Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1357/2025 04.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 8(033)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin 13 may 2014cü il tarixli, 2(033)-738/2014 saylı məhkəmə əmr ilə 28 iyul 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.14 misli həddində indeksasiya olunmuş məbləğinin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,375 misli həddində sabit pul məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(033)-738/2014 saylı məhkəmə əmr ilə ondan oğlu 28 iyul 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 may 2014-cü il tarixdən hesablanmaqla, hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, həmin məhkəmə əmr ilə müyyən olunmuş aliment məbləğinin indeksasiya olunmasını məhkəmədən xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 8(033)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(033)- 738/2014 saylı məhkəmə əmr ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, oğlu 28 iyul 2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.14 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 400 manat həcmində müəyyən olunduğunu nəzərə alınarsa, Zaqatala Rayon Məhkəməsinin 8(033)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.14 misli həddində aliment təyin edilməsi, onun üzərinə tələbkar Cavabdeh hər ay 456 (400 x 1.14 = 456) manat aliment ödənilməsi öhdəliyi qoymuşdur ki, bu məbləğ 2025-ci il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimunun iki mislini təşkil edir. Qeyd edir ki, indeksasiya edilmiş aliment məbləği ədalətsiz dərəcədə yüksəkdir və onun hazırki maddi həyat şəraitinə uyğun gəlmir. Belə ki, o, xx.xx.1987-ci tarixdən xx.xx.1988-ci il tatixədək keçmiş SSRİ ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir, xx.xx.1993-cü il tarixdə Səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə göndərilmişdir və X5 mühariəsində iştirak etmişdir. Hazırda isə X1 Mərkəzində işsiz kimi qeydiyyatdadır, rəsmi iş yeri və gəliri yoxdur. Üstəlik səhhətində problemlər var və ağır məişət şəraitində yaşayır. Belə bir vəziyyətdə aylıq 456 manat kimi yüksək aliment öhdəliyini yerinə yetirmək imkanlarını aşır və onun üçün qeyri-mümkün bir maliyyə yükünü təşkil edir. Qeyd olunanlardan görünür ki, onun hər ay 456 manat aliment ödəmək imkanın yoxdur və hesab edir ki, 28 iyul 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği azaldılmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Yazılı sübutlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş “məşğulluq haqqında” arayışdan görünür ki, İddiaçı X1 Mərkəzində işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək keçmiş SSRİ ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdə Səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə göndərilmişdir. X5 müharibəsində iştirak etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(033)-738/2014 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı 28 iyul 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 may 2014-cü il tarixdən hesablanmaqla hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh Həzrərəli qızının xeyrinə tutulması müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilərək, Zaqatala rayon Məhkəməsinin 2(033)-738/2014 saylı, 13 may 2014-cü il tarixli məhkəmə əmri ilə tutulan aliment indeksasiya edilmiş, xx.xx.2025-ci il tarixdən etibarən 28 iyul 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-00150 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən bir uşağın saxlanılması üçün aliment məbləği 246 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Hazırda iddiaçı cavabdehlə birgə olduqları dövrdə anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində alimentin azaldılaraq 0,375 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırki indeksasiya olunmuş aliment məbləğinin kifayət qədər yüksək olmasına, onun maddi və sosial vəziyyətinin göstərilən həcmdə aliment ödəməsinə imkan verməməsinə istinad edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşadıqları müddətdə anadan olmuş uşaqları əvvəl olduğu kimi hazırda da cavabdehin himayəsində yaşayır. Zaqatala Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(033)-738/2014 saylı məhkəmə əmri ilə həmin uşağın saxlanması üçün 120 manat miqdarında aliment müəyyən edilərkən hər iki tərəfin maddi durumu, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə əmri ilə alimentin miqdarı müəyyən olunduqdan sonra Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(033)-135/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində indeksasiya olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olması halları aşkar olunmasa da, məhkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 1,14 misli həddində, yəni 2025-ci il üçün 456 manat miqdarında müəyyən edilmiş, bununla da, iddiaçının maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. İddiaçıdan hər ay 456 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətinin həddən artıq ağırlaşmasına səbəb olacaqdır. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqından da çoxdur ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağının, həm də özünün maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Eyni zamanda işin hallarından göründüyü kimi cavabdeh 2014-cü ildən 2025-ci ilədək, yəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilməsi barədə qərar çıxarılanadək alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaq olsa da, onun əmək qabiliyyətsiz və ya məhdud əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir. Halbuki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşadıqları dövrdə anadan olmuş uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə cavabdehin rəsmi iş yerinin olmaması, indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Eyni zamanda alimentin miqdarının azaldılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalı və aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində deyil, 0,45 misli həddində müəyyən edilməlidir. Şərh olunanlar nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(033)-135/2025 saylı qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(033)-738/2014 saylı məhkəmə əmri ilə 28 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.14 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində müəyyən edilməli, alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Odur ki, İddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumu tərəfindən məhkəməyə müraciət edilərkən mediasiya prosesi ilə bağlı xərclər çərçivəsində ödənildiyindən, iddiaçı tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilməli, həmçinin İddiaçı ödədiyi mediasiyaya dair xərci tələb etmədiyinə görə həmin xərclər onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(033)-738/2014 saylı məhkəmə əmrinə əsasən təyin edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(033)-135/2025 saylı qərardadına əsasən indeksasiya olunmuş 28 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.14 misli həddində alimentin məbləği azaldılsın. Qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 28 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş mediasiyaya dair xərc İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1357/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1357/2025
04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver