Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1372/2025 04.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məhərrəmova (Kərimova) Nəmidə Namik qızınaməxsus 1 ədəd yataq mebeli dəsti, 1 ədəd televizor, 3 ədəd döşək, 3 ədəd yorğan, 6 ədəd balış, 6 ədəd döşəkçə, 8 ədəd süfrə, 11 ədəd dəsmal, 14 ədəd çay dəsmalı, 7 ədəd yataq örtüyü dəsti, 1 otaq üçün pərdə dəsti, 2 ədəd xalça, 1 ədəd ütü, 2 ədəd ədyal və 2 ədəd taxt üçün örtük ibarət cehiz əşyalarının İddiaçı məxsus ünvan 1 ünvanından Məhərrəmova (Kərimova) Nəmidə Namik qızı tərəfindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı MPM-in 35.1-ci maddəsini əsas götürərək Cavabdeh qeydiyyatda olduğu yer üzrə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. MPM-in 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı cehiz əşyalarının çıxarılması barədədir ki, həmin tələb mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə əlaqədardır. Buna görə də, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarına əsasən müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; MPM-in 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən “AsanPay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul vəsaiti İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 151-152, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən “AsanPay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılsın. İddiaçı ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1372/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1372/2025
04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver