Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-160/2023 27.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh, X8 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X13, X14 və X6 qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X9, X8 və X4 paylı mülkiyyətləri olan və Zaqatala rayonu Muxax kəndində yerləşən 2010-cu ildən onun istifadəsində və sahibliyində olan 0,1037 ha torpaq sahəsi üçün onlara 8000 (səkkiz min) manat pul ödədiyini nəzərə alaraq həmin torpaq sahəsinə dair cavabdehlərlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Zaqatala rayonu, Muxax kəndi ərazisində ev tikməsi üçün Zaqatala rayonu “Muxax” kalxozu kolxozçularının xx.xx.1990-cı il tarixli müvəkkilər yığıncağının 2 №-li qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onun atası Abdullayev Abdullanın həyətinə qonşu olmuşdur. Cavabdeh 1993-cü ildən uşaqları ilə birlikdə Muxax kəndindən Zaqatalanın Göyəm kəndinə köçmüşdür. Torpaq sahəsi sahibsiz qaldığından atası tərəfindən ona təklif edilmişdir ki, həmin torpaq sahəsini ona satsın. 2005-ci ildə Cavabdeh həmin torpaq sahəsini Abdulla Abdullayevə qarşılıqlı razılaşmaya görə sataraq pulunu almışdır. Torpağa mülkiyyətə dair sənəd olmadığından alqı-satqı notarial qaydada aparılmamışdır. O, 2010-cu ildən başlayaraq torpaq sahəsini hasara almışdır və içərisində 117 kv.m. sahəsi olan yaşayış evi tikərək 2012-ci ildən yaşayır. Cavabdeh onun xəbəri olmadan həmin torpaq sahəsinə xx.xx.2019cu ildə paylı mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra məhkəmədə ona qarşı yaşayış evinin sökülməsi və torpaqdan çıxarılma tələbi ilə iddia qaldırmışdır. İddia Zaqatala Rayon Məhkəməsi tərəfindən təmin edilmiş və qətnamə icraya yönəldilmişdir. Zaqatala Rayon İcra və Probasiya şöbəsi tərəfindən ona xx.xx.2021ci il tarixə 86497/2021-3-003 bildiriş gəlmiş və evin sökülməsini könüllü icra etməsi tələb olunmuşdur. Tələbkar Cavabdeh və hazırki iddiası üzrə digər cavabdehlər ona təklif etmişlər ki, evin sökülməsini istəmirlər, o torpağın pulunu versin. Şifahi razılığa görə o onların hərəsinə 2000 manat ödəməli idi. O onlara torpağın əvəzi olaraq 8000 manat ödəmişdir. Lakin həmin icra vərəqi üzrə tələbkar, hazırki iddia tələbi üzrə Cavabdeh Zaqatala rayon İcra və Probasiya şöbəsinə icranın dayandırılması barədə ərizə verərkən göstərmişdir ki, torpağın əvəzi olaraq 8000 manat almışdır. Qalıq borc 9000 manatdır. Guya o 9000 manatı hissə-hissə verməyi də öhdəsinə götürmüşdür. Halbuki, o belə öhdəlik götürməmişdir. Ona məlum olub ki, payçılar arasında mübahisə vardır. O Zaqatala rayonu, Muxax kəndində 0,01 ha, yəni 1 sot həyətyanı torpaq sahəsinin dəyərini müəyyənləşdirmək üçün vəkili vasitəsi ilə Zaqatala rayon Muxax Bələdiyyəsinə sorğu vermişdir. Muxax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 344 №-li məktubunda göstərilmişdir ki, Muxax Bələdiyyəsi ərazisində 1 sot həyətyanı torpaq sahəsinin satış qiyməti son hərrac müsabiqə komissiyasının qərarına əsasən 260 manat olmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, Muxax Bələdiyyəsi ərazisində 10 sot həyətyanı torpağın hərracda satış dəyəri 2600 manat olduğu halda tərəflər ondan 8000 manat almışlar və hələ 9000 manat da tələb edirlər. Bunu nəzərə alaraq o cavabdehlərə yazılı təklif göndərmişdir ki, torpağın dəyərini ondan artıqlaması ilə aldıqları üçün gəlsinlər alqı-satqını notarial qaydada rəsmiləşdirək. Cavabdehlər bundan hiddətlənmiş, yenidən evin sökülməsini təkid etmişlər. Hesab edir ki, bu cavabdehlər tərəfindən ədalətsiz addımdır, hüquqdan sui-istifadədir. Belə ki, işi üzrə tələbkar olan paylı mülkiyyətçilər onun çıxılmaz vəziyyətdə olduğunu bilərək mülkiyyət hüquqlarından sui-istifadə edir, ondan torpağın dəyərini bir neçə qat artıq tələb etməklə ona ziyan vurmaq yolu tutmuşlar. Bu isə qanuna zidd hərəkətdir, qarşısı alınmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxt və yeri barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh X18 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X15 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair Cavabdeh ilə 17000 manat pulun ödənilməsi müqabilində razılığa gəlmişdir. Həmin torpaq sahəsi Cavabdeh ilə yanaşı daha 3 nəfərin mülkiyyətindədir. Anası olan Cavabdeh həmin torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi müqabilində ondan 8000 manat almış və daha 9000 manatın ödənilməsini tələb etmişdir. Lakin İddiaçı 9000 manatı ödəməkdən imtina edir. İddiaçı tərəfindən anası olan cavabdehə verilmiş 8000 manat anasındadır və o istənilən vaxt pulu qaytarmağa razıdır. O və 0,10 ha torpaq sahəsinin digər mülkiyyətçiləri həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən tikilmiş yaşayış evinin sökülərək həmin torpaq sahəsinin onlara təhvil verilməsini tələb edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh və X19 cavabdeh X4 verdiyi izahata uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. İşin halları Zaqatala rayonu Muxax bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 344 nömrəli məktubdan görünür ki, Zaqatala rayonu Muxax kəndi ərazisində 100 kv.metrinin həyətyanı təyinatlı torpaq sahəsinin satış qiyməti son hərrac müsabiqə komissiyasının qərarına əsasən 260 manatdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh, X6, X16 və X14 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahəsindən çıxarılmaları, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli 12 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı verdiyi ilk iddia tələbinin “cavabdehin ailə üzvlərinin Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsindən çıxarılması” hissəsinin baxılmamış saxlanılmasının nəzərə alınması, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh qarşı evin dəyəri olan 60000 (altmış min) manat məbləğində pulun alınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh dövlət büdcəsinə ödədiyi 10 (on) manat və cavabdeh İddiaçı dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu xərcinin onların özlərinə aid edilməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh İddiaçı 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat mütəxəssis xərcinin alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədə sübut qismində qeyd edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışdan görünür ki, 152 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyata əsasən Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X6, X16 və X14 məxsusdur. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi üçün 10 gün könüllü icra müddəti verilmişdir. Cavabdeh tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh, X10, X16 və X14 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədə çıxarılmalıdır. Məlumat üçün bildirir ki, borcu ilə aralarındakı razılığa əsasən həmin torpaq sahəsini əvəzi olaraq 8000 (səkkiz min) manatı qəbul etmişdir. Qalıq borc olan 9000 (doqquz min) manatı da 3 ay müddətində hissə-hissə ona ödəyəcəkdir. Buna görə də, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatı icra Haqqında Qanunun 17.1.10-cu maddəsinə əsasən dayandırılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X7 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X6, X16 və X14 məxsusdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh, X6, X16 və X14 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxarılması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə icra sənədi tərtib edilərək icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu İddiaçı icra sənədini icra etməsi üçün könüllü icra müddəti verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borcu ilə aralarındakı razılığa əsasən həmin torpaq sahəsini əvəzi olaraq 8000 (səkkiz min) manatı qəbul etdiyini və qalıq borc olan 9000 (doqquz min) manatı borclu 3 ay müddətində hissə-hissə ona ödəyəcəyini bildirmiş və icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İddiaçı Zaqatala rayonu Muxax kəndində yerləşən 2010cu ildən onun istidfadəsində və sahibliyində olan 0,1037 ha torpaq sahəsi üçün cavabdehlərə 8000 (səkkiz min) manat pul ödədiyini nəzərə alaraq həmin torpaq sahəsinə dair cavabdehlərlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh, X15 və Məmmədov Camal oğlu iddia tələbini qəbul etmədiklərini bildirərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsi Cavabdeh ilə yanaşı digər cavabdehlər X4, X11 və X8 ümumi birgə mülkiyyətindədir. Yəni Cavabdeh ilə yanaşı X15, X20 və X19 da Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsinin mülkiyyətçiləridir və onların Cavabdeh ilə birgə Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsi barədə sərəncam vermək hüquqları vardır. Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsi üzərində isə mülkiyyətçilərin payları müəyyən edilməmiş, onların payları natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlərin mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsinin qarşılığında Cavabdeh 8000 manat vermiş və bu razılaşma əldə edilərkən ümumi birgə mülkiyyətdə olan həmin torpaq sahəsinin digər mülkiyyətçilərinin razılığı alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizə özü-özlüyündə alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Qeyd edilən ərizəyə əks yanaşma isə, həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152-ci 398-ci maddələrinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehə 8000 manat ödənilməsini əsas gətirərək cavabdeh tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən verilmiş ərizə daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfin cavabdehə vermiş olduğu 8000 manat pul vəsaitinin məhkəmə qaydasında iddia qaldırmaqla tələb etmək hüququ da vardır. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu zaman məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır….Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddiаçının əriəzsində göstərdiyi dəlillər əsаssızdır və əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əsаs оlа bilməz. Onа görə ki, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı оlduğu hаldа iddiаçı nоtаriаl qаydаdа təsdiq оlunmаsа dа tərəflərin irаdə ifаdəsini əks etdirən, əslində hər ikisinin rаzılığа gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəfin imzаlаmаlı оlduğu yаzılı müqаviləni deyil, yаlnız cаvаbdeh tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəni sübut kimi təqdim etmişdir ki, bunu dа əqd hesаb etmək оlmаz. Məhkəmə sonda qeyd edir ki, iddia ərizəsində göstərilənlər və işin gerçək halları iddianın təmin olunmasına əsas vermir. Bu əsaslarla iddia təmin oluna bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). İddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh, X15, X18 və X14 qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddiaçı cavabdehlər Cavabdeh, X15, X18 və X14 qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-160/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-160/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver