Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1362/2025 29.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət - dəyəri 1625 manat olan qızıl dəstin; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyünün; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğanın; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyünün; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyünün; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyünün Cavabdeh alınaraq ona qaytarılması; həmin əşyalar cavabdehdə olmadıqda onların dəyərinin Cavabdeh tutularaq o – İddiaçı Murtuz qızına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödədiyi 68 manat dövlət rüsumunun Cavabdeh tutularaq o – İddiaçı Murtuz qızına ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 onun oğludur. Oğlu Cavabdeh ilə dini kəbin bağlayaraq, ailə qurmuş və Cavabdeh onun evinə gəlin gətirmişdir. 2024-cü ilin may ayında X2 və Cavabdeh ona dedilər ki, onlar "xxxx" ASC-dən kredit götürmək istəyirlər. Kredit götürə bilmələri üçün banka qızıl girov qoyulmalıdır. Ondan xahiş etmişdirlər ki, öz qızıllarını onlara versin, banka girov qoysunlar. Kredit borcunu banka ödəyib bitirdikdən sonra qızıllarını bankdan alıb ona geri qaytaracaqlar. O da razılıq vermişdir. O 2024-cü ilin may ayında çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət - dəyəri 1625 manat olan qızıl dəsti; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyünü; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğanı; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyünü; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyünü; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyünü (ümumilikdə 4655 manat dəyərində olan qızıl-zinət əşyalarını) Cavabdeh vermişdir, o da özünə məxsus qızıl zinət əşyalarını onun qızıl-zınət əşlayarı ilə birikdə "xxxx" ASC-yə girov qoyaraq, bankdan kredit götürmüşdür. Həmin tarixdən oğlu və əri "xxxx" ASC-yə olan kredit borcunu aylar ərzində ödəyirdilər. Oğlu 2025-ci ilin aprel ayında "xxxx" ASC-yə olan kredit borcu üzrə sonuncu ödənişi edib qızılları girovdan götürmək üçün banka gedəndə bank işçisi ona bildirmişdir ki, Cavabdeh banka olan 400 manat kredit borcunu ödəyərək, qızılları bankdan götürüb. Göründüyü kimi, Cavabdeh onlara heç bir məlumat vermədən, "xxxx" ASC-yə gedərək oradan həm özünə həm də ona məxsus qızılları götürmüşdür. O dəfələrlə Cavabdeh yuxarıda qeyd etdiyi qızıl-zinət əşyalarını ona qaytarmasını tələb etsə də, lakin o, həmin əşyaları ona qaytarmır. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina etdiyinə görə hesab edir ki, məhkəmə qərarı ilə çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət - dəyəri 1625 manat olan qızıl dəst; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyü; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğa; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyü; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyü; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyü Cavabdeh alınıb ona qaytarılmalıdır. Həmin əşyalar cavabdehdə olmadıqda onların dəyəri məhkəmə qərarı ilə Cavabdeh tutularaq ona ödənilməlidir İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumatlandırılmasına baxmayaraq o məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.O özündə olan sübutları təqdim etdiyini və əlavə sübutlarının olmadığını qeyd etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və mülki işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İlhamə Mehdiyeva tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış məlumatlardan görünür ki, 1 ədəd çoxyarpaqlı sırğa, 1 ədəd ağ qaşlı dəst,1 ədəd şlyapa modelində üzük, 1 ədəd şəbəkə üzük, dəyəri 1000 manat olan 1 sep 1 klonu satmış və onların pullarını hər ay Nazilədən almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, cavabdehin axtarılması ilə əlaqədar xərclər, qətnamənin icrası ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı özünə məxsus çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət - dəyəri 1625 manat olan qızıl dəstin; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyünün; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğanın; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyünün; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyünün; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyünün "xxxx" ASC-yə girov qoyulduğunu və həmin qızılların sonradan Cavabdeh tərəfindən bankdan götürüldüyünü qeyd etsə də, iddiaçı buna dair sübutlarını təqdim edə bilməmişdir. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf sübutetmə yükünü həyata keçirə bilmədiyindən İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı “əmlakın və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-1362/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1362/2025
29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver