Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1013/2024 20.08.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, kreditor Tələbkar Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmri verilməsi barədə ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor Tələbkar Borclu qarşı “pul” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 1277 (bir min iki yüz yetmiş yeddi) manat borc, 244 (iki yüz qırx dörd) manat cərimə, həmçinin 35.21 manat məhkəmə rüsumu tutularaq,Tələbkar MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, kreditor Tələbkar 19 iyun 2019-cu il tarixli 200 saylı alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan alıcıya təqdim olunmuş qiymət cədvəlini iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina edir. Həmçinin həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iş üzrə tərəflərin subyektiv tərkibini nəzərə alaraq qeyd edir ki, kreditor Tələbkar ona məxsus ********** nömrəli VÖEN hesabı vardır. Həmçinin, cavabdeh Borclu fərdi sahibkar olmaqla, ona məxsus ********** nömrəli VÖEN hesabı vardır. Bundan əlavə, ərizənin məzmunundan da göründüyü kimi, kreditor Tələbkar məhsulları onun tərəfindən alınması barədə razılıq əldə edilmiş mağaza və digər satış nöqtələrinə təhvil verir və həmin satış nöqtələrində mallar satıldıqca, onun pulunu təhvil alır. Kreditor Tələbkar ilə Borclu yuxarıda qeyd edilən mahiyyətdə alqı-satqı müqaviləsi bağlamaqla, 2019-cu ildən kommersiya fəaliyyəti ilə məşğul olmuşdurlar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisə fərdi sahibkar statuslu fiziki şəxslə hüquqi şəxs arasında kommersiya mübahisəsi olduğuna və kommersiya xarakteri daşıdığına görə həmin işin aidiyyəti Şəki Kommersiya Məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmçinin, MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Eyni zamanda dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, ərizənin verilməsi üçün 35.21 manat məbləğində dövlət rüsumu Şəki Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, kreditor Tələbkar Borclu qarşı “pul” tələbinə barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməli, kreditora onun hazırki tələbi ilə aidiyyatı məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 279, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Kreditor Tələbkar Borclu qarşı “pul” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1013/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1013/2024
20.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver