Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-190/2023 01.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və təyin olunmuş alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş sabit aliment məbləğinin 3 uşağın hər biri üçün hər ay 190 (yüz doxsan) manat (cəmi 570 manat) miqdarında artırılması, xx.xx.2020-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması, X3 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat məbləğində sabit pul vəsaitinin Cavabdeh alınaraq X6 xeyrinə ödənilməsi, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat məbləğində sabit alimentin təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 mart 2011-ci il tarixdə nikah qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Akif Qurbanov, xx.xx.2014-cü il təvəllüdlü Aysu Qurbanova, xx.xx.2016-cı il təvəllüdlü Yusif Qurbanov və xx.xx.2020-ci il təvəllüdlü Furkan Qurbanov anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü Akif Qurbanov, xx.xx.2014-cü il təvəllüdlü Aysu Qurbanova və xx.xx.2016-cı il təvəllüdlü Yusif Qurbanovun yetkinlik yaşına çatanadək saxlanması üçün 15 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat (cəmi 408) sabit pul məbləğində aliment alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Üç uşaq üçün aliment təyin edildikdən sonra xx.xx.2020-ci il tarixdə Furkan adlı övladları dünyaya gəlmişdir. Hal-hazırda təyin olunmuş aliment məbləği uşaqların daim artan tələbatlarını ödəməyə kifayət etmir. Cavabdeh Zaqatala rayonu, Göyəm kənd icra nümayəndəsi işləyir və yüksək gəliri var, onun kifayət qədər əlavə gəliri, rəsmi olaraq öz adında olmasa da daşınmaz əmlakı, fındıq sahələri və obyektləri vardır. Onun isə qazancı yoxdur, uşağının ehtiyaclarını valideynlərinin maddi dəstəyi ilə ödəməyə çalışır. Uşaqların ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. Uşaqların baxıb böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Cavabdeh ilə ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar uzun müddətdir ayrı-ayrılıqda yaşayırlar. Birgə təsərrüfatı idarə etmirlər. Yetkinlik yaşına çatmayan dörd uşağı isə hazırda onun himayəsindədir. Onun qazancı yoxdur. Dörd uşağın ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. X5 yaşayış yeri, saxlanması, tərbiyə olunması və təhsil alması barədə cavabdehlə aralarında razılaşma əldə olunmayıb. Furkan Qurbanovun yaşayış yerinin, 3 yaşına çatanadək saxlanılması üçün və yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin təyin edilməsi, eyni zamanda 3 uşaq üçün təyin olunmuş aliment miqdarının artırılması ilə bağlı mediatora müraciət edilsə də hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə hesab edir ki, bu məsələ məhkəmə qaydasında həllini tapmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, uşaqların bütün qayğısı və ehtiyacı tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ona görə də, sabit pul məbləğində aliment tələb edir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o özü dövlət işində işləyir və gəliri yüksək deyil. İddiaçı və uşaqlarına yaşamaları üçün ev tikib verib və onların tələbatlarını da ödəyir. Tələb olunan məbləğ onun üçün çox yüksəkdir, hər ay hər uşaq üçün 160 manat ödəyə bilər. X14 da iddiaçının himayəsində saxlanılmasına etiraz etmir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh Akı̇ f oğlunun birgə nikahından 26 noyabr 2011-ci il tarixdə anadan olmuş X7, 22 dekabr 2014cü il tarixdə anadan olmuş X8 və 04 avqust 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment Cavabdeh Akı̇ f oğlundan tutularaq İddiaçı xeyrinə verilməlidir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 mart 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 651698 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 17 mart 2011-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 795152 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011ci il tarixdə anadan olmuş X7 atası Cavabdeh, anası İddiaçıdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 431893 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014cü il tarixdə anadan olmuş X8 atası Cavabdeh, anası İddiaçıdır. AA3056794 nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 512677 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamə 6-cı Prinsipində müəyyən olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyası 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı Cavabdeh ilə 17 mart 2011-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X13, xx.xx.2014-cü il tarixdə X12, xx.xx.2016-cı il tarixdə X11 və xx.xx.2020-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından onlar faktiki olaraq ayrılmışlar. Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Akı̇ f oğlunun birgə nikahından 26 noyabr 2011-ci il tarixdə anadan olmuş X7, 22 dekabr 2014-cü il tarixdə anadan olmuş X8 və 04 avqust 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment Cavabdeh Akı̇ f oğlundan tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 onun himayəsində saxlanılmasını, uşağın 3 yaşına çatanadək hər ay 100 manat məbləğinə vəsaitin və uşağın yetkinlik yaşına çatanadək hər ay 190 manat vəsaitin, eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin 3 uşağın hər biri üçün hər ay 190 manat miqdarında artırılmasını xahiş edir. Cavabdeh, X3 anası olan iş üzrə iddiaçının himayəsində saxlanılmasına etiraz etmir. Lakin hər ay hər uşaq üçün 160 manat aliment ödəyə biləcəyini bildirərək iddia tələbini alimentin artırılması və alimentin təyin edilməsi hissəsində qismən qəbul edir. Məhkəmə ilk öncə xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 valideynlərindən hansının yanında qalması məsələsini müzakirə edərkən həmin uşağın hal-hazırda ana nəvazişinə və qayğısına ehtiyacı olmasını, uşağın mənafeyini və yaşını, iddiaçının uşağın onun yanında qalmasını tələb etməsini, cavabdehin uşağın anasının yanında qalmasına etirazının olmamasını nəzərə alaraq belə hesab edir ki, həmin uşağın anasının-iş üzrə iddiaçının yanında qalması məqsədə müvafiqdir. Məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 valideynlərindən hansının yanında qalması məsələsini uşağın hüquq və mənafelərini, onların istəyini, valideynlərdən hər birinə olan bağlılığın, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşağın yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını nəzərə almaqla həll edir. Uşağın mənafeyi ictimai maraq kəsb edir və valideynlərin hüququndan daha üstündür. Məhkəmə xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə onu da xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın körpə olmasını və tərəflərin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində vəsaitin cavabdehdən alınaraq maddi yardıma ehtiyacı olan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, təyin edilən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına şərait yaradacaqdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, himayəsində 4 uşağı olmaqla maddi yardıma ehtiyacı olan iddiaçıya xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək hər ay 30 manat vəsaitin ödənilməsi cavabdehin gəlir və əmlak vəziyyətinə mütənasibdir. Məhkəmə iddia tələbinin Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli qətnaməsi ilə 3 uşağın saxlanması üçün təyin edilmiş aliment miqdarının artırılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti ödəməsi, yüksək gəlir yerinin olmaması, maddi imkanının aşağı olması onu hazırki uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin məhkəmə iclasında qeyd etdiyi arqumentlər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşaqların yaşını, tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 26 noyabr 2011-ci il tarixdə anadan olmuş X7, 22 dekabr 2014-cü il tarixdə anadan olmuş X8 və 04 avqust 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 3 yaşına çatanadək Cavabdeh hər ay 30 manat vəsait alınaraq İddiaçı verilməli, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 05 dekabr 2022-ci il tarixdən hesablanmalı, Cavabdeh alınaraq 26 noyabr 2011-ci il tarixdə anadan olmuş X7, 22 dekabr 2014-cü il tarixdə anadan olmuş X8 və 04 avqust 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-980/2020 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 480 manat məbləğində müəyyən edilməli, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, artan alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti tələb edilmədiyindən özünə aid edilməlidir. Cavabdeh 51,14 manat ((160x12)+(30x11)+(160-136=24x3=72x12)=3114 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. 04 noyabr 2020-ci il tarixdə anadan olmuş X9 İddiaçı himayəsində saxlanılsın. 04 noyabr 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. 04 noyabr 2020-ci il tarixdə anadan olmuş X9 3 yaşına çatanadək Cavabdeh hər ay 30 (otuz) manat vəsait alınaraq İddiaçı verilsin. Alimentin və iddiaçıya ödəniləcək vəsaitin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 05 dekabr 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin və iddiaçıya ödəniləcək vəsaitin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh alınaraq 26 noyabr 2011-ci il tarixdə anadan olmuş X7, 22 dekabr 2014cü il tarixdə anadan olmuş X8 və 04 avqust 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-980/2020 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat məbləğində müəyyən edilsin. Artan alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçi tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilsin. Cavabdeh 51,14 (əlli bir manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-190/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-190/2023
01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver