Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-797/2024 17.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək haqqı və digər ödənişlərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin fevral, mart (ödənilməmiş hissəsi), aprel, may, iyun, iyul aylarının əmək haqlarının və onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin fevral ayının əmək haqqının ödənilmiş, eləcə də bugünədək ödənilməmiş hissəsindən 200 (iki yüz) manat gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin mart ayının əmək haqqının ödənilmiş, eləcə də bugünədək ödənilməmiş hissəsindən 200 (iki yüz) manat gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin may ayının əmək haqqının gecikdirilməsinə görə, eləcə də bugünədək ödənilməmiş hissəsindən 50 (əlli) manat xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 64.92 (altmış dörd manat doxsan iki qəpik), (əmək haqqının ödənilməmiş hissəsinə görə cəmi 514,20 manat), 2023-cü ilin fevral, mart, aprel, may, iyun və iyul ayları üçün ödənilməmiş MDSS, icbari tibbi sığorta və s. vergi ödənişləri üçün ümumilikdə 327,43 manat (dövlət büdcəsinə ödənilməli hissə), xx.xx.2023-cü il tarixdən, onun xx.xx.2023-xx.xx.2023-cü illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2023cü il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödənişlərin Cavabdeh onun xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş, qeyd edilən dövrün ilk 2 (iki) ayında həftədə bir dəfə olmaqla iş yerində fəaliyyət göstərmişdir. Qalan aylarda isə məsafədən idarə etməklə işləri yerinə yetirmişdir. Bundan əlavə fiziki şəxs Cavabdeh aid restoranda kadr və mühasibatlıq işlərini yerinə yetirdiyinə baxmayaraq, işlədiyi 5 (beş) ay müddəti ərzində ilk 2 (iki) ayı tam ödənilməməklə gördüyü işlər müqabilində əmək haqqının şəxsi bank hesabına köçürülərək almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi xx.xx.2023-cü il tarixli müraciətinə dair araşdırma aparılmışdır. Araşdırma nəticəsi olaraq ona məlum olmuşdur ki, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta halı yarandığından fiziki şəxs Cavabdeh Ənvər oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Ona görə də hesab edir ki, qeyd olunan aylar üzrə əmək haqlarının və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin də (kompensasiyanın) gecikdirilməsinə görə həmin məbləğlərin ödənilməli olduğu gündən onların ödənildiyi günədək bir faiz ödənc hesablanılmaqla cavabdehdən xeyrinə tutulmalıdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin fevral, mart (ödənilməmiş hissəsi), aprel, may, iyun, iyul aylarının əmək haqlarının və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin fevral ayının əmək haqqının ödənilmiş, eləcə də bugünədək ödənilməmiş hissəsindən 200 (iki yüz) manat gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin mart ayının əmək haqqının ödənilmiş, eləcə də bugünədək ödənilməmiş hissəsindən 200 (iki yüz) manat gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin may ayının əmək haqqının gecikdirilməsinə görə, eləcə də bugünədək ödənilməmiş hissəsindən 50 (əlli) manat xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 64.92 (altmış dörd manat doxsan iki qəpik), (əmək haqqının ödənilməmiş hissəsinə görə cəmi 514,20 manat), 2023cü ilin fevral, mart, aprel, may, iyun və iyul ayları üçün ödənilməmiş MDSS, icbari tibbi sığorta və s vergi ödənişləri üçün ümumi 327,43 manat (dövlət büdcəsinə ödənilməli hissə), xx.xx.2023-cü il tarixdən, xx.xx.2023 – xx.xx.2023-cü illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödənclərin və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 60 (altımış) manat pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtə və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı hazırki məhkəmə iclasında gəlməmiş, həmçinin məhkəməyə elektron ərizə ünvanlayaraq iclası onun iştirakı olmadan keçirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsi müvafiq olaraq iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı vermiş olduğu izahatında bildirmişdir ki, 2023-cü ilin fevral ayından Cavabdeh yanında işləməyə başlamışdır. 5 ay yarım bir yerdə işlədilər. İyulun əvvəlində işi təhvil verəcəyini Cavabdeh bildirmişdir. 20 iyulda son hesabatı ona təqdim etmişdir. Cavabdehlə onun arasında əmək müqaviləsi bağlanmamışdır. Belə ki, o, NB Holdinq ASC-də əmək müqaviləsi ilə işləyirdi. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən o yalnız həftənin bazar günləri işə getməli idi. Onun işi mühasibatlığın aparılması, yəni verginin ödənilməsinə, DSMF-yə hesabatların göndərilməsinə nəzarət olmuşdur. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, Bakı şəhərində icarəyə iaşə obyekti “Qədim Qəbələ” restoran götürmüşdür. Həmin iaşə obyektində işçilərlə əmək müqaviləsinin imzalanması, vergi hesabatlarının göndərilməsi və obyektdə istifadə edilən ərzaqların hesabatının aparılması ilə bağlı ona mühasib lazım olmuşdur. Bu məqsədlə o ortaq tanışlarına mühasib axtardığını bildirmişdir. Tanışları vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. İddiaçı ilə ilk görüşlərində ona görüləcək işlər barədə məlumat vermişdir. Aralarında olan şifaji razılaşmaya əsasən razılığa gəlmişdirlər ki, qeyd edilən işlərin müqabilində ona 300 manat xidmət haqqı ödəyəcəkdir. Lakin sonradan İddiaçı tərəfindən razılaşma üzrə obyektdə istifadə edilən ərzaqların hesabatının aparılmasını apara bilməyəcəyini bildirmişdir. İşi ilkin olaraq aralarında olan razılşmaya uyğun həyata keçirə bilməyəcəyinə görə onunla görüləcək işlərin müqabilində ona 200 manat ödəyəcəyi ilə bağlı razılaşmışdırlar. Lakin bundan sonra da İddiaçı tərəfindən vergi bəyannaməsi düzgün göndərilməmiş və nəticədə onun işlətdiyi obyekt əlavə dəyər vergisi ödəyəcək obyekt kimi qeydə alınmasına səbəb olmuşdur. Sonradan onun özü aidiyyəti qurumlara müraciəti əsasında həmin anlaşılmamazlıq aradan qaldırılmışdır. İşçilərlə əmək müqaviləsinin bağlanması ilə bağlı elektron imza İddiaçı özündə olmuşdur. İddiaçı digər müəssisədə işlədiyi üçün və aralarında olan razılaşmaya əsasən onunla əmək müqaviləsi bağlanmamışdır. Sonradan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciəti nəticəsində ona Əmək məcəlləsinin tələblərini pozması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, tərəflər arasında əmək müqaviləsi olmayıb. Hazırda iddiaçının iddia etdiyi kompensasiya və əmək məzuniyyətləri ilə bağlı ödənişlər yalnız əmək müqaviləsi olan şəxslərə şamil olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işə əlavə edilmiş materialları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/1- G-25037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı müraciətinə dair cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı tərəflərindən fiziki şəxs Cavabdeh (Şirvan şəhəri, Energetika küçəsi ev 34; Abşeron rayonu, Xırdalan şəhəri, 28 May küçəsi 1 bina, mənzil 131, ünvan 1 ünvanlarına 3-17-5/2-H-32528/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktublarla (SS867133235AZ, SS867133249AZ,SS867133221AZ) müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq tələb olunmuşdur. Fiziki şəxs Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Nazirliyin tabeliyində 3 saylı Bakı DOST Mərkəzində yazdığı izahatlarında xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək iş yerinə gəlmədən məsafədən idarə etməklə vergi hesabatlarının verilməsi və əmək müqavilələrinin qeydiyyatının aparılması ilə bağlı ona xidmət göstərdiyini, sonda göstərdiyi xidmət müqabilində əmək haqlarını ödəyərək işlərinə xitam verdiyini bildirmişdir. Eyni zamanda Cavabdeh izahatında xidmət göstərdiyiniz ilk ayda cəmi 3 gün iş yerinə gəldiyini və məsafədən müəyyən xidmətin göstərilməsi halında əmək müqaviləsinin bağlanılmasının vacibliyi barədə məlumatlı olmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Mərkəzləşdirilmişı Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən, onunla fiziki şəxs Cavabdeh arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin qeydiyyatının mövcud olmadığı müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 9-cu maddələrinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta halı yarandığından fiziki şəxs Cavabdeh Ənvər oğlu barəsində tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN1743905 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh tərəfindən vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçının tələbi əmək haqqı və əmək məzuniyyətlərinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı ödənişlərin cavabdehdən tutulması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmamışdır. Tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı mühasibatlıq işlərinin həyata keçirilməsini təşkil etməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyin tələblərindən göründüyü kimi əmək münasibətlərində tərəflər işçi və işəgötürəndir. Tərəflər arasında əmək müqaviləsi sərbəst olaraq bağlanır və işçi ilə işəgötürən arasında əmək münasibətləri məhz əmək müqaviləsi bağlandıqdan sonra yaranır. İşçinin əmək haqqı, məzuniyyət və digər ödənişlərlə bağlı hüquqlarının yaranması üçün tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış və qeydiyyatdan keçmiş əmək müqaviləsi olmalıdır. İşin fakitiki hallarından və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından da müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi olmamışdır. Hazırda isə iddiaçı mövcud olmayan hüquq münasibətlərindən istifadə etməklə işəgötürən tərəfindən ona ödənişlərin ödənilməli olduğunu iddia edir. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi olmadığından hazırkı mülki iş üzrə iddiaçının əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensassiya tələb etmək hüququ da mövcud deyildir. Eyni zamanda məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlarında İddiaçı Cavabdeh icarəyə götürdüyü iaşə obyektində mühasibat işlərinin aparılması ilə bağlı razılıq olduğu müəyyən edilmişdir. Qeyd edilən münasibətlərə tapşırıq müqaviləsi prizmasından yanaşası olsaq belə hesab edir ki, iddiaçı tərəfindən tapşırıq müqaviləsi üzrə də xidməti qanuna müvafiq olaraq icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi tapşırığı həyata keçirməyi öhdəsinə götürən razılaşma üzrə əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. İşin fakitiki hallarında və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, İddiaçı iaşə obyekti ilə bağlı mühasibatlıq işlərini həyata keçirməli və bunun müqabilində sonuncuya ödənişlər həyata keçirilməli idi. Lakin iddiaçı tərəfindən tapşırıq müqaviləsi (şifahi) üzrə göstərilən xidmətlər, xidmətlərin qüsursuz olaraq icra edilməsi və həmin xidmətlərin müqabilində ödənilməli olan ödənişlərin, həmin ödənişlərin ödənilməli olan müddətləri ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmək haqqı və digər ödənişlərin tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı 2023-cü ilin fevral, mart (ödənilməmiş hissəsi), aprel, may, iyun, iyul aylarının əmək haqlarının və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərimə görə pul əvəzinin (kompensasiyanın), xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin fevral ayının əmək haqqının ödənilmiş, eləcə də bugünədək ödənilməmiş hissəsindən 200 (iki yüz) manat gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin mart ayının əmək haqqının ödənilmiş, eləcə də bugünədək ödənilməmiş hissəsindən 200 (iki yüz) manat gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-cü ilin may ayının əmək haqqının gecikdirilməsinə görə, eləcə də bugünədək ödənilməmiş hissəsindən 50 (əlli) manat xx.xx.2023cü il tarixdən, 2023-cü ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən, 2023-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 64.92 (altmış dörd manat doxsan iki qəpik), (əmək haqqının ödənilməmiş hissəsinə görə cəmi 514,20 manat), 2023-cü ilin fevral, mart, aprel, may, iyun və iyul ayları üçün ödənilməmiş MDSS, icbari tibbi sığorta və s. vergi ödənişləri üçün ümumi 327,43 manat (dövlət büdcəsinə ödənilməli hissə), xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-xx.xx.2023-cü illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödənişlərin və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 60 (altımış) manat pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-797/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-797/2024
17.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver