Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-197/2024 01.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Zaqatala rayonu Zəyəm kəndində doğulmuş və yaşayan Cavabdeh, 22 oktyabr 2023-cü il tarixdə dogulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının və bütün gəlirlərinin ¼-i hissəsi həcmində alimentin və xx.xx.2023-cü il tarixdə doğulmuş X1 3 yaşına çatanadək, ona (uşağa) qulluğa görə hər ay 150 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 23 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün mediasiyaya və vəkilə xidmət haqqı olaraq müəyyən miqdarda ödənişlər etmişdir. İddianın həcmini artıraraq iddia ərizəsində göstərilənlərlə eyni zamanda çəkilmiş xərcələrin- 100 manat vəkilə ödənilmiş xidmət haqqının və 60 manat mediasiya xərcinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsiniə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə baxışı iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflər barışaraq ailə münasibətlərini bərpa etmişdirlər. Ona görə də işi baxılmamış saxlayaraq MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh isə məhkəməyə gəlməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Həmçinin iş materiallarından görünür ki, “aliment” tələbi ilə bağlı müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə e-16(033)-42/2023 saylı xx.xx.2023-cü il tarixli və e-16(033)- 42/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadlar çıxarılmışdır. Mülki-Prosessual Məcəlləsinin 162.3-cu maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən mülki iş üzrə mübahisə başa çatanadək tətbiq edilmiş müvəqqəti təminat tədbiri qərardad qanuni qüvvəyə minənə qədər saxlanılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, Zaqatala Rayon Məhkəməsinin e-16(033)-42/2023 saylı xx.xx.2023-cü il tarixli və e-16(003)- 42/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadları ilə müəyyən edilmiş mülki iş üzrə mübahisə başa çatanadək xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə cavabdehin qazancının və bütün gəlirlərinin dörddə biri hissəsində aliment tutularaq İddiaçı ödənilməsi barədə müvəqqəti təminat tədbiri qərardad qanuni qüvvəyə minənə qədər saxlanılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Zaqatala Rayon Məhkəməsinin e-16(033)-42/2023 saylı xx.xx.2023-cü il tarixli və e- 16(003)-42/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadları ilə müəyyən edilmiş mülki iş üzrə mübahisə başa çatanadək xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə cavabdehin qazancının və bütün gəlirlərinin dörddə biri hissəsində aliment tutularaq İddiaçı ödənilməsi barədə müvəqqəti təminat tədbiri qərardad qanuni qüvvəyə minənə qədər saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-197/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-197/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver