Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-101/2024 24.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evində istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evində istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və Cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evində onun yaşamasına yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdə X4 Cəmiyyətində (Zaqatala rabitə qovşağı) əməliyyatçı vəsifəsinə işə qəbul edilmişdir. İddiaçı Cavabdeh ilə evləndikdən sonra, növbədənkənar yaşaması üçün həmkarlar ittifaqı təşkilatının xx.xx.1993-cü il tarixli, 05 nömrəli qərarı ilə Zaqatala şəhəri, Anar Həmidov küçəsi, döngə 5 ünvanında olan torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili (divarlar) istifadəsinə verilmişdir. Torpaq sahəsi Zaqatala rabitə qovşağının balansındadır. Həmin tikilinin yaşamaq üçün şəraiti olmadığından, iddiaçı Zaqatala rabitə qovşağına ərizə ilə müraciət edərək yarımçıq tikilidən özlərinə yaşayış evinin tikilməsinə razılıq almışdır. Bundan sonra həmin torpaq sahəsində iddiaçı və cavabdehin hesabına fərdi yaşayış evi tikilmişdir. Bütün bunlar Zaqatala Rayon Məhkəməsinin 2(033)-603/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsində öz əksini tapmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2008-ci il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən ləğv edilmişdir. Həmin tarixdən iddiaçı evdən çıxarılmışdır. Hal-hazırda İddiaçı, sözü gedən fərdi yaşayış evində qala bilmir. Cavabdeh iddiaçını evə girməyə qoymur. Mübahisəli evdə iddiaçının da yaşamaq hüququ vardır. Bu səbəbdən tərəflər arasında mübahisələr olur. İddiaçı, mübahisəli evə köçürülməklə istifadə hüququnun bərpa olunmasını istəyir. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülməsinə və cavabdeh tərəfindən yönəlmiş qərəzli hərəkətlərə son qoyulmasına ilə bağlı mediatora müraciət edilsə də hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq göstərdi ki, 1993cü ildə həmkarlar ittifaqı təşkilatı tərəfindən iddiaçının istifadəsinə Zaqatala şəhəri, Anar Həmidov küçəsi, döngə 5 ünvanında olan torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili verilmiş və tərəflərin birgə vəsaiti hesabına orada ev inşa edilmişdir. Həmin evin bütün kommunal xidmətləri iddiaçının adına olmuş və sonuncu həmin evdə qeydiyyatdadır. Tərəflər 2008-ci ildə rəsmi olaraq ayrılmışlar və iddiaçı həmin evdən çıxıb getmiş, hazırda Bakı şəhərində yaşayır. O, dəfələrlə evinə qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişdir. İddiaçının hazırda yaşamağa evi yoxdur və bu səbəbdən o rayona gələ bilmir. Həmin mübahisələndirilən ev yarımçıq vəziyyətdə iddiaçı Zaqatala rabitə qovşağında işlədiyindən ona verilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə 2008-ci ildə nikahları pozulmuş və uşaqları onun himayəsində qalmışlar. İddiaçı ondan ayrılarkən özünə məxsus qızıl-zinət və geyim əşyalarını özü ilə aparmışdır. Mübahisəli evin bütün kommunal xidmətləri onun adınadır və kommunal xərclər onun tərəfindən ödənilmişdir. Evin və torpaq sahəsinin vergi pulu da tərəfindən ödənilir. Uşaqları həddibuluğa çatmışlar. O, mübahisələndirilən evdə yaşayır. İddiaçı isə daimi yaşamaq üçün Bakı şəhərinə köçdüyü üçün, evin işıq, qaz, su, telefon xidmətlərini adından çıxarmışdır. İddiaçının iddiası əsassızdır və bu səbəbdən də təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşin halları: İş materiallarına əlavə edilmiş İddiaçı məxsus İT N1217015 nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu 17 yanvar 1990-cı il tarixli əmr ilə Zaqatala rabitə qovşağına əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rabitə Qovşağı Həmkarlar Komitəsi heyət iclasının 09 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokolundan çıxarışdan görünür ki, rabitə qovşağı barat nəzarətçisi İddiaçı Ələkbər qızının yeni ailə həyatı qurması və yaşayış evinin olmamasını nəzərə alaraq verdiyi ərizəsinə və rabitə qovşağının rəisinin razılığına əsasən Qaqarində yerləşən qovşağın anbar sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 metr 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir. Yaşayış evi daxil olmaqla 12 metr uzunluğunda və 8 metr eninə sahə yoldaşın istifadəsinə verilməsi rabitə qovşağı müdiriyyətindən xahiş edilsin. İş materiallarına əlavə edilmiş X5 tərəfindən Zaqatala rayon TKQ rəisinə ünvanlanmış ərizədən görünür ki, o, müvəqqəti köçüb getdiyinə görə 01 yanvar 2010-cu il tarixdən adına olan 5-44-90 nömrəli telefonu 6 ay müddətinə şəbəkədən ayrılmasına dair sərəncam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X1 19 aprel 2011-ci il tarixli arayışından görünür ki, X5 ******* saylı telefonun abunəçisi olmuş və 19 aprel 2011-ci il tarixdə telefonu TRİQ-na uyğun qovşağa təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rabitə X8 Respublikası Komitəsinin Zaqatala Həmkarlar İttifaqı Komitəsinin İddiaçı ünvanlanmış 07 avqust 2004-ü il tarixli 15 saylı məktubundan görünür ki, “həmkarlar komitəsinin protokoluna əsasən 1993-cü ildə Rabitə Qovşağına aid olan torpaq sahəsində tikintisi yarımçıq qalan barılardan istifadə etməklə özünüzə yaşayış binası tikmək üçün icazə verilməsi qovşağın rəisindən xahiş olunmuşdur. Həmin vaxtdan siz özünüzə yaşayış evi tikməklə orada yaşayırsınız və buna etiraz olunmur. Hazırda yaşayış sahənizi genişləndirmək üçün tikinti aparmaq istədiyinizi bildirirsizniz. Müvafiq qanunlara əsasən torpağın verilməsi və onun üzərində tikintilərin aparılması yalnız aidiyyatı olan təşkilatların razılığına uyğun sənədləşmə əldə olunduqdan aparıla bilər. Odur ki, qeyd olunanların həlli üçün səlahiyyətli orqanlara müraciət etməyiniz məsləhət görülür”. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ N 103546 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah 26 noyabr 2008-ci ildə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Kebeloba kənd sakinləri X6 və X2 həqiqətən də ataları Cavabdeh himayəsindədirlər. İş materiallarına əlavə edilmiş 12 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Zaqatala RQİİ-in Zaqatala Xidmət Sahəsinin abonent bazasında **********00370 saylı kod altında qaz abunəçisi kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsinin 11 yanvar 2024-cü il tarixli 11 saylı arayışından görünür ki, Cavabdeh Nurəddin oğluna məxsus ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın və torpağın xx.xx.2025-ci il tarixədək vergi borcu yoxdur. İş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 01 iyun 2011-ci il tarixdə 37361050 saylı müqavilə bağlanmış və aylıq abunə haqları Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatlardan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 01 yanvar 2007-ci il tarixdə 415161 saylı müqavilə bağlanmış və aylıq abunə haqları Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)-603/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Nurəddin oğluna qarşı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh Nurəddin oğlu tərəfindən zəbt edilmiş 0,0084 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin "xxxx" MMC-yə təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(107)-108/2023 saylı qətnaməsinin surətindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)-603/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. İş materiallarına əlavə edilmiş Ali Məhkəməinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli 2(102)-2023/2023 saylı qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(107)-108/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 08 sentyabr 2023-cü il tarixdə saat 12:00-13:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq: Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 56-cı maddəsinə əsasən mənzil haqqından əlavə, müəyyən edilən qaydada təsdiq olunmuş tariflər üzrə kommunal xidmətlər (su təchizatı, qaz, elektrik enerjisi, istilik enerjisi və başqa xidmətlər) üçün haqq alınır. 57-ci maddəsinə əsasən icarədar mənzil və kommunal xidmətlər haqqını vaxtında ödəməlidir. İcarədar ötən hər ayın mənzil haqqını sonrakı ayın 10-dan gec olmayaraq ödəməlidir. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Aztelekom MMC-də (Zaqatala rabitə qovşağı) əməliyyatçı vəsifəsinə işə qəbul edilmişdir. Anbar sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 metr 50 sm yarımçıq barılar, 12 metr uzunluğunda və 8 metr eninə sahə "xxxx" MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansındadır. Zaqatala rabitə Qovşağı Həmkarlar Komitəsi heyət iclasının xx.xx.1993-cü il tarixli 5 nömrəli qərarı ilə rabitə qovşağı tərəfindən yeni ailə həyatı qurması və yaşayış evinin olmaması nəzərə alınaraq qovşağın anbar sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 metr 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir. Yaşayış evi daxil olmaqla 12 metr uzunluğunda və 8 metr eninə sahə yoldaşın istifadəsinə verilməsi rabitə qovşağı müdiriyyətindən xahiş edilmişdir. Tərəflər arasındakı nikah xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir. İddiaçı həmin tarixdən keçmiş iş yerindən cavabdehlə birgə yaşaması üçün istifadələrinə verilmiş bu tikilidə yaşamır. Tikilinin su təchizatı, qaz, elektrik enerjisi və başqa xidmətlər üzrə abunəçisi olan iddiaçının köçüb getməsindən sonra, həmin xidmətlərə dair abunəliklər cavabdehin adına keçmişdir. İddiaçı telefon üzrə abunəlikdən isə xx.xx.2011-ci il tarixdə çıxmışdır. Aidiyyəti üzrə xərclər iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən ödənilir. Tikilidə cavabdeh və onun iddiaçı ilə birgə nikahından doğulmuş övladları istifadə edir. İddiaçı tikilidən xx.xx.2008-ci il tarixdən köçüb getməsinin müvəqqəti və iradəsindən asılı olmayan səbəbdən olması, eləcə də tikilinin su təchizatı, qaz, elektrik enerjisi və başqa xidmətlər üzrə abunəçiliyindən imtina etməsinə əsas olmuş barədə hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla iddiaçının tikilidən, 15 ilə yaxındır ki, yaşadığı Bakı şəhərinə müvəqqəti və iradəsindən asılı olmayan səbəbdən getməsi halı təsdiq edilməmişdir. Məhkəmə, qeyd edilən halın təsdiq edilmədiyini, eləcə də iddiaçının keçən dövr ərzində mübahisəli tikintiyə qayıdıb yaşamaq üçün hər hansı təşəbbüs göstərmədiyini, əksinə tikilinin su təchizatı, qaz, elektrik enerjisi və başqa xidmətlər üzrə abunəçiliyindən imtina etməsini nəzərə alaraq, onun xx.xx.2008-ci il tarixdən 15 ilə yaxındır ki, yaşadığı Bakı şəhərinə daimi yaşamaq üçün köçüb getdiyi nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən 15 ilə yaxındır ki, yaşadığı Bakı şəhərinə daimi yaşamaq üçün köçüb getdiyi vaxtdan, mübahisəli tikiliyə istifadə hüququnu itirdiyindən, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və Cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evində onun yaşamasına yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və Cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evində onun yaşamasına yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu onu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-101/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-101/2024
24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver