Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-170/2023 25.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər “X3” MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2 BOKT ASC-ə və üçüncü şəxs Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları üzrə protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 18 saylı ərazi idarəsinin verdiyi çıxarışın və qeydiyyatın ləğv edilməsi, icraya xitam verilməsi və ipoteka ilə yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi; İddia tələbinin dəlilləri İddiaçı cavabdehlər “X3” MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2 BOKT ASC-ə və üçüncü şəxs Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə “hərracın yekunları üzrə protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 18 saylı ərazi idarəsinin verdiyi çıxarışın və qeydiyyatın ləğv edilməsi, icraya xitam verilməsi və ipoteka ilə yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 0.39 ha torpaq sahəsi ilə bağlı hərrac təşkilatçısı, cavabdeh "xxxx" MMC-nin direktoru X11 və alıcı Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X4 arasında imzalanmış hərracın yekunları barədə 167/1 saylı xx.xx.2018-ci il tarixli protokol və bununla əlaqədar satıcı cavabdeh "xxxx" MMC-nin direktoru X11 və alıcı, Cavabdeh2 BOKT ASC -nin nümayəndəsi X4 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu sənədlər əsasında DƏDRX-in 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən aparılmış qeydiyyat və Çıxarışın ləğv edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC-nin xeyrinə yüklü edilmiş, ona məxsus 0.39 ha torpaq sahəsi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 BOKT ASC ilə ona 0095/15 saylı 03 sentyabr 2015-ci il tarixli müqaviləyə əsasən 5000 ABŞ Dolları məbləğində 36 ay müddətinə kredit verilməsinə dair razılıq əldə olunmuşdur. Həmin kreditin təminatı kimi xx.xx.2015-ci il tarixdə ona məxsus 0.39 ha torpaq sahəsi Cavabdeh2 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı Cavabdeh2 BOKT ASC kreditin qaytarılması ilə yaranan problemləri əsas tutaraq məhkəmədə iddia qaldırmışdır. Məhkəmə xx.xx.2017-ci il tarixdə aşağıdakı məzmunda qətnamə qəbul edərək iddiaçının iddiasını qismən təmin etmişdir. Cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixli 009315 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 4575,47 ABŞ Dolları əsas kredit borcu, 1455,68 ABŞ Dolları kreditdən istifadəyə görə faiz borcu və 500 ABŞ Dolları cərimə olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 6531.15 ABŞ Dolları kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət reyestrində qeydiyyata alınması üçün ödənilmiş 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olan 21 manat tutularaq, iddiaçı Cavabdeh2 BOKT ASC-nə ödənilsini qət etmişdir. Ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 6531,15 ABŞ Dolları kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət reyestrində qeydiyyata alınması üçün ödənilmiş 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olan 21 manat 0093/15 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.3922 ha torpaq sahəsinə yönəldilsin, həmin torpaq sahəsinin ilkin qiyməti 8000 manat olmaqla açıq hərracda satılsın və onun satışından əldə edilmiş vəsait hesabına cavabdeh İddiaçı Cavabdeh2 BOKT ASC-nə olan borcu ödənilsin. Həmin torpaq sahəsinin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan borc cavabdeh İddiaçı ümumi qaydada tutularaq, iddiaçı Cavabdeh2 BOKT ASC-nə ödənilsin. ünvan 1ində yerləşən, cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdeh İddiaçı həmin torpaq sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin, o, qeyd edilən torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi boşaldılsın və iddiaçı Cavabdeh2 BOKT ASC-nə təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti verdiyi üçün Şəki Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixdə şikayəti qismən təmin edərək qətnamə qəbul etmişdir. “Cavabdeh İddiaçı tərəfindən verilmiş apellayasiya şikayəti qismən təmin edilsin. Zaqatala rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)- 574/2017 saylı qətnaməsi ipoteka predmeti olan torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 8000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan, cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 10 №-li vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış ünvan 1ində yerləşən 0.3922 ha torpaq sahəsinin ilkin satış qiyməti 35000 manat həddində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın”. Qeyd etmək istəyir ki, Cavabdeh2 BOKT ASC 2022-ci ilin iyul ayına qədər ona borcun qaytarılması tələbi ilə bağlı müxtəlif əsası olmayan rəqəmlər təqdim etmişdir. Nəhayət Kredit təşkilatına müraciət edərək nə qədər borcunun olduğunu soruşduqda ona (ödənişlər üzrə çıxarış) təqdim edildi ki, həmin rəqəmlərdə fontastik rəqəmlər göstərilirdi. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankına rəsmi müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikasında “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanı onun borcuna da tətbiq edilmişdir. Eyni zamanda Cavabdeh2 BOKT ASC tərəfindən girov olaraq qoyduğu 0.39 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə hərraca çıxarılaraq kredit təşkilatının balansına keçirilmişdir. Əgər xx.xx.2018-ci il tarixdə belə bir hərrac keçirilmişdirsə və əmlak Cavabdeh2 BOKT ASC tərəfindən 22312 manat 50 qəpiyə alınmışdırsa o zaman onun nə üçün ipoteka qoyan olaraq hərracdan və əmlakın alınmasından xəbəri olmamışdır. Bundan başqa kredit təşkilatı əmlakı 22312 manata alıbsa demək borc bağlanmalı, artıq vəsait ipoteka qoyana qaytarılmalıdır. Burada isə tam əksinə olaraq xx.xx.2022-ci ilə kimi kredit təşkilatı faizlər hesablamaqla ondan ağıla sığmaz məbləğlər tələb etmişdir. Bununla da cavabdehlər tərəfindən Konstitusiya ilə qorunan hüquqlarının kobud şəkildə pozulması açıq aşkar görünür. Araşdırma apararkən məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi Zaqatala İcra və Probasiya şöbəsi tərəfindən icraya yönəldilərək "xxxx" MMCyə torpağın hərrac vasitəsilə satılmasına dair məktub ünvanlanmışdır. Hərrac təşkilatı xx.xx.2018-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı protokol tərtib etmiş və həmin tarixdə də Cavabdeh2 BOKT ASC əmlakın alqı-satqısı barədə müqavilə imzalamışlar. Lakin keçirilən bütün hərrac prosedurları qanun pozuntuları ilə müşayət olunmuşdur. Belə ki, ipoteka qoyan olaraq ona hərracla bağlı heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Hərrac təşkilatının “Kaspi” qazetində verdiyi elan isə Zaqatala rayon sakinlərinin, o cümlədən onun hərracdan xəbərdar olması imkansız etmişdir. İpoteka haqqında qanunun 43-cü maddəsinin tələbləri tamamilə pozulmuş, hərracı udmuş iştirakçı Cavabdeh2 BOKT ASC alış qiymətini qanunla müəyyən olunmuş müddətdə ödəməmişdir. Digər tərəfdən 43cü maddəyə görə ipotekaya saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Həmin qanunun 44-cü maddəsinə əsasən bu qanunla müəyyən olunmuş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası MM-nin 416-ci maddəsinə nəzərdə tutulan nəticələrə səbəb olur. Eyni zamanda əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmləşdirilməsinin prosedur qaydalarına əlavənin 1.14.4. ; 1.15.7.; 1.15.8.; 1.15.8.1.; 1.15.8.2.; 15.8.5.; 1.15.16.; 1.15.23.; 2.1.; 2.1.3.; 2.2.; 2.3.; 2.4. bəndləri tam şəkildə pozulmaqla keçirilən hərracın nəticələrinə dair protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, dövlət reyestrindən verilmiş Çıxarış və qeydiyyat da ləğv edilməlidir. Bununla əlaqədar ipotekaya xitam verilməli, həmin ipoteka yüklülükdən azad olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh2 BOKT ASC məhkəməyə 07 sentyabr 2023-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, "xxxx" BOKT ASC tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdə 5 000 ABŞ dolları məbləğində kredit verilib. Müştəri əsas məbləğdən 424.53 ABŞ dolları, faiz məbləğindən 402.45 ABŞ dolları ödəniş edib (cəmi 826.98 ABŞ dolları ödəniş olunub). Müştərinin əsas borc üzrə qalığı 2019-cu il tarixinə 4575.47 ABŞ dolları, 839.69 ABŞ dolları faiz borcu və 8652.56 ABŞ dolları cərimə məbləği borcu təşkil edir. Məhkəmənin qətnaməsi 2018-ci ilin dekabr ayında qanuni qüvvəsinə mindiyinə görə, 2019-cu ildə müştərinin 839.69 ABŞ dolları faiz borcu və 8652.56 ABŞ dolları, ümumilikdə 9492.25 ABŞ dolları şirkətin xərcləri hesabına silinib. Müştərinin iddia etdiyi kimi bu məbləğ kompensasiya məbləği ola bilməzdi, çünki qeyd edildiyi kimi müştəriyə xx.xx.2015-ci il tarixdə kredit verilmişdir, lakin məhkəmə prosesinin 2018-ci ilin dekabr ayında yekunlaşmasını əsas götürərərək, Cənab Prezidentin 28 fevral 2019-cu il tarixli kompensasiya ödənilməsinə dair Fərmanı M.Yaşara şamil edilə bilməzdi. İddiaçının iddia etdiyi kimi Fərman ona şamil edilsəydi belə, Fərmanın 1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) hesablanacağını nəzərə alaraq (yəni M.Yaşara verilən kreditin xx.xx.2015-ci ildə verilməsi əsas götürülərək) Fərmanın bu bəndinin əhatə dairəsinə düşə bilməzdi. Qaldı ki, Fərmanın 1.2-ci bəndinə uyğun olaraq hər 1 dollar üçün 0,35 dollar kompensasiya hesablana bilərdi. Bu da 5 000 ABŞ dolları götürülən kreditdən ödənilmiş 312.08 ABŞ dolları ödənişi nəzərə alaraq qalıq borc 4687 USD təşkil edəcəkdir və bu məbləğə görə 4687 USD x 0.35 USD=cəmi 1641 USD kompensasiya təşkil edə bilərdi. Müştərinin məhkəmə prosesi 2018-ci ilin dekabr ayında yekunlaşdığına görə Cənab Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanı ona şamil edilə bilməzdi. Göründüyü kimi iddiaçının şirkət hesabına silinmiş 839.69 ABŞ dolları faiz borcu və 8652.56 USD cərimə borcu heç də kompensasiya məbləği ola bilməzdi, yəni 5 000 ABŞ dolları verilmiş kreditə görə 9492 ABŞ dolları kompensasiyanın hesablanması və ödənilməsi iddiası tamamilə əsassızdır və heç bir sənədə əsaslanmır. Təqdim etdiyi sənədləri isə yanlış başa düşülür. Cavabdeh2 BOKT ASC məhkəməyə 20 sentyabr 2023-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh hərrac təşkilatı hərracın keçirilməsi qaydalarını pozmuş, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya təqdim edilməmişdir. Eyni zamanda cavabdeh Finex Kredit BOKT ASC ipoteka predmetini Qanuna uyğun müəyyən edilən müddət ərzində əldə etməmişdir. Bu səbəbdən ipoteka predmetinə xitam verilməsini və çıxarışın ləğv edilməsini xahiş edir. Bildirirlər ki, hərrac təşkilatı Qanunla müəyyən edilmiş prosedura uyğun şəkildə bütün tərəfləri məlumatlandırmamışdır. İpoteka saxlayan olaraq onlara hərracın keçirilməsinə dair bildirişlər daxil olmuşdur. Göründüyü kimi hərrac təşkilatının hazır ki iş üzrə iddiaçıya hərracın keçirilməsinə dair bildirişlərin göndərilməməsi ilə bağlı qərəzli hərəkəti istisna edilir. İş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, hərracın keçirilməsinə dair İddiaçı göndərilmiş hərracın keçirilməsinə dair göndərilən bildirişlərin çatdırılmasına dair xəbərnamədə olan imzalar iddiaçıya məxsus deyil. Hərrac təşkilatı Qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, hərracın keçirilməsinə dair bildirişləri tərəflərə göndərmişdir. Bildirişlərin göndərilməsinə dair Qanunla müəyyən edilən proseduru icra etmiş hərrac təşkilatı həmin bildirişlərin göndərilməsinə dair xəbərnamələrdəki imzaların həqiqətən borclu İddiaçı aid olubolmamasını müəyyən edə bilməzdi. Belə ki, hərrac təşkilatında bildirişlərin alınması ilə bağlı şübhə olmamış, bu səbəbdən xüsusi bilik tələb edən məsələnin aydınlaşdırılması üçün mütəxəssis qismində çıxış edərək xəbərnamələrdəki imzaların borcluya aidolmamasını mübahisələndirə bilməzdi. Hərracın keçirilməsinə dair bildirişlərin göndərilməsindən başqa hərrac şirkəti Qanunvericiliyin tələbinə uyğun olaraq “Kaspi” qəzetində elan yerləşdirmişdir. İddiaçı iddia tələbində bildirir ki, bu qəzet çox oxunan qəzet olmadığına və Zaqatala rayonu ərazisində geniş yayılmadığına görə, iddiaçının hərracın keçirilməsi barədə elanlarından xəbəri ola bilməzdi. Hərrac təşkilatı Zaqatala şəhərində və xüsusən İddiaçı hansı qəzetləri daha çox oxuduğunu müəyyənləşdirə bilməzdi, belə ki bu hərrac təşkilatının iş prinsipinə aid bir məsələ deyil! Hərrac təşkilatı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və tam şəkildə yerinə yetirmiş, hərracın keçirilməsinə dair bildirişləri borcluya və digər tərəflərə göndərmiş, qəzetdə elanlarını yerləşdirmişdir. Beləliklə Qanunun tələbinə uyğun tərəflərin məlumatlandırmasını tam həyata keçirmişdir. Məhkəmə iclasında cavabdeh Zaqatala rayon icra və probasiya şöbəsinin nümayəndəsi qismində çıxış edən Elvin Əhmədovun izahatından da aydın olmuşdur ki, borclu kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Zaqatala rayon məhkəməsinin müvafiq icra vərəqəsi üzrə, kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə məlumatlandırılması üçün icra şöbəsinə dəvət edilmiş, ona əmlakın satılması üçün hərraca göndəriləcəyi barədə məlumat verilmişdir. Eyni zamanda məhkəmə iclasında İddiaçı izahatından da aydın olmuşdur ki, icra şöbəsi tərəfindən ona müvafiq məhkəmə qərarının icra ediləcəyi və kredit borcunun ödənilməsi barədə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əmlakın satılması məqsədi ilə hərrac təşkilatına yönəldiləcəyi barədə məlumat verilmişdir. Göründüyü kimi iddiaçı heç də Zaqatala rayon məhkəməsinin kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə olan qərarından xəbərsiz olmamışdır. Bundan başqa yuxarıda qeyd edilən məhkəmə qərarından hazırki iş üzrə İddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 2018-ci il tarixli müvafiq qətnaməsi ilə Zaqatala rayon məhkəməsinin qərarı mübahisə predmeti olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,39 ha torpaq sahəsinin ilkin satış qiymətinin dəyişdirilməsi hissəsində dəyişdirilərək qərar qəbul etmişdir. Bundan başqa iddiaçının iddia etdiyi kimi hesab etsələr ki, Hərrac təşkilatı hərracın keçirilməsini düzgün keçirməmişdir, bu halda belə qanuni qüvvəyə minmiş kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qərarı icra edilməyə bilməz, ipoteka predmetinə xitam verməkdən isə söhbət gedə bilməz. Bu halda kreditor və ipoteka predmetini əldə edən tərəf olaraq qanunla qorunan konstitusion hüquqlarının pozulmasına səbəb ola bilər. Belə ki, "xxxx" BOKT ASC kredit təşkilatıdır, kredit satışından əldə edilmiş gəlir hesabına mənfəət əldə edir. İddiaçı 2015-ci ildə götürdüyü krediti 2023-cü il tarixədək ödəməmiş, bu isə kreditor olaraq onların yetərincə zərər etmələrinə gətirib çıxarmışdır. Borcluya dəfələrlə borcun ödənilməsi barədə güzəşt və təkliflər edilmiş, lakin hazırki iş üzrə İddiaçı qərəzli, planlı şəkildə bilərəkdən borcun ödənilməsi istiqamətində kreditorun humanist addımlarına qarşılıq verməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh "xxxx" BOKT ASC Qanunla müəyyən edilmiş müddətdə ipoteka predmetini əldə etməmişdir, bu da ipoteka predmetinə xitam verilməsi üçün əsasdır. Cavabdeh olaraq iddia tələbinin bu hissəsini də əsassız hesab edirlər. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilikdə ipotekaya xitam verilməsinin əsası kimi təkrar hərracın baş tutmamasının elanından sonra 30 gün ərzində sözügedən ödənişin aparılmaması deyil, ipoteka predmetinin əldə edilməməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli Qərardadına əsasən, ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. (Ali Məhkəmənin anoloji mübahisə üzrə Qanuni qüvvəyə minmiş Qərarı əlavə edilir) İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalamış, bundan sonra isə müvafiq prosedura uyğun olaraq ipoteka predmetinin dəyəri ilə borc məbləği arasındakı fərqi hazırki iş üzrə iddiaçının depozit hesabına ödəmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırırlar ki, iddiaçı hesab edirsə ki, hərrac düzgün keçirilməyib və iddiaçı müvafiq qaydada məlumatlandırılmayıb, bu zaman hərracın yenidən keçirilməsi mübahisələndirilməlidir, ipotekaya xitam verilməsi deyil. İddia tələbindən aydın olur ki, iddiaçı qərəzli və planlı şəkildə ipoteka predmetinə xitam verilməsinə bir başa maraqlıdır. İddia tələbində daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılması üçün əsas olmuş əqdin həqiqiliyi mübahisələndirilməsi, yəni hüququ pozulmuş şəxsin Mülki Məcəllənin 141-ci maddəsinə əsaslanmaqla daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması (mövcud qeydin ləğvi, əvvəlki mülkiyyətçinin qeyd olunması) barədə iddia qaldırdıqda həmin qeydiyyatın qanuni (o cümlədən hərrac protokolu və ya digər əqdin etibarlı) olub-olmamasını yoxlamaq məhkəmənin vəzifəsidir. İpoteka predemtinin satışına dair hərrac təşkilatı tərəfindən ilkin və təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. xx.xx.2018-ci il tarixdə, Qanunun tələbinə əsasən hərrac təşkilatı və ipoteka saxlayan ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol imzalamışlar və BOKT ipoteka predmeti olan torpaq sahəsini əldə etmişdir. Sözügedən daşınmaz əşya xx.xx.2022-ci il tarixdə dövlət reyestrində mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmışdır. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində hərrac təşkilatı ilə bağladığı protokol əsasında ipoteka predmetini əldə etmiş və bundan sonra daşınmaz əmlakın dövlət reyestrində adına qeydə aldırmışdır. Belə olan halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə ipotekaya xitam verilməsi üçün əsas yaranmamışdır. İpoteka predmetinin dəyəri ilə borc məbləği arasındakı fərqin ipoteka saxlayan tərəfindən 2022-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənilməsi isə ipoteka predmeti əldə edildikdən sonrakı prosedura daxildir və ipotekaya xitam verilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin əsassız olmasını nəzərə alaraq rədd edilməsini xahiş etmişlər. Cavabdeh3 MMC (köhnə adı ilə “X3” MMC) məhkəməyə 13 fevral 2023-cü il tarixdə etiraz ərizəsi ünvanlayraq göstərmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində tərəfə bildirişlərin göndərilməməsini, hərracların keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elanların verilməməsini qeyd etmişdir. Bununla bağlı aşağıdakı əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirlər. İlk olaraq onu qeyd etmək istəyir ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 108235/3 saylı sifariş məktubuna əsasən təşkilatları tərəfindən hərrac keçirilmişdir. 1. Hərracın keçirilmə vaxtı 25 Oktyabr 2018-ci il göstərilməklə, ilkin hərrac barədə 25 Sentyabr 2018-ci ildə “Kaspi” qəzetində elan verilmiş, və bildirişlər tərəflərə göndərilmişdir, (qoşma kimi əlavə olunur). Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. 2. İkinci hərracın vaxtı 19 Noyabr 2018-ci il göstərilməklə, 02 Noyabr 2018-ci il tarixində “Kaspi” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir (müvafiq sənədlər əlavə edilmişdir). “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ei il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki, ... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. 2. İddiaçı noyabr 2022-ci il tarixində imzalanmış protokolu indi mübahisələndirməklə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür ki, bununla bağlı tərəflərindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə məhkəməyə təqdim edilmişdir. 3. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 MMC (köhnə adı ilə “X3” MMC) məhkəməyə 13 fevral 2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayraq göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi və Cavabdeh3 MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, ipotekaya xitam verilməsi, əmlakın yüklülükdən azad edilməsi”nə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 MMC tərəfindən hərrac nəticələrini əks etdirən xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi və mənzilə verilmiş çıxarışın ləğv edilməsini, əmlak üzərində ipotekaya xitam verilməsi, əmlakın yüklülükdən azad edilməsini xahiş etmişdir. Qeyd olunan protokol və müqavilə xx.xx.2018-ci il tarixində imzalanmışdır, lakin iddiaçı protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 4 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin binasında keçirilməklə təyin edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi və Cavabdeh3 MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, ipotekaya xitam verilməsi, əmlakın yüklülükdən azad edilməsi”nə dair iddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 02 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi ona məxsus ipoteka ilə yüklü edilmiş 0.3922 ha torpaq sahəsini ipoteka saxlayan "xxxx" Kredit BOKT ASC və Hərrac təşkilatı “X3” MMC tərəfindən Azərbaycan Respublikası MM, İpoteka haqqında qanuna və hərracların keçirilməsinə dair qaydalarının tələblərinin tam şəkildə pozulması ilə nəticələnən hərrac keçirməklə "xxxx" Kredit BOKT ASC-yə verilməsinə nail olunmuşdur. Belə ki, qanunda hərrac təşkilatının hərracın keçirilməsinə dair elanın kütləvi informasiya vasitələrində dərc edilməsi nəzərdə tutulur. “Kaspi” qazeti isə əhatə dairəsi məhdud olan Respublikada yayılmayan bir mətbuat orqanıdır. Belə olan halda onun və digər şəxslərin elandan xəbər tutması “0”-a bərabərdir. Digər tərəfdən hərrac təşkilatçısı İ və İİ təkrar hərracın keçirilməsi barədə ona heç bir rəsmi bildiriş göndərməməklə hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuşdur. İpoteka qoyan olaraq ona xəbərnaməli bildirişlərin göndərilməsi Hərrac təşkilatçısının bir başa vəzifəsidir. Daha sonra sifarişçi olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin hərracın yekunlarına dair protokolda imzası da yoxdur. Eyni zamanda protokolda göstərilir ki, ipoteka saxlayan hərrac mərkəzində xx.xx.2018-ci il tarixdə olmuşdur. Digər bənddə isə göstərilir ki, ipoteka saxlayan xx.xx.2018-ci il tarixdə 784 saylı məktub ilə 25 % aşağı qiymətə, yəni 22312 manata bir gün əvvəldən ipotekanın əldə etməsi qeyd olunur. Bu özü hərracın qanunsuz olmasını sübut etməklə yanaşı, protokolun saxta olmasına əsas verir. Məhz həmin səbəbdən “X3” MMC mübahisəli protokolun tərtib olunmasından əvvəlki və sonrakı protokolların surətlərini məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin sənədlərin sıra sayında ardıcıllıq ola bilməz. Bundan başqa, “X3” MMC-nin protokolun xx.xx.2018-ci il tarixdə tərtib olunduğu halda, hərracın keçirilməsi xərclərinin və alış qiymətinin 3 il 8 ay ödənilməmiş qalmasına münasibət bildirməməsinə əsas olmuş halı izah edə bilməməsi, keçən bu dövr ərzində kredit təşkilatının borcu bağlamaması, əksinə krediti restrukturizasiya etməsi də, mübahisəli protokolun sonradan əvvəlki tarixə tərtib olunduğunu təsdiq edir. Müqaviləyə gəldikdə isə burada da, qeyd olunan şərtlər pozulmuş, müqavilənin İ və İİ maddələri yerinə yetirilməmişdir. Hərracı udan şəxs əmlakın dəyərini ödəməmiş, hərrac təşkilatçısı isə sənədləri vaxtında tərtib edərək tərəflərə göndərilməsini təmin etməmişdir. Qeyd edir ki, İpoteka haqqında qanunun 42.7. maddəsinə əsasən hərrac udan şəxs 7 təqvim günü ərzində alış qiymətini tam şəkildə ödəməlidir. Əks halda onun statusu ləğv edilir. Eyni zamanda həmin qanunun 44-cü maddəsində göstərilir: bu qanunla müəyyən olunmuş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası MM-nin 416-ci maddəsində göstərilən nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə görə isə müəyyən olunmuş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yenə həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hərrac təşkilatçısı əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmləşdirilməsi prosedur qaydalarına əlavənin bütün bəndlərini tam şəkildə pozduğu üçün qanunsuz sayılmalıdır. Qeyd edilən çoxsaylı qanun pozuntularına görə hərracın nəticələrinə dair protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsi də etibarsız hesab edilməli, Dövlət Reyestrindən verilmiş Çıxarış və qeydiyyat ləğv edilməlidir. Bununla əlaqədar ipotekaya xitam verilməli, həmin ipoteka yüklülükdən azad olunmalıdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. 15 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə "xxxx" Şirkətlər qrupu tərəfindən keçirilən hərrac kobud qanun pozuntuları ilə keçirildiyindən, onun nəticələrinə dair protokol və hərracın yekunları üzrə bağlanmış müqavilə də etibarsız hesab edilməli, sonraki sənədləşmələr də ləğv olunmalıdır. "xxxx" Şirkətlər qrupu MMC-nin məhkəmədə iştirak etməsi işin ədalətli həlli üçün xeyli kömək etmiş olardı. İpoteka qoyana münasibətdə hərrac təşkilatçısının mövqeyi də ipoteka saxlayanın mövqeyi ilə üst-üstə düşür. Bu təşkilat da üzərinə düşən qanuni vəzifəni yerinə yetirmədən hərrac keçirməklə, belə demək olarsa ipoteka saxlayanın arzusunu həyata keçirmişdir. Əslində hərrac təşkilatı hərracın keçirilməsinə 30 gün qalmış 1-ci elanı verməli, 15 gün qalmış isə 2-ci elanı verməlidir. Bu elanlar “Kaspi” qazetində deyil, Respublika ərazisində yayılan “Mülkiyyət” qazetində verilməli idi. Hərrac təşkilatçısı İpoteka haqqında mövcud qanunları pozmaqla hərracın keçirilməsini təmin etmiş, bu hərracların keçirilməsi barədə ipoteka qoyana və sifarişçiyə xəbəmaməli bildirirşlər göndərməmişdir. Eyni zamanda ipoteka saxlayana əmlakı əldə etmək üçün süni şəkildə şərait yaratmışdır. Daha sonra İpoteka haqqında qanunun 42.6 bəndində qeyd olunur ki, hərrac təşkilatçısı ilə hərracı udmuş şəxs arasında həmin gün protokol imzalanmalıdır. Eyni zamanda hərracı udmuş alıcı qanunla tələb olunan 7 gün ərzində əmlakın dəyərini sifarişçiyə ödəməlidir. Burada isə göstərilən protokolun tarixi xx.xx.2018-ci ilə təsadüf edir, halbuki son təkrar hərrac xx.xx.2018-ci ildə keçirilmişdir. Alıcının sifarişçiyə 7 gün ərzində ödəyəcəyi vəsait 7 gün ərzində deyil 3 il 8 aydan sonra sifarişçiyə çatdırılmışdır. Bütün bunlar bir daha sübut edir ki, hərrac İpoteka haqqında qanunun, Azərbaycan Respublikası MM-nin, eyni zamanda hərracların keçirilməsi haqqında prosedur qaydaların tam ziddinə olaraq keçirilmişdir. Bundan əlavə xatırlatmaq istəyirəm ki, xx.xx.2023-cü ildə keçirilən məhkəmə iclasında FİNEX Kredit BOKT ASC-nin nümayəndəsi hakim tərəfindən verilən sualların heç birinə əsaslandırıcı cavab verə bilməmişdir. Onun dediyindən belə çıxırdı ki, güya xx.xx.2018-ci ildə hərracda torpağı alsalar da ona vaxt veriblər ki, borcu ödəyib torpağı geri alsın. Çox məntiqsiz cavab olmaqla yanaşı hərracın keçirilməsindən xəbərsiz olmalarını ortaya qoyan bir sübut oldu. Eyni zamanda ipoteka qoyanın hərraca dəvət olunmamasının səbəbini də izah edə bilməmişdir. Digər tərəfdən torpağı aldıqdan sonra kreditin restrukturizasiya edilməsinə dair sualına da cavab verə bilməmişdir. Göründüyü kimi cavabdeh FİNEX Kredit BOKT ASC nəinki hərracların keçirilməsi ilə bağlı qanunları pozmaqla torpağı əldə edib, eyni zamanda “Problemli kreditlərin kompensasiya” ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019- cü il tarixli sərəncamının tələblərini icra etməmişdir. Belə ki, hərrac qanuni keçirilmişsə , onda restruktasiya nə üçün edilməli idi? Əgər bu olmuşdursa, onda illik 1 % olmaqla 5 il müddətinə müqavilə nə səbəbdən bağlanmamışdır? Qeyd olunan hər iki hal Kredit təşkilatının qanunları kobud şəkildə pozmasının təzahürüdür. Yuxarıda qeyd edilənlərə və iş materiallarında olan sənədlər əhəmiyyətli dəlillər olmaq etibarı ilə iddia ərizəmin təmin olunması üçün mötəbər sübutlardı. 06 sentyabr 2023-cü ildə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, hərracın təşkilatçısı olan “X3” MMC tərəfindən Azərbaycan Respublikası MM-nin, “İpoteka haqqında qanunun” və hərracın keçirilməsinə dair qaydalarının tələblərini pozmaqla hərrac keçirilmişdir. “İpoteka haqqında qanunun” 43-cü maddəsinin tələbləri, əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmləşdirilməsinin prosedur qaydalarına əlavənin bəndlərinə riayət olunmaması, eyni zamanda ipoteka qoyan olaraq ona hərracın keçirilməsi barədə bildirişin göndərilməməsi əsaslı sübutlardır. İş materiallarına əlavə edilən ekspert rəyindən görünür ki, ona göndərilən xəbərnaməli bildrişlər saxtadır, onların alınmasına dair imza ona məxsus deyildir. Çox sayda qanun pozuntularının olması kifayət edir ki, “İpoteka haqqında qanunun” 44-cü maddəsində qeyd edilən, qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası MM-nin 416-cü maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. Cavabdehin güya müddətin ötürülməsi ilə bağlı iddiası tamamilə absurddur. Belə ki, daşınmaz əmlakla əlaqədar iddia müddəti 6 ildir. Digər tərəfdən Azərbaycan Respublikası MM-nin 384.0.4 maddəsinə əsasən hazırki tələb iddia müddəti şamil edilməyən tələbdir. Cavabdehlərin iddia tələbi həcmindən kənar müxtəlif arqumentlərin ortaya qoyması məhkəməni əsas məsələdən yayındırmaq, onsuzda xeyli müddət uzanmış məhkəmə baxışının yekunlaşdırılmasma mane olmaq niyyəti güdür. 2022-ci ilin sentyabr ayında ödənilən vəsaitin təyinatı ona bəlli olmadığından, eləcə də Cavabdeh2 BOKT ASC ona restrukturizasiya və kompensasiya ilə bağlı 2019-cu ilin fevral ayında sərəncam verdiyindən, 2022-ci ilin iyul ayına qədər borcun qaytarılması tələbi ilə bağlı müxtəlif əsası olmayan rəqəmlər təqdim etdiyindən, hər hansı hərracın keçirilə biləcəyini ümumiyyətlə ağlına belə gətirməmiş, həmin vəsaitin Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında dollarla götürdüyü kreditə görə ödənilən kompensasiya olduğunu düşünmüş, bu barədə ona yalnız pulu qəbul etdikdən sonra, Mərkəzi Bankın verdiyi cavabdan bəlli olmuşdur. Hesab edir ki, məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuş, iddianın təmin olunması üçün yetərli əsaslar ortaya qoyulmuşdur. Ona görə də Azərbaycan Respublikası MM-nin 416-ci, “İpoteka haqqında qanunun” 42,43,44.47 və 48-ci maddələrinə əsasən məhkəmədən iddia tələbi həcmində qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 BOKT ASC-in nümayəndəsi X7 məhkəmənin 06 sentyabr 2023-cü il tarixli iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçıya restrukturizasiya və kompensasiya ilə bağlı 2019-cu ilin fevral ayında sərəncam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin icra vərəqəsi olub. Prezidentin fərmanından öncə hərrac keçirilib. Fərmandan əvvəl proseslər gedib. 2018-ci ildə kompensasiya ilə bağlı olan protokolda iddiaçının adı səhv gedib. Ona kompensasiya düşmədiyi halda verilmişdir. Hərrac İcra və Probasiya tərəfindən həyata keçirilib. O, hesab edir ki, hərracın keçirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. O, daha sonra ifadəsində qeyd etmişdir ki, satışdan əldə olunmuş əmlak vəsait hesabına tam həcmdə bağlanmış və yerdə qalan 8471,11 manat xx.xx.2022-ci ildə iddaçının bank hesabına köçürülmüşdür. Odur ki, iddianın rədd olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Zaqatala rayonu İcra və Probasiya Şöbəsinin rəisi X8 06 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Tərəfindən İddiaçı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Zaqatala rayon məhkəməsinin müvafiq icra vərəqəsi üzrə, kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə məlumatlandırılması üçün icra şöbəsinə dəvət edilmiş və ona əmlakın satılması üçün hərraca göndəriləcəyi barədə məlumat verilmişdir. İddiaçı ona bankla razılaşdığını və borcu ödəyəcəyini bildirmişdir. Ona hərracın keçirilməsi barədə protokol təqdim edilmiş və ondan icra sənədi üzrə icraatın dayandırılmasını istəmişlər. Lakin Bankla iddiaçı arasında razılıq əldə olunmadığından icra işi üzrə icraat təzələnmiş və 2022-ci ildə iş yekunlaşmışdır. İş üzrə icra ödənişi olaraq 7% də cavabdeh təşkilat tərəfindən ödənilmişdir. İcra müddəti ərzində o, iş üzrə İddiaçı izahatını almamışdır. Onun ünvanına göndərilən bildirişlər isə sadə poçt vasitəsi ilə olduğu üçün xəbərnaməli olmamışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə, cavabdehlər “X3” MMCə və Cavabdeh2 BOKT ASC-ə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş “X3” MMC-in direktoru X11 və tələbkar alıcı Cavabdeh2 BOKT ASC-in nümayəndəsi X5 arasında 12 dekabr 2018-ci il tarixdə bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, hərracın nəticələri barədə yekun protokola əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala rayonun Aşağı Tala kəndində yerləşən 0,3922 ha torpaq sahəsi hərracın təşkilatçısı cavabdeh “X3” MMC tərəfindən 22312, 50 manata tələbkar alıcı Cavabdeh2 BOKT ASCnə satılmışdır. İş materiallarına əlavə edilmiş “X3” MMC-in 12 dekabr 2018-ci il tarixli 167/1 saylı “Hərrac təşkilatının həraccın yekunları barədə protokolu”ndan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-128/2018 saylı 09 may 2018-ci il tarixli icra vərəqəsinin və Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 108235/3 saylı 12 sentyabr 2018-ci il tarixli məktubunun icrasına əsasən ipoteka predmeti İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.3922 ha torpaq üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası 41.42 və 43cü maddəlinə istinad edərək hərrac təşkil olunmuşdur. İlkin hərrac qiyməti 35000 manat olan həmin torpaq sahəsini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən, 15 faiz endirimlə yəni, 29750 manat, Cavabdeh2 BOKT ASCin xx.xx.2018-ci il tarixli 784 nömrəli məktubuna əsasən, ipoteka predmeti həmin Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiymətə yəni, 22312,50 manata Cavabdeh2 BOKT ASC əldə etmişdir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2015-ci il tarixli ödənişlər üzrə çıxarışdan görünür ki, İddiaçı 2872,36 manat əsas borc, 3978,02 manat faiz borcu, 17339,68 manat cərimə borcu olmaqla cəmi 24190,06 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın 08 sentyabr 2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana (Fərman) əsasən onun xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə cəmi 2798.39 manat (1646.11 ABŞ dolları) məbləğində kompensasiya hesablanmışdır. Kredit təşkilatı tərəfindən təqdim edilmiş məlumata əsasən həmin kompensasiya məbləği və artıq ödənilmiş 96.37 manat məbləğindəki vəsait xx.xx.2022-ci il tarixində İddiaçı "xxxx" ASC-də (bank) olan hesabına geri qaytarılmışdır. Kredit təşkilatı ilə aralarında rəsmiləşdirilmiş kredit müqaviləsindən irəli gələn öhdəliklər tam yerinə yetirilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilmiş və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-128/2018 saylı qətnaməsi üzrə məcburi icra tədbirləri həyata keçirilmişdir. Sözügedən kreditin təminatı qismində çıxış edən daşınmaz əmlak 22312.5 manat məbləğində kredit təşkilatının balansına alınmışdır. Qalıq borc əmlakın satışından əldə olunan vəsait hesabına tam həcmdə bağlanmış və yerdə qalan 8471.11 manat xx.xx.2022-ci il tarixində İddiaçı bankda olan hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2018-ci il tarixli 2(107)-128/2018 saylı qətnaməsinin və icra vərəqəsinin surətindən görünür ki, İddiaçı Murtuz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(033)-574/2017 saylı qətnaməsi ipoteka predmeti olan torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 8000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan İddiaçı xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli kitabının 10 nömrəli vərəqində 27 iyun 2014-cü ildə qeydiyyata alınmış ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsinin ilkin satış qiyməti 35 000 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1ində yerləşən 0,39 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 25 avqust 2022-ci il tarixində 53 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT ASC-in adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 18 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Zaqatala rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(033)-574/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh2 BOKT ASC tərəfindən Zaqatala rayon İcra Şöbəsinə 1561,84 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş 18 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Zaqatala rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(033)-574/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh2 BOKT ASC tərəfindən Zaqatala rayon İcra Şöbəsinə əmlakın dəyərindən artıq qalan 8471,11 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 BOKT ASC-in 11 dekabr 2018-ci il tarixdə “X3”na ünvanlandığı 784 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh2 BOKT ASC ilə bağladığı 03 sentyabr 2015-ci il tarixli 3M-302/İ/15 saylı ipoteka müqaviləsinin şərtlərinə əməl etmədiyi üçün tərəflərindən ipoteka ilə yüklü elan edilmiş ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsinin hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə Zaqatala rayon məhkəməsinə etdikləri müraciət və sonradan Şəki Apellyasi Məhkəməsninin 2(107)-128/2018 saylı 09 may 2018-ci il tarixli qərardadına əsasən Zaqatala rayon İcra Şöbəsinin 12 sentyabr 2018ci il tarixli 108235/3 nömrəli sifarişi göndərilmişdir. Daxil olmuş 22 noyabr 2018-ci il tarixli 1869 saylı məktubdan məlum olmuşdur ki, keçirilmiş hərraclar nəticəsiz qalmışdır. Odur ki, İddiaçı məxsus olan ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsinin ilkin satış qiymətinin 15% endirimlə, yəni 29750 manat balanslarına götürülməsinə etiraz etmirlər. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Şöbəsinin rəisi Elvin Əhmədovun 12 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, həmin icra şöbəsinin icraatında olan Şəki Apellyasiya Məhkəməsinin 09 may 2018-ci il tarixli 2(107)-128/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar borclu İddiaçı xüsusi mülkiyyətinin olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,3922 ha torpaq sahəsinin ilkin satış qiyməti 35 000 manat olmaqla acıq hərrac vasitəsilə satışının təşkil edilməsi cavabdeh “X3” MMC-dən xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş “X3” MMC-in sifarişçi Zaqatala Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh2 BOKT ASC-nə, ipoteka qoyan (borclu) İddiaçı ünvanlanmış 25 sentyabr 2018-ci il tarixli 10/34 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”dən görünür ki, ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsinin 35 000 manat ilkin satış qiyməti ilə açıq hərrac 25 oktyabr 2018-ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəkdir. Həmin hərracın keçirilməsinə dair “Kaspi” qəzetində xx.xx.2018ci il tarixdə elan dərc edilmişdir. İş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişindən görünür ki, bildiriş 03 oktyabr 2018-ci il tarixdə borclu İddiaçı imza etdirilməklə Zaqatala rayonu Aşaı Tala kəndində təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “X3” MMC-in sifarişçi Zaqatala Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh2 BOKT ASC-nə, ipoteka qoyan (borclu) İddiaçı ünvanlanmış 02 noyabr 2018-ci il tarixli 10/34-1 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”dən görünür ki, ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsinin 29750 manat 15% endirimli satış qiyməti ilə açıq hərracı 19 noyabr 2018-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəkdir. Həmin hərracın keçirilməsinə dair “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edilmişdir. İş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişindən görünür ki, bildiriş borclu İddiaçı imza etdirilməklə Zaqatala rayonu Aşaı Tala kəndində təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin 02 noyabr 2018-ci il tarixdə nəşr edilmiş sayından görünür ki, məhkəmə qərarı əsasında ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsi 29750 manat qiymətlə 19 noyabr 2018-ci il tarixdə saat 11:00-da cavabdeh “X3” MMC Hərrac Mərkəzi tərəfindən açıq hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin 25 sentyabr 2018-ci il tarixdə nəşr edilmiş sayından görünür ki, məhkəmə qərarı əsasında ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsi 35000 manat qiymətlə 25 oktyabr 2018-ci il tarixdə saat 11:00-da cavabdeh “X3” MMC Hərrac Mərkəzi tərəfindən açıq hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu X6 23 noyabr 2022-ci il tarixli 131 saylı arayışından görünür ki, İddiaçı istifadəsində olan 0,3922 ha torpaq sahəsinin və istifadəsində olan digər torpaq sahələrinin torpaq vergisini 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək ödəmiş və hazırda onun vergi borcu yoxdur. İş materiallarına əlavə edilmiş Problemli kreditlərin kompensasiya vərəqindən görünür ki, İddiaçı 2812,75 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli 09 nömrəli ödəniş tapşırığından görünür ki, Zaqatala rayon icra və probasiya şöbəsi tərəfindən 8471,11 manat İddiaçı hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən 20 sentyabr 2022-ci il tarixdə 25 saylı X1 ünvanlanmış məktubdan görünür ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin depozit hesabından 8471,11 manat pul məbləğinin İddiaçı hesabına ödənilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının 23 iyun 2023-cü il tarixli 4/622 №-li Rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 03 oktyabr və 9 oktyabr 2018-ci il tarixli xəbərnamələrdə “Şəxsən” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatının dəyəri 110 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun 15 may 2018-ci il tarixli 108235 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 09 may 2018-ci il tarixli 2(107)-128/2018 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və borclu İddiaçı 10 gün könüllü icra müddəti verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən 15 may 2018-ci i tarixdə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 09 may 2018-ci il tarixli 2(107)-128/2018 nömrəli icra vərəqəsində göstərilən tələbi könüllü icra etmədiyi üçün İddiaçı 10 gün müddət verilmiş və ona bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi halda icra məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 78,79 və 81-cü maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkərlərinin həyata keçirilməsi ilə bağlı xərclərin sonuncudan tutulması bildirlmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən 15 may 2018-ci i tarixdə İddiaçı ünvanlanmış çağırışdan görünür ki, sonuncuya Şəki Apellyasiya Məhkəməsinin 09 may 2018-ci il tarixli 2(107)- 128/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq çağırışı aldığı gündən 3 gün müddətində Zaqatala rayon İcra və Probasiya Şöbəsində olması bildirilmişdir.Gəlmədiyi təqdirdə məcburi qaydada gətiriləcəyi bildirlmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 42.6-cı maddəsində müəyyən edilmişdir ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 43.5-ci maddəsində müəyyən edilmişdir ki, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.1-ci və 43.1.2-ci maddələrində müəyyən edilmişdir ki, hərracın iştirakçısı olmadıqda, hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. 43.2-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü maddəsində müəyyən edilmişdir ki, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.8-ci maddəsinin tələbinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 42.7-ci maddəsinə görə hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. 42.4-cü maddəsinə görə hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 43.2-ci maddəsinə görə bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 337.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh tərəfin təqdim etdiyi sübutlardan görünür ki, ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsi 35000 manat ilkin satış qiyməti ilə “X3” (indiki adı ilə Cavabdeh3) MMC tərəfindən 25 oktyabr 2018-ci il tarixdə açıq hərraca çıxarılmış, hərrac baş tutmasa da, hərracın təşkilatçısı hərracın baş tutmaması barədə elan dərc etdirmədən, torpaq sahəsini 29750 manat qiymətlə 19 noyabr 2018-ci il tarixdə təkrar hərraca çıxarmışdır. Təkrar hərrac da baş tutmamış, bununla belə hərracın təşkilatçısı, hərracın baş tutmaması barədə elan dərc etdirmədən, 12 dekabr 2018-ci il tarixli 167/1 saylı “Hərrac təşkilatının hərracın yekunları barədə protokolu”nu tərtib etmiş və Cavabdeh2 BOKT ASC ilə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 12 dekabr 2018-ci il tarixli müqaviləni bağlamışdır. Torpaq sahəsi 25 avqust 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 53 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT ASC-in adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçıya hərracın keçirilməsi barədə bildirişlər göndərilməmişdir. Kimliyi bəlli olmayan şəxsin bildirişləri qəbul etdiyinə dair xəbərnamələri imzalanması isə bildirişlərin iddiaçıya göndərilməsi olaraq dəyərləndirilə bilməz. Bundan başqa, qanunun tələbinə görə hərracın təşkilatçısı hər hərrac üzrə onun keçirilməsinə dair iki dəfə elan dərc etməli, eləcə də ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı isə hər hərrac üzrə yalnız bir elan vermiş və bildiriş göndərmişdir. Eyni zamanda elanın verilməsi və bildirişin göndərilməsi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış edilməli olsa da, 19 noyabr 2018-ci il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər 02 noyabr 2018-ci il tarixdə hərracın keçirilməsinə 17 gün qalmış edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəfin dəlillərinin əksinə olaraq, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin könüllü icra üçün iddiaçıya 10 gün müddət verməsi bu barədə ona bildiriş ünvanlaması, hərracın təşkilatçısı olan “X3” MMCni torpaq sahəsinin acıq hərrac vasitəsilə satılacağına dair iddiaçını məlumatlandırmaq öhdəliyindən azad etməmiş və o istənilən halda iddiaçını məlumatlandırmağa borclu olmuşdur. İddiaçıya hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsi nəticəsində, onun hərracın nəticələri üzrə mübahisəli protokol imzalananadək, yəni onun Cavabdeh2 BOKT ASC tərəfindən əldə olunmasına qədər Cavabdeh2 BOKT ASC-nin əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququ pozulmuşdur. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 BOKT ASC ipoteka saxlayan olaraq yalnız tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olmasına baxmayaraq, alış qiymətinin tələbinin məbləği həcmindən artıq hissəsini 12 dekabr 2018-ci il tarixli 167/1 saylı “Hərrac təşkilatının hərracın yekunları barədə protokolu”un tərtib olunduğu və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin bağlandığı vaxtdan uzun müddət sonra 2022-ci ilin sentyabr ayında ödəmişdir. İddiaçı bunun mübahisəli protokolun sonradan əvvəlki tarixə tərtib olunması ilə əsaslandırsa da, bu barədə sübut təqdim etməmişdir. Cavabdeh3 MMC (köhnə adı ilə “X3” MMC) iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə, həmin ərizə üzrə onu qeyd etməyi zəruri sayır ki, Cavabdeh2 BOKT ASC iddiaçıya restrukturizasiya və kompensasiya ilə bağlı 2019-cu ilin fevral ayında sərəncam verilmişdir. Cavabdeh2 BOKT ASC-in nümayəndəsi iddiaçıya restrukturizasiya və kompensasiya ilə bağlı sərəncamın səhv olması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə cavabdehin bu barədə bildirdikləri üzrə onu qeyd etməyi zəruri sayır ki, həmin hərəkətlərin səhvdən qaynaqlanıb-qaynaqlanmamasından asılı olmayaraq edilməsi, iddiaçıda əmlakının hərracdan satılmadığı fikrini formalaşdırması şübhəsizdir. Məhkəmə, iddiaçıya hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsini, ona restrukturizasiya və kompensasiya ilə bağlı 2019-cu ilin fevral ayında sərəncam verilməsi, alış qiymətinin tələbin məbləği həcmindən artıq hissəsinin 2022-ci ilin sentyabr ayında ödənilməsini, torpaq sahəsinin Cavabdeh2 BOKT ASC-in hər hansı tələbi və etiraz olmadan iddiaçının sahibliyində qalmaqda davam etməsini, vergilərinin onun tərəfindən ödənilməsini nəzərə alaraq, hərracın keçirilməsinin ona Mərkəzi Bankın verdiyi cavabdan bəlli olduğuna dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır və iddia müddətinin iddiaçı tərəfindən keçirilmədiyi nəticəsinə gəlir. Cavabdeh2 BOKT ASC iddiaçının torpağın satışından əldə edilmiş pul vəsaitinin tələbin ödənilməsindən artıq qalan hissəsini qəbul etməsi, ona ödənilməli olan kompensasiyanın isə cəmi 1641 USD təşkil edə biləcəyi əsası ilə iddiaya etiraz etmişdir. İddiaçı cavabdehin bu dəlili üzrə onu qeyd etmişdir ki, 2022-ci ilin sentyabr ayında ödənilən vəsaitin təyinatı ona bəlli olmadığından, eləcə də Cavabdeh2 BOKT ASC ona restrukturizasiya və kompensasiya ilə bağlı 2019-cu ilin fevral ayında sərəncam verdiyindən, 2022-ci ilin iyul ayına qədər borcun qaytarılması tələbi ilə bağlı müxtəlif əsası olmayan rəqəmlər təqdim etdiyindən, hər hansı hərracın keçirilə biləcəyini ümumiyyətlə ağlına belə gətirməmiş, həmin vəsaitin Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında dollarla götürdüyü kreditə görə ödənilən kompensasiya olduğunu düşünmüş, bu barədə ona yalnız pulu qəbul etdikdən sonra, Mərkəzi Bankın verdiyi cavabdan bəlli olmuşdur. Məhkəmə ödənilmiş pul vəsaitinin təyinatı barədə iddiaçıya məlumat verilmədiyini, eyni zamanda iddiaçının kompensasiyanın miqdarının müəyyən edilməsində xüsusi biliyinin olmadığını nəzərə alaraq, iddiaçının pul vəsaitini qəbul edərkən onun təyinatından xəbərsiz olmasına dair bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə, onu da qeyd etməyi zəruri sayır ki, ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsinin hərracı qanunverciliyin tələbləri pozulmaqla keçirildiyinə görə hüquqi nəticələrlə o cümlədən Cavabdeh2 BOKT ASC-nin torpaq sahəsini təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə əldə etməməsi və ya dəyərini ödəməməsi halında ipotekaya xitam verilməsi üçün əsaslar yaranmamışdır. Məhkəmə hesab edir ki, ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsinin hərracı qanunverciliyin tələbləri pozulmaqla keçirildiyinə görə onunla bağlı hərrac təşkilatçısı, cavabdeh "xxxx" MMC-nin direktoru X11 və alıcı Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X4 arasında imzalanmış hərracın yekunları barədə 167/1 saylı xx.xx.2018-ci il tarixli protokol və bununla əlaqədar satıcı cavabdeh "xxxx" MMC-nin direktoru X11 və alıcı, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X4 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, bu sənədlər əsasında DƏDRX-in 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən aparılmış qeydiyyat və Çıxarış ləğv edilməlidir. Məhkəmə, bununla yanaşı hesab edir ki, ünvan 1ində yerləşən 0,3922 ha torpaq sahəsi ilə bağlı hərrac hüquqi nəticələrlə o cümlədən ipotekaya xitam verilməsinə əsas yaratmadığından, iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC-nin xeyrinə yüklü edilmiş, ona məxsus 0.39 ha torpaq sahəsi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsinə dair hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlərdən iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı 110 manat xərc alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. ünvan 1i ünvanında yerləşən 0.3922 ha torpaq sahəsi ilə bağlı hərrac təşkilatçısı, cavabdeh "xxxx" MMC-nin direktoru X11 və alıcı Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X4 arasında imzalanmış hərracın yekunları barədə 167/1 saylı xx.xx.2018-ci il tarixli protokol və bununla əlaqədar satıcı cavabdeh "xxxx" MMC-nin direktoru X11 və alıcı Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X4 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Bu sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 avqust 2022-ci il tarixində 53 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT ASC-in adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və çıxarış ləğv edilsin. İddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC-nin xeyrinə yüklü edilmiş, İddiaçı məxsus 0.3922 ha torpaq sahəsi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi hissəsində təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-170/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-170/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver