Məhkəmə qərarları › İş №e-2(032)-1838/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1838/2023

15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1838/2023 15.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi İddiaçı oğlunun, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi”nin təsdiq edilməsi və Cavabdeh ona olan aliment borcunun əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış olan nikahları Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-150/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. O, Mediasiya sessiyasında aliment tələb etmiş və xx.xx.2022-ci il tarixdə mediator X6, onun və borclu Cavabdeh razılaşmasına əsasən xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi” tərtib edilmişdir. Barışıq sazişinə əsasən borclu Cavabdeh ona xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2011-ci iltəvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 60 (altımış) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu 2023-cü ilin mart ayınadək onun özünə aliment məbləğini problem yaratmadan əldən-ələ ödəyirdi. Cavabdeh xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi” ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, ona hər ay ödəyəcəyi aliment məbləğini xx.xx.2023-cü il tarixdən alimenti ödəməkdən yayınır. X1 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, borclu mart ayından dekabr ayına qədər olan borcunu tam şəkildə ödəmişdir və bu barədə aralarında mübahisə yoxdur. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mart ayından aliment borcu üzrə ödəniş etməmişdir. Belə ki, pul qazanmaq üçün Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra yığılan aliment borcunu ərizəçiyə ödəmiş, aliment borcu qalmamışdır. Barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır və ərizə tələbinin təmin edilərək, sözügedən barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə, X14 xx.xx.2012-ci il tarixdə, X12 xx.xx.2017-ci il tarixdə və X15 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 150/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Hacıqabul rayon Muğan qəsəbəsi İƏD-də bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 may 2011-ci ildə 07 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan MŞİH-007727 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 60 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimenti İddiaçı verəcəyini öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti İddiaçı ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh faktiki nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər bir uşağa 60 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 11 yanvar 2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağanmış MŞİH- 007727 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Aliment borcunun əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla maraqlı şəxs Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar