Məhkəmə qərarları › İş №e-2(032)-1821/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1821/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1821/2025 03.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının 1/3 hissəsi məbləğində alimentin və xx.xx.2023cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları rəsmi şəkildə xx.xx.2021-ci il tarixdə Sabirabad Regional “Asan Xidməti” X2 qeyd etdirməklə ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Heç bir əsaslı səbəb olmadan 03 sentyabr 2025-ci il tarixdə cavabdeh onu söyüb təhqir edərək, döydüyü üçün atasına zəng etmişdir. Elə həmin gündən valideynlərinin yanında, onların himayəsində və maddi cəhətdən köməkliyi ilə yaşayır. Cavabdeh "xxxx"-ın Şirvan filialında texniki xidmət şöbəsində işləməklə, ayda 1400-1500 manatadək əmək haqqı almış olsa da, 2 azyaşlı uşaqlarını saxlamaq üçün ona maddi cəhətdən heç bir yardım göstərmir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, aylıq qazancının 1/3 hissəsi məbləğində aliment ödəməyə imkanı yoxdur. Aylıq xərcləri var. Aylıq əmək haqqısı 1660 manatdır. Kartdan çıxan əmək haqqı isə 1460 manatdır. Ailənin alimentə görə pozulmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də aparıcı mütəxəssis vəzifəsində çalışır və əmək haqqısı 1660 manatdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Məcəllənin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni, xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin məhkəmə hesab edir ki, aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qisimində tutulan aliment nəzərə alınmalıdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(032)-97/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı ərizəsi qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023cü il təvəllüdlü X1 üçün əvvəli ərizə verildiyi gündən, yəni, xx.xx.2025-ci ildən hesablanmaqla xx.xx.1996-cı ildə Sabirabad rayonu, Qaratoğay kəndində anadan olmuş və Sabirabad rayonu, Güdəcühür Ərazi Dairəsi, Qaratoğay kəndində qeydiyyatda olan Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4-cü maddəsinə görə 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. İddia tələbinin birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək cavabdeh olan ərdən 200 manat sabit pul məbləğində alimentin iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini qiymət verərək, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir və cavabdeh daha artıq miqdarda aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, cavabdehin daimi iş yeri vardır və əmək haqqısı 1660 manat təşkil edir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılmaları üçün cavabdehdən qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06 oktyabr 2025-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Aliment tutularkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(032)-97/2025 nömrəli qərardadı ilə tutulmuş olan aliment nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar