Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1540/2025 22.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixli, 464 saylı nikah qeydi ilə nikahlarını rəsmi qeydiyyata aldırmışlar. Birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Yaşadıqları müddət ərzində münasibətləri pozulduğundan tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulmasına dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etdi. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)- 979/2015 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Mirzəyeva (Ələkbərova) Gülnar Qələmirzə qızı ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında 464 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 12 aprel 2024-cü ildə anadan olmuş X5 anası Cavabdeh yanında qalması müəyyən edilməsi İddiaçı 06 may 2015-ci il tarixdən başlayaraq 12 aprel 2024-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qərarı ilə onun ata adını Mürsəl olaraq deyil, Mürşüd oğlu kimi qeyd etmişdir. Sonradan ərizəçi Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-979/2015 nömrəli qətnaməsi əsasında cavabdeh İddiaçı 108 manat sabit pul məbləğində tutulan aliment məbləğinin 2025-ci il üçün indeksasiyası barədə qərardad qabul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandirmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-979/2015 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 12 aprel 2014-cu təvəllüdlü X8 qizinin anasının himayəsində saxlanılması, əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmaqla 12 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 108 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır və icra mərhələsindədir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladı 12 aprel 2014-cü il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı törətdiyi 108 manat alimentin yetərsizliyindan yaranan itkilərin tam va ya qisman kompensasiyasına zərurət yaranmışdır. Ərizəçinin məhkəmənin müəyyən etdiyi aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya olunmasını xahiş etməsinə baxmayaq, məhkəmə tərəfindən aliment məbləği artırılmışdır. Şirvan şəhər Məhkəməsinin 8(032)-87/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 29 aprel 2025-ci il tarixdan başlayaraq yetkinlik yaşına çatmayan 12 aprel 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı Mürşüd oğlundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.97 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Müəyyən edilmiş aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli haddində sabit pul məbləği haddində indeksasiya tətbiq etməklə (400x0.97-388 manat) onsuzda ağır olan vəziyyətini daha da ağırlaşdırır. Səhhəti ilə əlaqədar psixoloji problemlərdən va qaraciyər serrozundan müalicə alır. Heç bir yerdə işləmir, müntəzəm gəliri yoxdur. Valideyinlərinin himayəsində yaşayır. Bundan əlavə ərizəçinin işləməklə daimi gəliri vardır. Cavabdehin yetəri qədər gəliri olmasına baxmayaraq bu müüraciəti ondan qisas almağı kimi qiymətləndirilir. Digər tərəfdən birgə nikahlarından anadan olmuş övladı ilə ünsiyyətdə ola bilmir, dəfələrlə məhkəmə tərəfindən verilmiş ünsiyyət hüququ cavabdehin süni maneələr yaratması səbəbindən onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı təsdiq etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclasına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin elektron məhkəmə portalı vasitəsilə cavabdehə məxsus mobil telefon nömrəsinə SMS xəbərdarlıq çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-979/2015 saylı qətnaməsinin surətindən görünür ki,İddiaçı ilə Ələkbərova (Mirzəyeva) Gülnar Qələmirzə qızı arasında xx.xx.2013-cü ildə bağlanmış nikah pozulmuş və birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olmuş X7 anası X3 himayəsində saxlanılmaqla həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 108 manat alimentin İddiaçı alınaraq X4 verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-87/2025 saylı qərardadı ilə ərizəçi Cavabdeh tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 üçün İddiaçı Mürşüd oğlunan sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,97 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, iddiaçının da cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı psixoloji problemlərdən və qaraciyər serrozundan əziyyət çəkir. Təbii ki, məhkəmə cavabdeh ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi iddiaçının xəstəliyini də nəzərə almalıdır. Bundan əlavə müəyyən edilir ki, iddiaçı heç bir yerdə işləmir, müntəzəm gəliri yoxdur və valideynlərinin himayəsində yaşayır.Ailə qanunvericiliyi uşağın saxlanmasını hər iki valideynin borcu olmasını və onun saxlanılmasında hər ikisinin eyni dərəcədə məsuliyyət daşımasını müəyyən etmişdir. Belə olan halda isə uşağın saxlanılması öhdəliyi ilə biz yalnız atanı yükləməklə onun ailə və maddi vəziyyətini nəzərə almaya bilmir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Məhkəmənin mövqeyi Məhkəmə işində toplanmış sübutlara, tərəflərin ailə və maddi vəziyyətinə və tətbiq edilən normativ hüquqi aktlara hüquqi qiymət verilərək belə nəticəyə gəlmək olar ki, iddia qismən təmin edilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı sağlamlıq durumu ağırdır – psixoloji problemlərdən və qaraciyər serrozundan əziyyət çəkir, heç bir yerdə işləmədiyi və müntəzəm gəliri olmadığı halda valideynlərinin himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, habelə diqqətəlayiq digər hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Bu halda aliment məbləğinin indiki vəziyyətdə iddiaçının ödəmə imkanlarını aşması, onun səhhətinin ciddi şəkildə pozulması alimentin mövcud həddə saxlanmasının ədalət prinsipinə zidd olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə və “Uşaq Hüquqları haqqında” Qanunun müvafiq müddəalarına görə, uşağın saxlanması hər iki valideynin bərabər vəzifəsidir və dövlət uşaqların zəruri şəraitdə böyüdülməsi üçün valideynlərin üzərinə öhdəlik qoyur. Aliment məbləği uşağın maraqlarını tam təmin etməklə yanaşı, aliment ödəyən valideynin maddi və sağlamlıq imkanlarına da proporsional olmalıdır. Avropa Məhkəməsinin “Elşolts Almaniyaya qarşı” və “Bronda İtaliyaya qarşı” işləri üzrə presedentlərində də vurğulanmışdır ki, uşağın maraqları üstün tutulmalı, lakin valideynlərin də hüquq və imkanları nəzərə alınaraq ədalətli tarazlıq təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ildən etibarən minimum aylıq əmək haqqı 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat olaraq müəyyən edilmişdir. Bu göstəricilərdən göründüyü kimi, hər bir uşaq üçün dövlət tərəfindən müəyyən edilmiş təminat həddi 246 manat təşkil edir. Alimentin də məhz bu həddə müəyyən edilməsi uşağın minimum ehtiyaclarının təmin olunmasına xidmət edir. Hazırda qüvvədə olan qərardadla alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.97 misli (388 manat) olaraq müəyyən edilmişdir ki, bu da iddiaçının mövcud vəziyyətini ağırlaşdırır. Məhkəmə hesab edir ki, uşağın mənafeyi təmin edilməklə yanaşı, iddiaçının da maddi vəziyyəti nəzərə alınmalıdır. Belə olan halda, alimentin miqdarı minimum əmək haqqının 246/400 nisbəti əsasında(0.615), yuvarlaqlaşdırılmaqla 0.62 misli həddində müəyyən edilməlidir. Bu məbləğ bir tərəfdən uşağın saxlanılması üçün dövlət tərəfindən təsbit edilmiş minimum təminat həddinə uyğun gəlir, digər tərəfdən iddiaçının ağır sağlamlıq və maliyyə vəziyyətini nəzərə almaqla ədalətli tarazlığı təmin edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, 12 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda məhkəmə xərcləri mediasiya sessiyasında ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğdən ibarətdir. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-87/2025 saylı qərardadı ilə İddiaçı tutulmuş minimum əmək haqqının 0,97 misli həddində sabit pul məbləğində alimentin indeksi dəyişdirilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-1540/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1540/2025
22.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver