Məhkəmə qərarları › İş №e-2(032)-1305/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1305/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1305/2024 18.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün uşağa ayda 400 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Sabirabad “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikahlarını qeydiyyatından keçməklə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Vətəndaş Cavabdeh İslam oğlu ilə vətəndaş İddiaçı birgə nikahından doğulmuş X2 doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-ci ildə 389 nömrə ilə qeyd edilmiş, Şirvan şəhər Qeydiyyat şöbəsinin AZ-Vl № 993937 saylı “doğum haqqında şəhadətnamə” verilmişdir. Birgə ailə şəkilində yaşamalarının qeyri-mümkün olması qənaətinə gələn iddiaçı cavabdehə qarşı nikahın pozulması tələbi ilə Sabirabad rayon Məhkəməsinə müraciət etmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)- 1145/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında Sabirabad “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydə alınmış nikah qeydinin pozulmasını qət etmişdir. O, Cavabdeh aliment tələbi ilə mediasiya müraciət etmiş və xx.xx.2024-cü il tarixdə X1 (İMS) sonra prosessin davam etdirilə bilməməsi barədə arayış əldə etmişdir. Bundan başqa uşağın saxlanılması barədə tutulacaq alimentin məbləği barəsində də, iddiaçı ilə cavabdeh arasında saziş bağlanılmamış, yaxud da ümumi razılıq əldə olunmamışdır. Odur ki, xx.xx.2024-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada aliment Cavabdeh İslam oğlundan tutulmalıdır. Həmçinin nəzərinizə çatdırıram ki, cavabdeh nə uşağın doğumuna, nə də sonradan heç bir maddi köməklik göstərməmiş, uşağı ilə maraqlanmamış, qidalanmasına və s. heç bir maddi köməklik göstərməmişdir. Halbuki, cavabdehin yaxşı gəliri vardır. Cavabdehin yaxşı gəlirinin olmasını adına olan daşınar və daşınmaz əmlaklar sübut edir. Cavabdeh mülkiyyətində olan geniş sahəli əraziləri əkməklə təsərrüfat işindən yaxşı gəlir əldə edir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilmiş 130 manat aliment məbləğini ödəyir, özü kənddə ataanasının himayəsində yaşayır, belindən xəstədir, işləmək qabiliyyəti yoxdur, həyətyanı torpaq sahəsində təsərrüfatla məşğul olur. Qeyd edilənlərə əsasən xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etmədi və bu barədə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1145/2024 saylı qətnaməsi ilə Cavabdeh il Əliyeva (Kərimova) Əfsanə Qurban qızı arasında Sabirabad “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə qeydə alnmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Şirvan Regional Vəkil Bürosunun vəkilinin sorğusuna əsasən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1637/2024 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh mülkiyyətində olan Sabirabad rayonu, Dadaşbəyli kəndi yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli 0.2 ha həyətyanı, Sabirabad rayonu, Dadaşbəyli kəndində yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli 0.12 ha həyətyanı, Sabirabad rayonu, Dadaşbəyli kəndində yerləşən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli 0.24 ha həyətyanı və ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Sabirabad rayonu, Qaragüney kəndində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli 0.6468 ha kənd təsərrüfatı təyinatlı, Sabirabad rayonu, Qaragüney kəndində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, 0.6468 ha kənd təsərrüfatı təyinatlı, Sabirabad rayonu, Qaragüney kəndindində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli 0.4211 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə, iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 400 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sübut olaraq şəxsin cavabdehin və ailə üzvlərinin mülkiyyətində həyətyanı torpaq sahəsi, həmçinin cavabdehin mülkiyyətinə nəqliyyat vasitəsinin olması ilə bağlı sənədlər təqdim etsə də, qeyd edilən torpaq sahəsində təsərrüfat işlərinin aparılmaqla gəlir əldə etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Eyni ilə şəxsin mülkiyyətində nəqliyyat vasitəsinin olması onun həmin nəqliyyat vasitəsindən gəlir əldə etməsi kimi qiymətləndirilməsinə rəvac vermir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 180 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 avqust 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qisimində tutulan aliment nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 16(032)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2024-cü il təvəllüdlü X2 (uşaq üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) saxlanılması üçün Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay 130 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan (180x12=2160) çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 41.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 41.60 (qırx bir manat altımış qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Aliment tutularkən Şirvan şəhər Məhkəməsinin 16(032)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulmuş olan aliment nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar