Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1558/2025 22.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentoin tutulması” tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “aliment tələbi” nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin alınaraq (tutularaq) ona verilməsi (ödənilməsi) və Cavabdeh çəkilmiş mediasiya xərcinin dəyəri olan 60 (altmış) manatın alınaraq (tutularaq) ona verilməsi (ödənilməsi) haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1i ünvanında faktiki olaraq yaşayır. ünvan 2a yaşayan Cavabdeh ilə rəsmi nikahdadır. Həmin nikah Zaqatala Rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında xx.xx.2016 tarixdə 270 nömrə ilə qeyd edilmişdir. Bundan başqa, cavabdehlə birgə nikahdan iki uşaq, xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.2017-ci il tarixdə X6 doğulmuşdur. Hazırda uşaqlarla birlikdə yaşayır və onlar tamamilə onun himayəsindədirlər. Cavabdeh isə uşaqların maddi vəziyyəti ilə maraqlanmır, uşaqların saxlanmasına maddi dəstək və ya başqa şəkildə hər hansı kömək göstərmir. Özü uşaqları təkbaşına saxlamaqda maddi çətinlik çəkir. Eyni zamanda onunla cavabdeh arasında uşaqların saxlanması (alimentin ödənilməsi) ilə bağlı hər hansı razılaşma (saziş) yoxdur. Həmçinin, hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehin üzrsüz səbəbdən iştirak etməməsi ilə mübahisənin həllinə nail olmaq mümkün olmamışdır. Cavabdeh uşaqların saxlanmasına maddi dəstək və ya başqa şəkildə hər hansı kömək göstərmədiyindən, həmçinin, onunla cavabdeh arasında uşaqların saxlanması (alimentin ödənilməsi) ilə bağlı hər hansı razılaşma (saziş) olmadığından, uşaqların saxlanması üçün vəsait (aliment) cavabdehdən məhkəmə qaydasında alınmalıdır (tutulmalıdır). Ancaq, cavabdehin rəsmi qazancı (gəliri) olmadığına görə, alınmalı (tutulmalı) vəsait (aliment) hər bir uşaq üçün sabit pul məbləğində, sabit pul məbləği isə 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş 246 manat məbləğinə uyğun, yəni, 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilməlidir. Bundan başqa, alimentin alınması (tutulması) haqqında iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğuna görə, bu iddianın verilməsi üçün dövlət rüsumu ödənilməmişdir. Ancaq, ilkin mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci çəkildiyindən və ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf kimi cavabdeh mediasiya ilə bağlı onun çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan, çəkilmiş mediasiya xərcinin dəyəri olan 60 (altmış) manat cavabdehdən alınaraq (tutularaq) ona verilməlidir (ödənilməlidir). İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, stabil gəliri yoxdur. Heç bir yerdə işləmir. Tələb olunan məbləğdə alimenti ödəyə bilməcəyini bildirmişdir. Yazılı sübutlar Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 152478 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx.xx.2016-cı ildə, 270 saylı akt ilə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 251446 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü ildə doğulmuşdur. X1 və Cavabdehdur. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 976560 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə doğulmuşdur. X1 və Cavabdehdur. xx.xx.2025-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. 60 (altmış) manat məbləğində mediasiya xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir Azərbaycan Respublikası Ailə Məcəlləsi 22.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ərarvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi…. 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, “Nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.” Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2016-ci il tarixdən rəsmi nikahda olub yaşamaqlarına baxmayaraq hazırda ailə münasibətləri kəsilmişdir. Tərəflərin birgə nikahlarından , xx.xx.2017-ci ildə X6 və xx.xx.2014-cü ildə X7 adlı uşaqları doğulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan hər uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalı, sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini nəzərə alaraq hesab edir ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmin məbləğ uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 400x0.62x12=2976 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 49,76 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin Cavabdeh iddiaçı tərəfindən 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 49,76 (qırx doqquz manat yetmiş altı qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-1558/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1558/2025
22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver