Məhkəmə qərarları › İş №e-2(032)-23/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-23/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-23/2024 27.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1115/2023 saylı qətnaməsinə əsasən 18 oktyabr 2012-ci il təvəllüdlü X7 və 11 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin Cavabdeh verilməsi hissəsində dəyişdirilərək azaldılması, 18 oktyabr 2012-ci il təvəllüdlü X7 və 11 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 70 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat Şöbəsində 31 avqust 2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 18 oktyabr 2012-ci il tarixdə X7, 11 oktyabr 2013-cü il tarixdə X6 və 09 mart 2022-ci il tarixdə X12 adlı üç övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşamışlar. X7 dünyaya gəldikdən sonra Cavabdeh onu bir həyat yoldaşı kimi saymamışdır. Daim aralarında olan münasibət günü gündən soyumuşdur. Son 8 ildir ki, onun evinin qapısını qohumları açmır. Cavabdeh ilə münasibətlərinin normallaşması üçün dəfələrlə ailədə fərdi söhbətlər etmiş, ailəsini daim özü dolandırmışdır. İddiaçı heç vaxt işləməyib. Dəfələrlə iddiaçının xəyanətinə uşaqlara görə dözmüşdür. İddiaçının yersiz mübahisələri nəticəsində 2015-ci ildə uşaqları da aparmaqla Sumqayıt şəhərinə çıxıb getmişdir. Valideyinlərinin müdaxiləsi ilə ailəsini bərpa etdirmişdir. 11 noyabr 2022-ci il tarixdə xəstə oğlu X12 ağladığına görə yerə vurmuşdur. Həmin vaxtı evdə anası və bacısı olmuşdur. Evdə uşaqlar da bildirdilər ki, anası Əlini ağladığına görə yerə vurmuşdur. O, bu hadisə ilə əlaqədar Günaydan soruşduqda ona “yaxşı etmişəm, mənə xəstə uşaq lazım deyil” deyə qışqırmaqla, təhqiramiz ifadələrlə evdən çölə çıxmışdır. Sonradan onu evə dəvət etmiş, söhbət əsnasında mübahisələri olmuş və Günay evdən çıxıb getmək istədiyini təkidlə bildirdirmişdir. Özünə məxsus əşyaları toplamaqla 8 çanta toplanmışdı. Taksi ilə atası evinə aparmaq istəmişdir. Lakin atası evinə yox Kürdəmir rayonunda yaşayan Sevda adlı xalasının yanına getmək istədiyini, həmçinin uşaqlara hədə qorxu gəlməklə özü ilə aparacağını bildirdi. Qeyd edilən vaxtı münasibətlər gərgin olduğundan və uşaqlar qorxduğundan anaları ilə getmələrinə icazə vermişdir. Əlini evdə buraxmaqla, aparmaq istəmədiyi, şikəst saxlamayacağını və Kürdəmirə getməsini bildirdirmişdir. Onları taksi ilə özü Kürdəmirə aparmış, bu müddət ərzində dəfələrlə münasibətin bərpa edilməsinə cəhd etmişdir. 2022-ci ilin dekabr ayında cehiz əmlaklarının aparılması məqsədi ilə qardaşı X5 ilə Şirvan şəhərinə gəlmiş, mersedec yük markalı nəqliyyat vasitəsi və 3 fəhlə ilə əmlaklarını yığıb aparmışdır. 10 yanvar 2023-cü il tarixdə ailəsini Şirvan şəhərində 2 otaqlı kirayə mənzil tutmaqla gətirmişdir. Bir gün sonra səhər saat 9 radələrində qardaşı ilə danışdıqdan sonra Sumqayıt şəhərinə qayıdacağını bildirdi. Ona səbrli olmasını münasibətlərinin bərpa edilməsinə təkliflərini qəbul etmədi. Sonradan taksi ilə iddiaçını və Fatimə ilə Məhəmmədi Sumqayıt şəhərinə yola salmışdır. Dəfələrlə ailənin bərpa edilməsi üçün müraciətləri qəbul edilməmişdir. O, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Şirvan” şöbəsində gözətçisi vəzifəsində işləyir. Aylıq vəzifə maaşı 624 manat təşkil etməklə əmək haqqı kartına 517 manat məbləğində pul köçür. 2021-ci ildə Kapital bank ASC-dən yaşadıqları evin təmiri və ailənin təminatlarının ödənilməsi məqsədi ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Aldığı əmək haqqından 350 manat məbləğində kredit tutulur. X2 ciddi dəyişikliklər vardır. Daim müalicələr alır. Bu günədək Əli süni qidalarla qidalanır. Anası Əliyə heç vaxt ana südü verməmişdir. Əli doğularkən anası uşağı doğum evində qoymaqla çıxıb evə gəlmişdir. Uşaq qüsurlu doğulduğundan anası ondan imtina etmişdir. Uşaqla maraqlandıqdan sonra övladını doğum evindən götürmüşdür. Anadan olduqdan 3 gün sonra ağır formalı sarılıq xəstəliyi diaqnozu ilə OMİD klinikasında 26 gün müalicə almışdır. Müalicə aldığı müddət ərzində 5 dəfə qanköçürmə əməliyyatı olmuşdur. Əli müalicə aldığı müddət ərzində anası onun yanına cəmi 2 gün qalmışdır. Cavabdeh Əlidən rəsmən imtina etmişdir. Əli hazırda onun himayəsindədir. Müalicələri davam etdirilir. Bu müddət ərzində uşağın saxlanması müalicə və dərman vasitələrinin alınması üçün xərclərin qarşılanmasında çətinlik çəkir. Hazırda uşağa onun anası qulluq edir. Bundan əlavə Cavabdeh məxsus olan 1 ədəd sep və 1 ədəd qolbağı 2022-ci il tarixdə oğlu Əlinin doğum vaxtı ərəfələrində maddi imkanı aşağı olduğundan lombarda girov qoymaqla 1200 manat məbləğində kreditim götürmüşdür. Hər ay 105 manat ödəniş edir. Əlavə olaraq müqavilə dəyişməklə müddət uzanır. Cavabdeh ona Sumqayıt şəhərində satıcı işləməsini bildirmişdir. Qeyd edilənlər bir daha sübut edir ki, iddiaçı Cavabdeh uşaqların saxlanmasında heç bir çətinlik çəkmir. Münasibətləri pozulduğundan iddiaçı Cavabdeh alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1115/2023 saylı Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən 18 oktyabr 2012-ci il təvəllüdlü X7, 11 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Təyin edilmiş aliment məbləğini hər ay çətinliklə ödəsə də, hazırda aliment məbləğinin ödənilməsində çətinlikləri vardır. Belə ki, ailə üzvləri dörd nəfərdən ibarət olmaqla ailədə yalnız özü işləyir. Bu səbəbdən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X7, xx.xx.2013-cü il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X12 doğulmuşdur. İş materiallarında olan K.Y.Fərəcova adına X1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X12 yeni doğulmuşun rezus izoimmunlaşması, sarılıqlı anemik infeksiya, mərkəzi sinir sisteminin digər pozuntuları, periatal dövr üçün spesifik sayılan dəqiqləşdirilməmiş infeksiya diaqnozu ilə stasionar müalicə olunmuşdur. İş materiallarında olan Mediyus Clinic tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ultrasonoqrafik müayinə protokolundan görünür ki, X8 yan mədəciklərin genişlənməsi, likvor sistemində durğunluq US əlamətləri aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300-011/012-30/033 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə işə qəbul edilmişdir və hazırda həmin Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Şirvan” şöbəsinin gözətçisi vəzifəsində işləyir. Ştat cədvəlinə uyğun olaraq aylıq vəzifə maaşı 624 manat təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 1115/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən 18 oktyabr 2012-ci il təvəllüdlü X7, 11 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması uçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yuz qırx) manat məbləğində alıment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 1081/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 421 nömrə ilə qeydə alınmış nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X12 atası İddiaçı himayəsində saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 anası Cavabdeh himayəsində saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh 130 manat aliment tutulması qət edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin faktiki vəziyyətini və uşağın mənafeyini, onun gündəlik tələbatlarının artmasını, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini nəzərə alaraq hesab edir ki, məhkəmə İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilən hər ay bir uşağa 70 manat, iki uşağa görə 140 manat sabit pul məbləğində alimentin azaldılması mümkün hesab etmir. Məhkəmə bu mövqeydən çıxış edərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi onun valideynlərinin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin azaldılması üçün əsaslar yoxdur. Yaranmış vəziyyətdə məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılması üçün qanuni əsasın olmaması nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəsinə gəlir. Bundan başqa işin faktiki hallarından göründüyü kimi məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X12 atası İddiaçı himayəsində, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 isə anası Cavabdeh himayəsində saxlanılması qət edilmiş, həmçinin məhkəmə qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh 130 manat aliment tutulması qət edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən gətirilən dəlillər alimentin miqdarının azaldılması üçün əsas olmadığından, onun iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qızına qarşı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1115/2023 saylı qətnaməsinə əsasən 18 oktyabr 2012-ci il təvəllüdlü X7 və 11 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin Cavabdeh verilməsi hissəsində dəyişdirilərək azaldılaraq 18 oktyabr 2012-ci il təvəllüdlü X7 və 11 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 70 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar