Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-311/2024 11.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı qızının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Gamzaeva (Həmzəyeva) Turanə Murquz qızının Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ hissə İddiaçı qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında rəsmi nikahları olmasa da bir müddət birgə yaşayaraq təsərrüfat aparmışlar. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Bir müddət sonra münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Hazırda da ayrı yaşayırlar. Cavabdeh ayrıldıqdan sonra valideyn kimi uşaqların saxlanmasında, qidalanmasında, geyiminə, bir sözlə maddi tələbatını təkbaşına ödəmişdir. Artıq iddiaçı uşaqların maddi ehtiyaclarını təkbaşına qarşılamaq iqtidarında deyildir. İddiaçı X3 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçının Cavabdeh qarşı alimentin tutulmasına dair iddia tələbini dəqiqləşdirərək tərəflərin övladları olan 06 oktyabr 2010-cu il təvəllüdlü X11 münasibətdə Ağstafa rayon Məhkəməsinin 08 avqust 2012-ci il tarixli, 2(015)-461/2012 saylı qətnaməsi ilə cavabdehdən tutulmuş 45 manat məbləğində alimentin artırılaraq 235 manat məbləğində və 24 oktyabr 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat məbləğində, cəmi 470 manat məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Gamzaeva (Həmzəyeva) Turanə Murquz qızının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, ikinci dəfə ailə qurmuş, ikinci evliliyindən xx.xx.2019-cu il təvəllüdlü X17 adlı övladı olmuş, həbsdən yeni çıxmışdır. Heç bir yerdə işləmir. Əlilliyi var, 220 manat pensiya alır. Məhkəməyə ərizə verərək bildirmişdir ki, X7 imtina edir, onun oğlu deyil. Ona atalıq verməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. ƏSALANDİRİCİ hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Ağstafa rayon Məhkəməsinin 08 avqust 2012-ci il tarixli, 2(015)-461/2012 saylı icra vərəqəsinə əsasən 01 iyul 2012-ci il tarixdən başlayaraq 01 sentyabr 2010-cu ildə Rusiya Federasiyasında anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 45 manat sabit pul məbləğində alimenti tutularaq iddiaçı X4 ödənilməlidir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında Şirvan şəhət Qeydiyyat Şöbəsində 03 dekabr 2018-ci il tarixdə 481 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X17 adlı uşaqları anadan olmuşdur. AZEMİS elektron portaldan çıxarışdan məlum olur ki, Cavabdeh İİ qrup ümumi səbəbdən əlilliyə görə 220 manat sosial pensiya alır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2014-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, ana qrafasında X6, ata qrafasında X13 göstərilmişdir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: İlk öncə məhkəmə irəli sürülmüş iddia tələblərinin ayrılıqda hüquqi qiymətləndirilməsini aparmağı zəruri bilir. xx.xx.2010-cu il təvəllüdlü X2 üçün alimentin artırılması tələbinə münasibətdə Qanunvericiliyin sadalanan normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırda minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, cavabdehin maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, X11 təyin ediləcək alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Lakin məhkəmə hesab edir ki, alimentin artırılması tələbinə hüquqi qiymət verərkən cavabdehin də mövcud mənafeyini diqqətdən kənarda qoya bilməz. Təbii ki, alimentin artırılması əsaslı olduğu kimi, bu artırmanın cavabdehin himayəsində olan digər azyaşlı uşağın da həyat səviyyəsinin, saxlanmasının, maddi tələbatlarının ödənilməsi də nəzərə alınmalı, təyin ediləcək aliment məbləğinin ədalətli olmaqla cavabdehi maddi öhdəliklə həddən artıq yüklənməsinin və bununla da məhkəmə qərarının gələcəkdə icrasız qalmasının da qarşısının alınması da vacibdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının alimentin artırılması hissəsində tələbi qismən təmin edilməli və məhkəmə tərəfindən əvvəllər X1 üçün müəyyən edilən 45 manat aliment aşağı məbləğ olduğu üçün mütləq şəkildə artırılmalı, aliment məbləğini müəyyən edərkən işin hallarını, valideynlərin hər ikisinin uşağın saxlanmasında vəzifəsini, cavabdehin himayəsində 2019-cu il təvəllüdlü övladının da olmasını nəzərə alaraq xx.xx.2010-cu il təvəllüdlü X2 üçün alimentin 150 manat müəyyən edilməsini mümkündür. 24 oktyabr 2014-cü il təvəllüdlü X12 aliment təyin edilməsi hissəsinə münasibətdə Məhkəmə müəyyən etmişdir ki, iddiaçı uşağın cavabdehlə faktiki nikahdan anadan olduğunu bildirsə də, cavabdeh bunu qəbul etmir, X9 onun övladı olmadığını, uşağa münasibətdə atalığının qanunla tanınmamasını bildirmişdir. Göstərilənlər isə hazırki ziddiyyətli vəziyyətdə, yəni cavabdehin 24 oktyabr 2014-cü il təvəllüdlü X9 atası olması qanunla nəzərdə tutulmuş əsaslarla müəyyən edilmədiyindən iddiaçının sonuncuya aliment təyin edilməsi tələbinin təminini istisna edir. Belə ki, mülki prosessual qanunvericiliyin əsas prinsipi kimi məhz hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması müəyyən olunmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da göstərilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən edilməli, Ağstafa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(015)-461/2012 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmasına görə təyin edilmiş 45 manat məbləğində aliment dəyişdirilərək artırılmalı, alimentin miqdarı hər ay 150 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Məhkəmə iddianın qismən təmin olunmasını, hazırki məhkəmə qərarı ilə cavabdeh üçün yaranmış yeni maddi öhdəliklərini, tərəflərin ümumi maddi vəziyyətini nəzərə alıb, hesab edir ki, mediasiya xərci kimi 25 manat pul cavabdehdən alınaraq iddiaçıya, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən dövlət rüsumu kimi 39 manat 0.20 qəpik pul isə cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Ağstafa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(015)-461/2012 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmasına görə müəyyən edilmiş 45 manat miqdarında aliment dəyişdirilərək artırılsın və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.1987-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Gamzaeva (Həmzəyeva) Turanə Murquz qızına verilsin. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya xərci kimi ödənilmiş 25 (iyirmi beş) manat pul cavabdehdən alınaraq iddiaçıya, dövlət rüsumu kimi 39,20 manat pul isə cavabdehdən alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-311/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-311/2024
11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver