Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-175/2025 20.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və nin dəlilləri İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair məhkəməyə müraciət edərək, 1400 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 34 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin mart ayının 12-də ona tikinti sahəsində işləməyə çağırmışdır. Əvəzində isə cavabdeh ona 2400 manat pul verməli idi. Sonradan 2024-cü ilin iyul ayında cavabdehdən çətinliklə də olsa 1000 manat pulunu ala bilmişdir. Lakin, cavabdeh bu günə qədər 1400 manat pulunu vermək istəmir. Bu barədə atası X1 aidiyyatı üzrə şikayət ərizələri göndərməklə Cavabdeh ona qarşı dələduzluq etməsini bildirmişdir. X2 dəvət olunarkən şikayətin dəlilləri barəsində izahat vermişdir. Cavabdeh X2 verdiyi izahatında ona olan borcunu etiraf etmişdir. Hazırda isə cavabdeh pulunu verməkdən imtina edir. Zaqatala RPŞ-dən ona Zaqatala Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh onu Dağıstan Respublikasının Mahaçqala şəhərinə işləmək üçün çağırmış və o, oraya gedərək cavabdehlə işləməyə başlamışdır. Onun zəhmət haqqı 2400 manat təşkil etmişdir. Cavabdeh 1000 manat çox çətinliklə ona vermiş, qalan 1400 manatı isə verməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh 28 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçıya həqiqətən də 1400 manat borcu vardır. O, iddiaçıya bildirmişdir ki, həmin borcu qaytaracaqdır. O işi olmadığı üçün borcunu verə bilməmişdir. İşləyib pulu hissə-hissə ödəyəcəkdir. Atası əməliyyat olunmuşdur. Əməliyyatı kredit götürüb etdirmişdir. O, demir ki, pulu ödəməyəcəkdir. Onun hazırkı vəziyyəti yol vermədiyi üçün cavabdehə pulu ödəyə bilmir. Cavabdehə olan borcunu hissə-hissə ödəməyə razıdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Yazılı sübutlar Zaqatala rayon Polis Şöbəsinin 28 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı hər hansı bir müraciətlə bağlı Zaqatala rayon polis şöbəsində heç bir araşdırma aparılmamışdır. 18 oktyabr 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının izahatını nəzərə alıb, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, cavabdeh tərəf 28 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddianı qəbul etmiş və cavabdehə olan borcunu hiss-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iddia etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə iddia təmin edilməli, Cavabdeh 1400 manat borc və hazırki iddianın qaldırılması üçün 34 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat pul vəsaiti və ödənilmiş 34(otuz dörd) manat dövlət rüsumu cəmi, 1434 (bir min dörd yüz otuz dörd) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-175/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-175/2025
20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver