Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1254/2024 04.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 64 manat və Cavabdeh2 224 manat məbləğındə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərmaş MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 iyun 2021-ci il tarixli MAS-3841 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə Khazar LX markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdehlər lizinq obyekti olan Khazar LX markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün Azərmaş MMC-yə məxsus Khazar LX markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. X2 və BNA tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: 1. Cavabdeh1: İXP4250119 saylı protokola görə 64 manat. 2. Cavabdeh2: EQ8819676 saylı protokola görə 64 manat; EQ8819678 saylı protokola görə 64 manat; EQ8819677 saylı protokola görə 64 manat; EQ8819680 saylı protokola görə 32 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 288 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli MAS-3841 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı avtomobil verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq müqaviləsinin əsas məbləği 14750 manat təşkil edir. Lizinq alan bu müqaviləni imzaladığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürür. Qalan məbləğ 36 ay müddətinə illik 23 faiz dərəcəsində hesablanır. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq təhvil-təslim aktı imzalandığı vaxtdan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. xx.xx.2021-ci il tarixli Cavabdeh2 və İddiaçı MMC arasında bağlanılmış MAS-3841 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli MAS-3841saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Əmlakın ümumi dəyəri 14750 manat təşkil edir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı avtomobili aktı imzalayaraq təhvil almışdır. xx.xx.2024-cü il tarixli, 1329 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən ödənilmiş AR X1 cərimələrinə görə 64 manat məbləğində pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, 1330 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən ödənilmiş AR X1 cərimələrinə görə 224 manat məbləğində pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə Cavabdeh2 xəbərdarlıq edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İXP ******* saylı protokol üzrə 64 manat, EQ ******* saylı proptokol üzrə 64 manat, EQ ******* saylı protokol üzrə 64 manat, EQ ******* saylı protokol üzrə 64 manat, EQ ******* saylı protokol üzrə 64 manat cərimə məbləğləri İddiaçı MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-nə ödənilmişdir. xx.xx.2024-cü il tarixli aktda qeyd olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış bildiriş qeyd edilən ünvanda yaşamaması səbəbindən cavabdehə çatdırılmamışdır. Beləliklə müəyyən edilmişdir ki, olan İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli MAS-3841 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı avtomobil verilmişdir. Ödəniş qəbzlərinə əsasən AR X1 cərimələrinə görə 288 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsio nəzərdə tutulmasın.” MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozlmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçn çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. MM-in 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 64 (altmış dörd) manat və Cavabdeh2 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 64 (altmış dörd) manat və Cavabdeh2 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1254/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1254/2024
04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver