakturaya əsasən “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5722 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən sığortalanmış “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5722 manat məbləğində sığorta ödənişini rəsmi servis olan "xxxx" MMC-nin hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 100 manat azadolma məbləği çıxılmaqla qalan 5622 manat məbləğin 5000 manat hissəsi cavabdehin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 25.1-cı maddəsinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Həmin Qaydaların 25.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, “Toyota Rav 4” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5622 manat sığorta ödənişi vermiş iddiaçının zərərvurmuş Cavabdeh qarşı verdiyi sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb hüququ yarandığından, sığorta ödənişinin və dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. Cavabdeh 622 (altı yüz iyirmi iki) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-1202/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1202/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver