Məhkəmə qərarları › İş №e-2(032)-1319/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1319/2025

09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1319/2025 09.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə aldıqları ** ES *** nömrə nişanlı, X16 markalı avtomobili dəyəri 80000 (səksən min) manatın ½ hissəsi 40000 (qırx min) manat və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobilin dəyəri 10000 (on min) manatın ½ hissəsi 5000 (beş min) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 12 iyun 2015-ci ildə rəsmi nikaha girib ailə qurmuş, nikahları müvafiq şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 25 mart 2016-cı il təvəllüdlü X8 dünyaya gəlmişdir. Ailə qurduqları vaxtlardan ailə münasibətləri normal olmamış, müxtəlif məişət xarakterli səbəblərə görə cavabdehlə yola getməmişlər, ailələrində tez-tez mübahisələr olmuş və onlar heç bir vaxt bir-birilərini başa düşə bilməmişlər. Cavabdeh onu döymüş və nəticədə ailələrində ciddi narazılıqlar yaranmışdır. Sonuncu dəfə də 15 iyun 2023-cü il tarixində onu döyüb yaşadıqları evdən qovan zaman ev palatarında onun əlindən qaçaraq güclə özünü həyətə atmışdır. Bir neçə gün evə qayıda bilməmişdir. Onun döyməsi ilə bağlı 102 Xidmətinə müraciəti var. Müraciəti əsasında Xətai rayon 36-cı PB-də araşdırılma da aparılmışdır. Polis bölməsində bir neçə şikayətləri olmuşdur. Suraxanı rayonu ərazsində olan evlərinin tikintisinə sərf olunmuş vəsaitin tələbinə dair Xətai rayon Məhkəməsinin icraatında olan mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, onu döyüb evdən qovduqdan sonra bigə nikah dövründə inşa inşa etdiklərini evlərini və aldıqları ** ES *** nömrə nişanlı, X16 markalı avtomobili xx.xx.2023-cü ildə və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobili isə xx.xx.2023-cü ildə yaxın dostu olan X9 adına keçirmişdir. Cavabdehlə rəsmi nikahları Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarilxi qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilərək, X7 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 305 saylı akt qeydinə əsasən bağlanılmış nikah pozulması, xx.xx.2016-cı il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün anası X4 yanında saxlanılması, xx.xx.2016-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat hesablanmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-449/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 Şərur Mənzil Tikinti Kooperativindən evin alınması üçün ödənilən vəsaitin yarısını təşkil edən 23956,96 manat və banka ödənilən vəsaitin yarısını təşkil edən 18321,50 manat pul vəsaiti, ümumilikdə, 42278,46 (qırx iki min iki yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat və 15 adda qızılzinət əşyalarının dəyəri 15087 (on beş min səksən yeddi) manat pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-168/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiası rədd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Polis şöbəsi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli, 3-13-111/2-14556/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanına qeydiyyata düşmüş və xx.xx.2024-cü il tarixdə həmin ünvandan məhkəmə tərəfindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh sərhədkeçmə məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, X12 Aeroportunda DSBM-dən xx.xx.2023-cü il tarixdə ölkədən çıxmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsi Şirvan regional qeydiyyat-imtahan texniki baxış şöbəsinin məhkəməyə ünvanladığı 18 iyul 2025-ci il tarixli, 3-13-16-7/2-5802/2025 nömrəli məktuba əlavə edilmiş 19 iyun 2023-cü il tarixli və 20 iyun 2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələrinin surətlərindən görünür ki, satıcı Cavabdeh VAZ 21705 markalı, ** OX *** nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobili alıcı X10 8500 manata, X16 markalı, ** ES *** nömrə nişanlı avtomobili alıcı X11 20000 manata satmışdır. “Caspian Valuation” qiymətləndirmə təşkilatı tərəfindən verilən 22 sentyabr 2025-ci il tarixli, CVN/S 52-343/25 nömrəli avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatda X16 markalı, ** ES *** nömrə nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 42500 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 12 iyun 2015-ci il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-341/2024 saylı 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış olan nikah pozulmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər birgə nikahda olduqları dövrdə daşınar əmlak olaraq ** ES *** nömrə nişanlı, X16 markalı və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobillər əldə etmişdirlər. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddianın predmeti olan nəqliyyat vəsitələri VAZ 21705 markalı, ** OX *** nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobil 8500 manata, X16 markalı, ** ES *** nömrə nişanlı avtomobil 20000 manata satılmışdır. Hazırda iddiaçı cavabdehlə birgə nikah dövründə aldıqları ** ES *** nömrə nişanlı, X16 markalı avtomobili dəyəri 80000 (səksən min) manatın ½ hissəsi 40000 (qırx min) manat və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobilin dəyəri 10000 (on min) manatın ½ hissəsi 5000 (beş min) manat pulun cavabdehdən alınaraq ona verilməli olduğunu iddia edir. Məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının iddia tələbinin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasına hüquqi qiymət verilməlidir. Belə ki, E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 18 mart tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ərarvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 23 iyul tarixli qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə qeyd edir ki, Ailə qanunvericiliyin tələblələrindən göründüyü kimi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və həmin əmlak üzərində tərəflərin bərabər hüquqları tanınır. İşin faktiki hallarından göründüyü kimi tərəflər 12 iyun 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, faktiki olaraq isə tərəflər arasında olan nikah münasibətləri 15 iyun 2023-cü il tarixdən pozulmuşdur. Hazırkı mübahisə predmeti olan daşınar əmlaklar ** ES *** nömrə nişanlı, X16 markalı avtomobil xx.xx.2022-ci il tarixdə, ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobil isə xx.xx.2021-ci il tarixdə hazırkı mülki iş üzrə Cavabdeh mülkiyyətinə keçmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınar əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında əmlaklarla bağlı hər hansı bir razılaşma olmamışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlaklar üzərində tərəflər bərabər hüquqlu payçıdırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ** ES *** nömrə nişanlı, X16 markalı avtomobil və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlaklar üzərində tərəflər bərabər, yəni ½ hissədə payçı hesab edilməlidir. İddia tələbinin mübahisə predmeti olan ** ES *** nömrə nişanlı, X16 markalı avtomobil dəyəri olaraq 80000 manat və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobilin dəyəri olaraq 10000 manat pulun ½ hissədə cavabdehdən tutulması hissəsinə münasibətədə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən daşınar əmlak olaraq X16 markalı, ** ES *** nömrə nişanlı nəqliyyat vasitəsinin dəyiri iddia tələbindən ilkin olaraq 80000 manat qiymətləndirilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin dəyəri (80000 manat) ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş “Caspian Valuation” qiymətləndirilməsi barədə hesabata əsasən X16 markalı, ** ES *** nömrə nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 42500 manat təşkil etdiyi qeyd edilmişdir. Mübahisə predmeti olan digər nəqliyyat vasitəsi, yəni ** OX *** nömrə nişanlı VAZ 21705 markalı avtomobilə münaisbətdə isə əmlakın dəyəri 10000 manat qiymətləndirilmiş, lakin bu hala dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitələrinin alğı-satqısı ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsi Şirvan regional qeydiyyat-imtahan texniki baxış şöbəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli və 20 iyun 2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələrinin surətlərindən müəyyən edilmişdir ki, satıcı Cavabdeh VAZ 21705 markalı, ** OX *** nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobili alıcı X10 8500 manata, X16 markalı, ** ES *** nömrə nişanlı avtomobili alıcı X11 20000 manata satmışdır. Məhkəmə hesab edir ki, hazırkı hala münsibətdə tələbə əmlakın dəyəri olaraq məhz alğı-satqı müqaviləsi əsas götürülməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.4-cü bəndində qeyd edilmişdir ki, reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. Həmin Qərarın 7.17-ci bəndində qeyd edilmişdir ki, ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 7.18-ci bəndində qeyd edilmişdir ki, mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. Həmin Qərarın 7.19-cu bəndinə əsasən iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompensasiyasıdır. 7.20-cu bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınar əmlakların alğı-satqı müqavilələrinin etibarsızılığı ilə bağlı mübahisə olmadığından, həmin müqavilələrin satış qiyməti məhz alğı-satqı müqaviləsi əsas götürülməklə satış dəyərinin tərəflər arasında paylara uyğun bölünməsi ədalətli və ağlabatandır. İddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu “Caspian Valuation” qiymətləndirmə təşkilatı tərəfindən verilən 22 sentyabr 2025-ci il tarixli, CVN/S 52-343/25 nömrəli avtonəqliyyat vasitəsinin qiymətləndirilmə rəyində mübahisə olunan avtomobilin orta bazar qiymətinin 42500 manat təşkil etməsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisə olunan avtomobilin 20000 manata satılması və həmin alğı-satqı müqaviləsinin mübahisə predmeti olmaması iddiaçının 42500 manat pulun yarı dəyərinin ona ödənilməsi tələbinə əsas vermir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikah dövründə əldə edilmiş ** ES *** nömrə nişanlı, X16 markalı və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı nəqliyyat vasitələrinin satış qiyməti 19 iyun 2023-cü il tarixli və 20 iyun 2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələri əsas götürülməklə ** ES *** nömrə nişanlı, X16 markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş dəyərin yarısı, yəni 10000 manat pul və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş dəyərin yarısı, yəni 4250 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə edilmiş ** ES *** nömrə nişanlı, X16 markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş dəyərin yarısı, yəni 10000 manat pul və ** OX *** nömrə nişanlı VAZ 21705 markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş dəyərin yarısı, yəni 4250 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar