Məhkəmə qərarları › İş №e-2(032)-1665/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1665/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1665/2025 28.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan şəhər Məhkəməsinin 2(032)-565/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş sabit pul məbləğində alimentin dəyişdirilərək, qazancının ¼ hissəsində alimentin tutularaq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adlı övladının saxlanılması üçün alimentin tutulmasına dair iddia tələbi üzrə Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-565/2019 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 154 (bir yüz əlli dörd) manat alimentin tutulması müəyyən etmişdir. Cavabdeh cari ildə məhkəməyə müraciət edərək, həmin məbləğin indeksasiyasının aparılmasını məhkəmədən xahiş etmiş, Şirvan şəhər Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(032)-110/2025 saylı qərardadı ilə indeksləşmə apararaq, həmin aliment minimum əmək haqqının 1.18 misli həddində müəyyən etmişdir. Tərəfindən qərardaddan verilmiş şikayət isə təmin edilməmişdir. Hazırda ölkədə minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alınsa, bu gün ödəməli olduğu alimentin miqdarı 472 (dörd yüz yetmiş iki) manat təşkil edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Yəni ailə qanunvericiliyi uşağın saxlanılması xərclərini tək atanın üzərinə müəyyən etmir. Ana da ata qədər uşağı saxlamağa borcludur. Eləcə də aliment təyin edilərkən atanın da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. O, biznesmen deyil, hərbçidir. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində xidmət göstərir. Müharibə veteranıdır. Aylıq maaşı əlavələrlə birlikdə 1056 manat təşkil edir. Hər ay 472 manat alimentin müəyyən edilməsi ədalətsizlikdir. Belə ki, aylıq maaşı var və ailə qanunvericiliyinin tələbinə görə uşağa görə aliment onun qazancının ¼ hissəsində tutulmalıdır. Hazırda ailəlidir, rəsmi nikahdadır və həmin nikahdan xx.xx.2020-ci il tarixdə Yasin adlı övladı var. Övladı ekspressiv nitq ləngiməsi xəstəliyindən əziyyət çəkir və hər ay uşağın müalicəsi üçün kifayət qədər vəsait xərcləmək məcburiyyətindədir. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində xidmətdədir və hər ay 1056 manat (154 manat aliment tutulduqdan sonra 902 manat) maaş alır. Qeyd etdiyi ünvanda kirayə müqaviləsi əsasında 350 manat ödəməklə yaşayır. Övladının nitq probleminin korreksiyası üçün büdcəsinin yetərsizliyindən bankdan əldə etdiyi məbləğ qarşılığında hər ay 542 manat aylıq ödəniş edir. Hesab edir ki, uşağa görə aliment onun qazancının ¼ hissəsində tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, uşağı 7 ildir ki, tək özü böyüdür, ata olaraq heç bir əlavə köməklik etməmiş, özü işləmir, övladı 2-ci sinifdə oxuyur, bütün lazımi tələbatları onun tərəfindən həyata keçirilir. Əlavə hazırlıqlara qoyur, xərclərini tək qadın olaraq çatdırmır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Masallı Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 305676 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında 18 mart 2019-cu il tarixdə nikah bağlanmış və həmin nikah 171 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X5 doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin 2(032)-565/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, 09 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 atası İddiaçı olması faktının müəyyən edilməsi, cavabdeh İddiaçı 08 fevral 2019-cu il tarixdən başlayaraq 09 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi hissəsinin xx.xx.2025-ci il tarixli, 96 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir (işləyir) və müvafiq tutulmalaraq aparıldıqdan sonra aylıq pul təminatı (əmək haqqı) 1056.10 (bir min əlli altı) manat 10 qəpik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-565/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 09 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 atası İddiaçı olması faktının müəyyən edilməsi, cavabdeh İddiaçı 08 fevral 2019-cu il tarixdən başlayaraq 09 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Sonradan Cavabdeh təyin edilmiş alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etmiş və Şirvan şəhər Məhkəməsinin 8(032)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X3 arasında 18 mart 2019-cu il tarixdə nikah bağlanmış və həmin nikah 171 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan 17 avqust 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı hal-hazırda N nömrəli hərbi hissənin hərbi qulluqçusu olaraq xidmət edir və onun aylıq əmək haqqı 1056,10 (bir min əlli altı manat 10 (on) qəpik) manat təşkil edir. Hazırda iddiaçı indeksasiya nəticəsində aliment məbləğinin artması onun hazırki maddi vəziyyətinə uyğun olmadığını, həmçinin ailə vəziyyətinin dəyişdiyini, ikinci dəfə ailə qurduğunu, həmin nikahdan bir övladını olduğunu və hərbiçi olduğunu hərbiçi olaraq gəliri yalnız əmək haqqı olduğunu qeyd edərək alimentin əmək haqqına uyğun olaraq müəyyən edilməli olduğunu iddia edir. Məhkəmə tərəflərin izahatını və mülki işin materiallarını tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: Ailə Məcəlləsini 76-cı maddəsinə əsasən aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və ya Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğində. Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən alimnet tutularkən qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əsasən isə alimenti şəxsin qazancı və başqa gəlirləri olduğu təqdirdə təyin edilir. İşin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə İddiaçı hal-hazırda N saylı hərbi hissənin hərbi qulluqçusu olaraq xidmət edir və 1056,10 (bir min əlli altı manat 10 (on) qəpik) manat aylıq əmək haqqı alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi üzrə alimenin Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri əsas götürülməklə alimentin təyin edilməsi üçün əsaslar mövcuddur. Həmçinin işin faktiki hallarından göründüyü kimi Şirvan şəhər Məhkəməsinin 2(032)- 565/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 09 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 atası İddiaçı olması faktının müəyyən edilməsi, cavabdeh İddiaçı 08 fevral 2019cu il tarixdən başlayaraq 09 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Sonradan Cavabdeh təyin edilmiş alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etmiş və Şirvan şəhər Məhkəməsinin 8(032)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, alimentin məbləği uşağın maraqlarını təmin etməli, eyni zamanda aliment ödəyənin real maddi imkanlarına da uyğun olmalıdır. İddiaçının ailə vəziyyətində dəyişikliklər baş verdiyi, onun ikinci nikahdan azyaşlı övladı olduğunu, həmçinin aylıq gəliri olduğunu nəzərə almaqla, sabit pul məbləğində müəyyən edilmiş alimenti mövcud şəraitdə ödəyəcəyi üçün ağır maliyyə yükü yaratdığı qənaətinə gəliməyə əsas verir. Bu səbəbdən də məhkəmə əvvəlki qətnamə ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı sabit pul məbləğində deyil, məhz Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri nəzərə alınmaqla hər ay 1 uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin müəyyən edilməsini ədalətli və qanunvericiliyin tələblərinə uyğun hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulmağa başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə qətnamə məhkəməyə müraciət edildiyi vaxtdan deyil, bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı və icra olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar. İşin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçı Vətən müharibəsi iştiakçısı olmaqla müharibə veteranıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cavabdehin əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi məbləğinə dəyişdirildiyindən və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 3168 manat (264x12=3168) müəyyən edilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən 51.68 (əlli bir manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-565/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulsun. Cavabdeh 51.68 (əlli bir manat altmış səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar