Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2049/2025 24.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Məmmədova Pərvin Şaiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin yaşayış minimumu məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində 246 manat (2025-ci il dövründə 246 manat, sonrakı illər və dövrlərdə isə yaşayış minimumu haqqında qanunlarla müəyyən edilmiş məbləğ həddində) sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(032)-1411/2020 saylı qətnaməsi əsasında, iddiası təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Cavabdehin başqa qazancının olmasına baxmayaraq, cavabdeh uşağın minimum ehtiyaclarının ödənilməsini təmin etməyən həddə rəsmi olaraq işlədiyi iş yerinin mühasibatlığı tərəfindən rəsmi əmək haqqının ¼ hissəsində aliment köçürülür. Bu məbləğ 2025-ci ilin son dövrlərində hər ayda 160 (bir yüz altmış) manat olmuşdur. Əslində “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası qanunun tələblərinə görə 2025-ci il dövrdə uşaqların yaşayış minimum məbləği ölkə üzrə 246 manat olmuşdur. Cavabdeh əlavə qazanclar əldə etməsinə baxmayaraq, uşağın minimum təminatlarında hər hansı formada iştirak etmir. Ölkə üzrə 2025-ci ildə uşaqlar üçün yaşayış minimum məbləği 246 manat olduğu halda, borclu bu məbləğdə aliment ödəmir. Bu səbəbdən, uşağın minimum ehtiyaclarının təmin olunması məqsədilə alimentin bu məbləğdə — yəni hər ay bir uşağa görə 246 (iki yüz qırx altı) manat müəyyən edilməklə cavabdehdən tutulması zərurəti yaranmışdır. Cavabdeh Gəncə şəhər X6 İdarəsinin Kəpəz rayon X6 X3 Bölməsində xidmət edir. Cavabdeh hazırda əlavə qazanc (mükafat və s.) formasında kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, azyaşlı övladına münasibətdə qanunla müəyyən edilmiş minimum məbləğdə aliment öhdəliyini yerinə yetirmir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edildiyindən, iddia ərizəsi üzrə aliment məbləğinin 260 manat yaşayış minimumu məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-1411/2020 saylı qətnaməsi əsasında cavabdeh ilə nikah pozulmaqla, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində qət edilməsinə baxmayaraq “başqa gəlirlərindən” heç bir ödəniş icra etməmişdir. Uşağın təminatından və saxlanılmasından faktiki olaraq yayınmışdır. Cavabdeh 2025-ci il dövründə "xxxx" ASC-də olan bank hesabına köçürməklə, may 2025-ci il tarixinə qədər hər ay 148 manat, may 2025-ci il tarixdə 199 manat, iyun 2025-ci il tarixdən başlayaraq hər ay 162 manat aliment ödəmişdir. 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən ediləsinə baxmayaraq cavabdeh yalnız iyun 2025-ci il tarixdən etibarən 162 manat aliment ödəmiş, ona qədər 148 manat aliment ödəmişdir. Əslində cavabdeh xx.xx.2020-ci il tarixli və Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi ilə müəyyən edilmiş qazancın və başqa gəlirlərindən ödəniş etməmişdir. Əgər cavabdeh başqa gəlirlərinin bəyan etmiş olsaydı aliment məbləği 148 manat yox, daha böyük məbləğ olacaqdı. Deməli cavabdeh uşağın təminatında bilərəkdən iştirak etmək istəmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına uyğun olaraq, uşağın minimum dolacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Minimum dolanacaq xərcindən az olmayan təminatın aliment kimi cavabdeh valideyndən tutulmasına qanuni əsas vardır. Çünki uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, 2025-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat, 2026-cı ildə bu məbləğ 260 manat müəyyən edilmişdir. Cavabdeh rəsmi aldığı əmək haqqından əlavə başqa gəlirlərə malik olmasına baxmayaraq, hazırki vaxta qədər bilərəkdən ən aşağı həddə aliment məbləği aliment məbləği icra etməsi düzgün hesab edilməməlidir. Bank çıxarışları əsasında bu fakt öz təsdiqini tapır. Cavabdehin hər ayda 148 manat aliment verməsi uşağın minimum yaşayış təminatına uyğun deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirərək yekun məhkəm aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəməyə ərizə ünvanlayaraq hazırki mülki iş üzrə iddianın təmin olunmasına etiraz etdiyini bildirmiş və əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-1411/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X1 Cavabdeh ilə Gəncə regional “Asan xidmət” məkəzi Qeydiyyat şöbəsində xx.xx.2016-cı ildə 2379 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş X5 iddiaçı X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-162/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına uyğun olaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə müəyyən olunmuş aliment məbləğinin indeksasiyası barədə ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti X7 Xidməti Gəncə şəhər X6 İdarəsinin 09 fevral 2026-cı il tarixli, 3-18-181/2- 9/2026 nömrəli məktubundan görünür ki, Gəncə şəhər X6 idarəsinin ƏYQ-nın dispetçeri daxili xidmət çavuşu Cavabdeh aylıq əmək haqqı 763.25 (yeddi yüz altmış üç, 25) manatdır, cəmi tutulmalardan (bu tutulmalara 162.10 (bir yüz altmış iki, 10) manat aliment pulu daxildir) sonra 550,29 (beş yüz əlli, 29) manat təşkil edir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin yaşayış minimumu məbləğində tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-2049/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2049/2025
24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver