Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1279/2023 02.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 2 AZ1800 ünvan 3 ünvanında yerləşən 62.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin tərəflərin arasında ½ hissə olmaqla payların müəyyən edilməklə bölünməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.1997-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmədən ailə həyatı qurmuşlar. Sonradan nikahları Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 06 sentyabr 2013-cü ildə qeydə alınmışdır (№ 548 ilə qeyd edilmişdir). Birgə nikahdan övladı olmamışdır. Ailə həyatı qurduqda məlum oldu ki, cavabdehin X4 ilə rəsmi nikahları olmuş, Əli Bayramlı şəhər Xalq Məhkəməsinin 2-62 saylı 1990-cı il tarixli qətnaməsi ilə 1978-ci ildə Əli Bayramlı şəhər VVAQ şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. Lakin onu gəlin gətirdiyi ünvan 4 ünvanında keçmiş həyat yoldaşı 4 övladı ilə orada yaşayırlar. Onlar həmin ünvanda 2 il yaşadıqdan sonra keçmiş ailəsi ilə münasibətləri pozulduğundan valideyinlərinin tanışı olan Səfər adlı şəxsin fermasında iki aya yaxın yaşamışlar. Yaşadığı müddət ərzində Cavabdeh onu hər dəfə təhqir etməklə döymüşdür. O ailənin qorunub saxlanması məqsədi ilə onun əzablarına dözmüşdür. 2 ay sonra o ata evinə qayıtmışdır. Sonradan valideyinlərin razılığı ilə barışıq əldə edilmişdir. Ailəsinə məxsus dövlət tərəfindən verilmiş istiqraz vərəqələrinin satılması ilə əldə edilmiş vəsait hesabına Nazim Fətiyev adlı şəxsdən 1999-cu ilin fevral ayında 30000 manat müqabilində 0.06 ha torpaq sahəsi əldə etmişlər. Ata evində əl evi kimi tikilmiş, işlənmiş və sökülmüş tikinti materialları toplamaqla, özünün palçıq kərpic hazırlamaqla bir otaqlı ev tikmişlər. Həmin evin sonradan 1 otağını da tikməklə iki otaqlı fərdi yaşayış evləri olmuşdur. O həyat yoldaşı ilə orada yaşayırlar. Qeyd edilən torpaq sahəsi üzrə ilkin ayrılma haqqında qərarı verməklə tikilmiş fərdi yaşayış evini sənədləşməsini Cavabdeh adına rəsmiləşdirilmişdir. Keçmiş arvadı Təzəgül Quliyevanın müdaxiləsi nəticəsində (oğlu Ehtiramın kirayələrdə qalması bəhanəsi ilə) oğlunu həmin ünvana qeydiyyata saldırmışdır. Onun qeydiyyatını isə sonradan rəsmiləşdirmişdi. Qeyd edilən ünvan üzrə 2007-ci il tarixdə fərdi yaşayış evinin qazlaşdırılması rəsmiləşdirilmişdir. Belə ki, yaşadıqları dövr ərzində cavabdeh tərəfindən döyülüb, şiddətə məruz qaldığından dəfələrlə Polis Şöbəsinə şikayətləri olmuşdur. Aldığı xəsarətlər nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 132 və 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına baxılmışdır. Cavabdeh bir ailə kimi həyat yoldaşını saymaması, əxlaqsız söyüşlərlə mütəmadi səbəbsiz amansızcasına döyülmələri, əlavə olaraq ölümlə hədələmələr artıq dözülməz hal almışdır. Cavabdehlə bir yerdə yaşamaqları baş tutmamışdır və aralarında olan nikah əlaqələri faktiki olaraq xeyli müddətdir ki, kəsilmişdir və birgə təsərrüfatı idarə etmirlər. 2015-ci ildə Esmira adlı qadın yaşadıqları 582 ünvanına gələrək 7 aydır birlikdə yaşdıqlarını, 3 aydır ki, hamilə olduğunu bildirmişdir. O da yataq dəsti olaraq iki dəst götürməklə bacısının evində bir müddət yaşamışdır. Dəfələrlə barışmağa cəhd etmiş, o razılaşmamışdır. Təklif etmişdir ki, evi satsç pulunu övladı və aralarında bölsünlər. Sonradan Təzəgülün müdaxiləsi nəticəsində evin satılması mümkün olmamışdır. O sonradan dayısı oğlunun tanışı olan Aynur adlı xanımdan 0.03 ha torpaq sahəsi almışdır. O bacısı gildə qalmaqla 0.03 ha torpaq sahəsində fərdi yaşayış evini tikdirmişlər. Onlar birlikdə 2016-cı ilədək ünvan 5 ünvanında yaşamışlar. Dəfələrlə aralarında olan nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə dair Mediasiya prosesinin keçirilməsi ilə bağlı müracəti müsbət nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdehlə 1997-ci ildə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. 2013-cü ildə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan övladı olmamışdır. Ailə həyatı qurduqda məlum oldu ki, cavabdehin X5 ilə nikahları olmuşdur. Əli Bayramlı şəhər Xalq Məhkəməsinin 2-62 saylı 1990-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin o gəlin getdiyi ünvan 4 ünvanında keçmiş həyat yoldaşı 4 övladı ilə orada yaşayırdı. Yaşadıqları müddət ərzində cavabdeh X12 onu hər dəfə təhqir etməklə döymüşdür. O ailənin qorunub saxlanması məqsədi ilə onun əzablarına dözmüşdür. 2 ay sonra evinə qayıtmışdır. Sonradan valideyinlərinin razılığı ilə barışıq əldə etmişdir. Ailəsinə məxsus dövlət tərəfindən verilmiş isteqraz vərəqələrinin satılması ilə əldə edilmiş vəsait hesabına Nazim Fətiyev adlı şəxsdən 1999-cu ilin fevral ayında 30000 manat müqabilində 0,06 ha torpaq sahəsi əldə etmiş, ata evində əl evi kimi tikilmiş, işlənmiş və sökülmüş tikinti materialları toplamaqla bir otaqlı ev tikmişlər. Həmi evin sonradan 1 otağını da tikməklə iki otaqlı fərdi yaşayış evləri olmuşdur. O həyat yoldaşı ilə ora yaşayırlar. Keçmiş arvadı Təzəgül Quliyevanın müdaxiləsi nəticəsində (oğlu Ehtiramın kirayələrdə qalması bəhanəsi ilə) oğlunu həmin ünvana qeydiyyata saldırmışdır. Onun qeydiyyatını isə sonradan rəsmiləşdirmişdir. Onlar birlikdə 2016-cı ilədək ünvan 6 ünvanında yaşamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, təmsil etdiyi şəxs cavabdehlə 06 sebtyabr 2013-cü ildə rəsmi nikah bağlamışdır. Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahlarından övladları olmamışdır. İddiaçı Şirvan şəhəri, Vidadi küçəsi, ev 85-ə gəlin gəlmişdir. İki il orada yaşadıqdan sonra Səfər adlı şəxsin fermasında iki ay yaşamışlar. 1999-cu ildə torpaq sahəsi əldə etmişlər. Həmin torpaqda ev tikib orada yaşamışlar. Onlar birlikdə 2016-cı ilədək Şirvan şəhəri, Xəqani küçəsi, ev 582də yaşamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı onun ikinci arvadı olmuşdur. 1997-ci ildə faktiki nikaha daxil olmuşlar. Sonradan nikahlarını rəsmiləşdirmişlər. İddiaçı Şirvan şəhəri, Vidadi küçəsi, ev 85-ə gəlin gəlmiş, dəfələrlə iddiaçı evdən qaçıb getmişdir. 1996-cı ildə qohumu Nazim Fətiyevdən torpaq sahəsi almışdır. 1999-cu ildə Bakı şəhərində marşurutda işləmiş, həmin vaxt orada ev tikdirmişdir. Məhkəmə tərəflərin, iddiaçının nümayəndəsinin izahatlarını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı Cavabdeh ilə 06 sentyabr 2013-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 548 № ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. İş materiallarında olan 27 sentyabr 2007-ci il tarixli qəbzin surətindən görünür ki, X10 2100 manata 600 kv.m torpaq sahəsini özəlləşdirmişdir. İş materiallarında olan 24 iyul 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan X13, ünvan 8ında qeydiyyatda olan İddiaçı Azərbaycan Respublikası Əli-Bayramlı şəhəri Əli-Bayramlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 № iclasının Qərarından Çıxarışa əsasən ünvan 9 ünvanda yerləşən ayrılmış 0.06 ha torpaq sahəsi hissəsindən 0.03 ha torpaq sahəsi hissəsinin üzərində öz mülahizəsinə görə idarə etməyi fərdi yaşayış evi və sair tikililər tikməyi, tikinti işlərini aparmağı və onu idarə etməyi, həmin torpaq sahəsini özəlləşdirməyi, məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, o cümlədən həmin torpaq sahəsi, yaşayış evi və sair tikililər üzərində sərəncam vermək hüququ ilə satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onu aidiyəti səlahiyyətli bütün orqanlarda, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Notariat, Məhkəmə, Vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi əlaqədar digər bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan X6 24 iyul 2015-ci il tarixli ərizədən görünür ki, ünvan 9 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi hissəsindən 0,03 ha torpaq sahəsi hissəsini və onu üzərində tikilən fərdi yaşayış evinin X13 tərəfindən istənilən şərtlərlə, istənilən qiymətə, istənilən şəxsə satılmasına razılıq vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsindən daxil olmuş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri F.Xoyski küçəsi, ev 58 (Yeni qaydalarla: AZ1800 ünvan 3 ünvanında yerləşən 62.4kv ümumi sahəsi olan ev, yaşayış evinin yerləşdiyi 0,03 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 03 oktyabr 2013-cü il tarixli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrinin arxiv materiallar və elektron məlumat bazasında ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 15 iyul 1987-ci il tarixli iclasının 14 №li protokolundan çıxarışdan surətindən görünür ki, kollektiv bağçılıq və bostançılıq üçün 75№li Tikinti Quraşdırma İdarəsinə pioner düşərgəsinin cənubi-qərb hissəsində 3.5 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan "xxxx" Tikinti Quraşdırma MMC-nin 22 avqsut 2006-cı il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən (hüquqi varisi olduğu) Əli Bayramlı şəhəri 75 saylı “Tikinti İdarəsi”ndə işləmiş, Əli bayramlı şəhəri XDS İK-nin 15 iyul 1987-ci il tarixli protokoluna əsasən 75 saylı “Tİ”-nə ayrılmış bağçılıq bostançılıq torpaq sahəsindən ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 23 may 2018-ci il tarixli X7 ərizəsindən görünür ki, Şirvan şəhəri İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli 09 nömrəli Sərəncamı ilə Şirvan şəhərində 435.65 kv.m həyətyanı torpaq sahəsi səhvən onun adına işlənmişdir. Həmin torpaq sahəsinin Cavabdeh adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Şirvan şəhər Xəqani küçəsi 828 nömrəli evdə yaşayan X8, Şirvan şəhər Xəqani küçəsi 605 nömrəli evdə qeydiyyatsız yaşayan X2, ünvan 11 ünvanda yaşayan X3 iştirakı ilə tərtib edilmiş tarixsiz aktdan görünür ki, İddiaçı həqiqətən ünvan 12 ünvanda 10 ildən uzun müddətə Cavabdeh ilə birgə təsərrüfatda yaşamışlar. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, tərəflər 06 sentyabr 2013-cü ildə nikahlarını bağlamışlar. X1 şəhəri, F.X.Xoyski küçəsi 58 saylı ünvanda yerləşən özünə məxsus 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsini 24 iyul 2015-ci il tarixli etibarnamə ilə üzərində sərəncam vermək hüququ ilə İddiaçı idarəçiliyinə vermiş və tərəflər birgə nikah dövründə onun üzərində fərdi yaşayış evi tikmişlər. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, Şirvan şəhəri F.Xoyski küçəsi 58 (Yeni qaydalarla: AZ1800 ünvan 3 ünvanında yerləşən 62.4 kv ümumi sahəsi olan ev və evin yerləşdiyi 0,03 ha olan torpaq sahəsi isə 26 may 2023-cü il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini də əldə etdiklərini iddia etsə də, bu barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 15 iyul 1987-ci il tarixli iclasının 14 №li protokoluna əsasən Əli Bayramlı şəhəri 75 saylı “Tikinti İdarəsi”nə bağçılıq bostançılıq məqsədi ilə ayrılmış torpaq sahəsindən 600 kv.m torpaq sahəsinin cavabdehə ayrılması müəyyən edilsə də, ər-arvadın birgə nikah dövründə ünvan 10 ünvanında fərdi yaşayış evi tikmələri, onların həmin əmlaka mülkiyyətçi hüquqlarının əmələ gəlməsi, ümumiyyətlə bağçılıq bostançılıq təyinatlı torpaq sahəsində yerləşən həmin əmlakın mülkiyyət hüququnun əldə edilməsinə yol verilən tələbləri ödədiyi təsdiq edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında,digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir( ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə məhkəmə yuxarda göstərilənləri nəzərə alıb hesab edir ki, Şirvan şəhəri F.Xoyski küçəsi 58 (Yeni qaydalarla: AZ1800 ünvan 3 ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsinin əldə edilməsi və üzərindəki ümumi sahəsi 62.4 kv.m olan evin tikintisi ərarvadın birgə nikah dövründə olduğundan, həmin əmlaklar iddiaçının adına nikahlarına xitam verilməsindən sonra rəsmiləşdirilməsinə baxmayaraq, onların ümumi birgə mülkiyyətidir və tərəflər arasında bərabər paylara bölünərək, onların həmin əmlaklarda payları 1/2 hissədə müəyyən edilməlidir. Məhkəmə bununla yanaşı onu da qeyd etməyi zəruri sayır ki, ünvan 10 ünvanında fərdi yaşayış evinin ər-arvadın birgə nikah dövründə əldə edilməsi, tərəflərin həmin əmlaka mülkiyyətçi hüquqlarının əmələ gəlməsi, ümumiyyətlə həmin əmlakın mülkiyyət hüququnun əldə edilməsinə yol verilən tələbləri ödədiyi təsdiq edilmədiyindən iddia tələbi həmin əmlakın bölünməsi hissəsində təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhəri, F.Xoyski küçəsi, ev 58 (Yeni qaydalarla: AZ1800 ünvan 3 ünvanında yerləşən 62.4 kv metr ümumi sahəsi olan fərdi yaşayış evinin, yaşayış evinin yerləşdiyi 0,03ha olan torpaq sahəsi tərəflərin ümumi əmlakı sayılaraq həmin əmlakda İddiaçı ½ , Cavabdeh ½ payı müəyyən edilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №e-2(032)-1279/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1279/2023
02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver