Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-513/2025 18.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı aliment tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi və alimentin uşağın adına bank hesabına köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində, həm də cavabdehin əmək haqqı və əlavələrlə birlikdə 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi və alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hal-hazırda tərəflər arasında ailə münasibətləri məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçının tələblərinin davam etdirilməsinə ehtiyac qalmamışdır. Eyni zamanda, iddiaçı ilə vəkil arasında xx.xx.2025-ci il tarixli, EM-2258VK-3574/25 nömrəli hüquqi yardım müqaviləsi qarşılıqlı razılıqla ləğv edilmişdir. Odur ki, işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddiadan imtina etdiyini və xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı və baxılmamış saxlanıldığından tərəflərindən ödənilmiş dövlət rüsumları geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi və alimentin uşağın adına bank hesabına köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (mədaxil qəbzin nömrəsi **********, xx.xx.2025-ci il tarixli) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-513/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-513/2025
18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver