Məhkəmə qərarları › İş №e-2(032)-951/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-951/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-951/2024 09.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcuna görə 756.32 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında 05 noyabr 2021-ci il tarixli, X1+debi kartmane kart müqaviləsinə əsasən Cavabdeh AZ80RBTA******************** kart hesabı açılmış və **********624503 kart verilmişdir. Müştəri “Şirvan” filialına yaxınlaşaraq lizinq ödənişi üçün müraciət etmişdir. Həmin gün bu yalnışlıq aradan qaldırılaraq həmin vəsait cari hesabına mədaxil edilmişdir. Lakin kartına yanlışlıqla yüklənmiş vəsaitin geri çəkilməsini gözləmədən müştəri tərəfindən xx.xx.2022-ci il tarixində 920 manat, xx.xx.2022-ci il tarixində isə 100 manat məbəğində pul kart hesabından ATM Bankomat vasitəsilə nağdlaşdırılmışdır. Müştərinin əvvəlcədən öz kart hesabında 0,90 manat vəsait olduğu üçün yanlışlıqla yüklənmiş vəsaitin geri çəkildiyi zaman hesabında 1019,10 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 300 manat) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 719.10 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 37.22 manat faiz borcu olmaqla, cəmi 756.32 manat borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-1511 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh Azar oğlu bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 05 noyabr 2021-ci il tarixli, X1+debi kartmane kart müqaviləsinə əsasən Cavabdeh AZ80RBTA******************** kart hesabı açılmış və **********624503 kart verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RB18/02/319 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli X1+debit kartmane kart müqaviləsinə əsasən verilmiş **********624503 kart və AZ80RBTA******************** hesabı üzrə overdraft borcu aşağıdakı səbəblərdən yaranmışdır. Müştəri “Şirvan” filialına yaxınlaşaraq lizinq ödənişi üçün müraciət etmişdir. Ödənişin ödənildiyi hesab cari hesab olmalı olduğu halda yalnışlıqla kart hesabı seçilmişdir. Həmin gün bu yalnışlıq aradan qaldırılaraq həmin vəsait cari hesabına mǝdaxil edilmişdir. Lakin kartına yanlışlıqla yüklənmiş vəsaitin geri çəkilməsini gözləmədən müştəri tərəfindən xx.xx.2022-ci il tarixində 920 manat, xx.xx.2022-ci il tarixində isə 100 manat məbləğində pul kart heabından ATM Bankomat vasitəsilə nağdlaşdırılmışdır. Müştərinin əvvəlcədən öz kart hesabında 0,90 manat vəsait olduğu üçün yanlışlıqla yüklənmiş vəsaitin geri çəkildiyi zaman hesabında 1019,10 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 300 manat) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 719,10 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 37,22 manat faiz borcu olmaqla cəmi 756,32 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin faktiki hallarından göründüyü kimi İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında 05 noyabr 2021-ci il tarixli X1+debi kartmane kart müqaviləsinə əsasən Cavabdeh AZ80RBTA******************** kart hesabı açılmış və **********624503 kart verilmişdir. Müştəri “Şirvan” filialına yaxınlaşaraq lizinq ödənişi üçün müraciət etmiş və yalnışlıq aradan qaldırılaraq həmin vəsait cari hesabına mədaxil edilmişdir. Lakin hazırkı mülki iş üzrə cavabdeh kartına yanlışlıqla yüklənmiş vəsaitin geri çəkilməsini gözləmədən xx.xx.2022-ci il tarixində 920 manat, xx.xx.2022-ci il tarixində isə 100 manat məbəğində pul kart hesabından ATM Bankomat vasitəsilə nağdlaşdırmışdır. Müştərinin əvvəlcədən öz kart hesabında 0,90 manat vəsait olduğu üçün yanlışlıqla yüklənmiş vəsaitin geri çəkildiyi zaman hesabında 1019,10 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 300 manat) onun overdraft borcundan silinmişdir. Hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 719.10 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 37.22 manat faiz borcu olmaqla, cəmi 756.32 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz manat) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 756.32 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 756.32 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 786.32 (yeddi yüz səksən altı manat otuz iki qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar