Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1352/2025 26.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 Əli qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair ilk, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İlk və qarşılıqlı iddia tələbləri və onların dəlilləri: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından onların xx.xx.2010-cu il tarixdə “Gülşən” və xx.xx.2016-cı il tarixdə “Ömər” adlı övladları doğulmuşdur. Onlar artıq 2025-ci ilin fevral ayından ayrı yaşayırlar, ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Uşaqlar onun himayəsind yaşayırlar, onların qayğısına özü tək qalır, cavabdeh uşaqların saxlanılması üçün ona maddi köməklik etmir. Uşaqlar azyaşlı olduqlarına görə və onun himayəsində yaşadıqlarına görə cavabdeh uşaqların saxlanılması üçün aliment ödəməlidir. Uşaqların saxlanılması üçün aliment ölkədə müəyyən edilmiş minimum istehlak səbətinə uyğun təyin edilməlidir. “2025-ci il üçün yaşayış minimumu haqqında Qanun”a əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Ona görə də o cavabdehdən hər uşaq üçün hər ay minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tələb edir. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən nəticə hissəsinin alimentə münasibətdə aşağıdakı qaydada yazılmasını xahiş edir. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən mənim xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun”. İddiaçı 16 fevral 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə aralarında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, qarşılıqlı iddia tələbini bununla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşlar. Nikahları qanunvericiliyə uyğun olaraq müvafiq qeydiyyat orqanında - Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Ailə həyatı qurduqdan sonar cavabdehlə aralarında ciddi fikir ayrılıqları, anlaşılmazlıqlaq və xasiyyətlərin uyğun gəlməməsi halları meydana çıxmışdır. Bu hallar səbəbindən birgə ailə həyatlarını davam etdirmələri mümkünsüz olmuş və onların arasında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Hazırda onlar birgə yaşamırlar, birgə təsərrüfat aparmırlar və ailə münasibətləri faktiki olaraq mövcud deyildir. Onların arasındakı nikahın davam etdirilməsi, mövcud vəziyyətin dəyişməsi və münasibətlərin bərpası mümkün olmadığından cavabdehin verdiyi iddia ərizəsinə qarşılıqlı olaraq iddia ərizəsi ilə müraciət edir. O, cavabdehlə aralarında bağlanmış nikahın ləğv edilməsinə heç bir etirazı yoxdur və vaxt verilmədən bu prossesin sonlandınlmasına razılıq verir. İlk və qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri İlk və qarşılıqlı iddia tələbinə etiraz daxil olmamışdır. Tərəflərin izahatları İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə münasibətlərinin pozulmasına səbəb sonuncunun anasının və bacısının ailəsinə müdaxilə etməsi, onun və uşaqlarının ehtiyaclarını ödəməməsi, ailəsinə baxmaması olmuşdur. Cavabdeh pul qazanmaq adı ilə Moskva şəhərinə getmiş və oradan iki-üç dəfə 200-300 manat pul göndərmişdir ki, uşağının göz müalicəsinə xərcləsin. Ayrı vaxtlarda isə özü şadlıq evlərinə gedir ki, orada salatlar hazırlayaraq gündəlik qazanc əldə etsin. Onun əyin-başını bacısı təmin edir. Evinə hər hansı bir ərzaq lazım olduqda o, məcbur olaraq qayınanasına deməli olur. Məhkəmə gedişatında cavabdeh və onun anası onu uşaqları ilə birlikdə evdən qovmuşlar. Hazırda kirayədə qalır və kirayə haqqını və kommunal xərclərini ödəməklə yanaşı ailəsini çox çətinliklə saxlayır. Məhkəmənin qərardadı ilə onun xeyrinə 180 manat alimentin ödənilməsi təyin edilmişdir. Həmin məbləğ onun və uşaqlarının ehtiyacını ödəmir. Hazırda cavabdehlə aralarında bağlanmış nikahın pozulmasına razıdır. Göstərilənlərə əsasən hər iki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbini isə qismən qəbul edərək bildirdi ki, o, artıq ilk iddia üzrə iddiaçı ilə birlikdə yaşamaq istəmir. O, ailəsinin hər bir ehtiyacını ödəmişdir. Hazırda iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Onun rəsmi iş yeri yoxdur və o, asma-bronxit xəstəsidir. Bundan başqa həmdə əsəb xəstəsidir. Anası dəfələrlə iddiaçıya maddi köməklik göstərmişdir. Məhkəmə qərardadı ilə ondan hər ay 180 manat alimentin ödənilməsi qərara alınmış və həmin məbləğ anasının pensiyası ilə ödənilir. Onun artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. İlk iddia üzrə iddiaçı özü də işləyərək əmək haqqı alır. Odur ki, qarşılıqlı iddianın təmin, ilk iddianın isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında Cavabdeh izahatına oxşar məzmunda izahat verərək qarşılıqlı iddianın təmin, ilk iddianın isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar Zaqatala rayon Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş AZ-İ 550295 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Cavabdeh ilə X4 arasında nikah 31 dekabr 2009-cu il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 46 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. AZE seriyalı 12718473 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 23 oktyabr 2010-cu ildə doğulmuşdur. Valideynləri Cavabdeh və İddiaçıdir. AZE seriyalı 12718473 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 11 oktyabr 2016-cı ildə doğulmuşdur. Valideynləri Cavabdeh və İddiaçıdir. xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-01325 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasya sessiyası ilə bağlı mediasiya xərci olaraq 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Məhkəməsinin e-16(033)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı müvvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi qismən təmin edilərək, Zaqatala rayon məhkəməsinin icraatında olan e-2(033)-1352/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində müvəqqəti aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aliment tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması,, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 19.1-ci maddəsinə görə Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, “Nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.” Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2026-cı il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 260 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 31 oktyabr 2009-cu il tarixdən rəsmi nikahda olub yaşamaqlarına baxmayaraq hazırda ailə münasibətləri kəsilmiş, tərəflərə ailə münasibətlərini bərpa etmək üçün imkan yaratmaq məqsədilə işə baxılmasının təxirə salınmasının mümkünlüyü izah edilmiş, lakin qarşılıqlı iddia üzrə iddiaçı onlara vaxt verilsə də cavabdehlə barışmadığını bildirərək nikahlarının pozulmasını xahiş etmiş, ilk iddia üzrə iddiaçı sonuncu məhkəmə iclasında nikahın pozulmasına razı olduğunu bildirmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2016-cı ildə X11 adlı iki uşaqları doğulmuşdur. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının bundan sonra ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini, cavabdehin boşanmağa razı olmasını nəzərə alır və hesab edir ki, tərəflər arasında 31 dekabr 2009-cu il tarixdə Zaqatala RİHBın Yuxarı Tala kəndi İƏD-si üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması akt qeydləri kitabında 46 nömrə ilə qeydə alınmış nikah pozulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, ilk iddia üzə Cavabdeh qazancı (gəliri) qeyrimüntəzəm və dəyişəndir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə əsasən hesab edir ki, ilk iddia üzrə Cavabdeh yetkinlik yaşına çatmayan hər bir uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalı, onun miqdarını ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində təyin edilməli, sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini, alimentin indeksiyası qaydasını müəyyən edən maddələrin tələblərini nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment ilk iddia üzə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin məbləğ uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. Həmçinin Zaqatala Rayon Məhkəməsinin e-16(033)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı alimentin hesablanması zamanı nəzərə alınmalıdır. Alimentin tutulmasının əvvəlinin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh aliment tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhz həmin tarixdən tutulmalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı və tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İlk iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 400x0.55x12x2=5280 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 72.80 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən isə ödənilmiş dövlət rüsumu tələb olunmadığından həmin xərclər onların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 sentyabr 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Zaqatala Rayon Məhkəməsinin e-16(033)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı alimentin hesablanması zamanı nəzərə alınsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 31 dekabr 2009-cu il tarixdə Zaqatala RİHB-ın Yuxarı Tala kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması akt qeydləri kitabında 46 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Cavabdeh 72.80 (yetmiş iki manat səksən qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən isə ödənilmiş dövlət rüsumu tələb olunmadığından həmin xərclər onların özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1352/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1352/2025
26.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver