Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-307/2025 05.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı alimentin təyin edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə anadan olmuş 12 avqust 2013-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat alimentin, mediasiya xərci olaraq ödənilmiş 60 manat xidmət haqqının alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 08 dekabr 2012-ci il tarixdə Zaqatala rayon Qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 12 avqust 2013-cü il tarixdə X6 və 19 yanvar 2015-ci il tarixdə X7 adlı övladları anadan olmuşlar. Cavabdeh ilə xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh ilə aralarında mediasiya sazişi bağlanmışdır. Mediasiya sazişinin şərtlərinə əsasən birgə nikah dövründə anadan olmuş 12 avqust 2013-cü il tarixli X6 onun və 19 yanvar 2015-ci il tarixdə anadan olmuş X7 cavabdehin himayəsində qalmasına dair razılığa gəlmişlər. Zaqatala rayon Məhkəməsinin 2(033)892/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahlarından anadan olmuş 12 avqust 2013-cü il tarixli X6 onun himayəsindədir. Cavabdeh övladlarının saxlanması üçün heç bir maddi yardım göstərmir. Bunun üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə 08 dekabr 2012-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarında 2 övladları, xx.xx.2013-cü il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə isə X7 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-892/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir əvvəl Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru Niyazi Məmmədovun iştirakı ilə aralarından Barışıq Sazişi bağlanmışdır. Həmin Sazişə əsasən birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X6 cavabdehin himayəsində, xx.xx.2015-ci il təvəllüdlü X7 isə onun himayəsində qalmasına dair aralarında razılıq olmuşdur. Hazırda isə cavabdeh ona qarşı Zaqatala rayon məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi vermişdir. Həmin mülki iş məhkəmənin icraatındadır. Hazırda uşaqlardan biri yəni, xx.xx.2015-ci il təvəllüdlü X7 onun himayəsində yaşayır. Bugünədək uşağının baxıb böyüdülməsində cavabdehin maddi heç bir dəstəyi olmamışdır. Hesab edir ki, uşağının böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Buna görə də aliment tələb etmək fikrindədir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazla müraciət edərək İddiaçı, ona qarşı "aliment tələbinə dair" iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı, ona qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı ilə aralarında bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(033)-892/2024 iş nömrəli qətnaməsinə əsasən pozulmuşdur.Məhkəmə prosesindən əvvəl mediasiyada barışıq sazişi bağlamışlar və həmin barışıq sazişinə əsasən birgə nikahlarından 19 yanvar 2015 ci ü tarixdə doğulmuş X2 onun, 12 avqust 2013-cü il tarixdə doğulmuş X4 isə anası (hazırk iş üzrə iddiaçı) İddiaçı yanında qalmasına razılığa gəlmişlər. Bu səbəbdən də bir birilərinə qarşı aliment tələbi irəli sürməmişdirlər. Hazırda isə İddiaçı, uşaqlardan yanvar 2015-ci il tarixdə doğulmuş X2 onun yanında saxlanılmasına baxmayaraq ondan aliment tələb edir. Bununla yanaşı, oğlu - 12 avqust 2013-cü il tarixdə doğulmuş X8 iş üzrə İddiaçı bütün günü işdə olduğu üçün gün ərzində onun yanında olur və axşamlar yatmaq üçün iddiaçının yaşadığı evə gedir. Həmçinin onun himayəsində saxlamaqla mükəlləf olduğu anası - 1953-cü il təvəllüdlü X3 vardır. Onun qazancı ancaq uşaqların, anasının və özünün saxlanılmasına çatır. İddiaçı isə, hətta 12 avqust 2013-cü il tarixdə doğulmuş X8 gün ərzində (iddiaçı işdə olduğu müddətdə) onun yanında olmasına baxmayaraq ondan bir növ cəza üsulu kimi aliment tələb edir.Digər bir tərəfdən İddiaçı işləyir və ayda təqribən 500 (beş yüz) manata yaxın gəlir əldə edir. Yəni, iddiaçı gəliri olmayan şəxs də deyil. İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, Zaqatala rayon Məhkəməsinə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə anadan olmuş 12 avqust 2013-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat alimentin, mediasiya xərci olaraq ödənilmiş 60 manat xidmət haqqının alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İlkin məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə cavabdeh iddiaya qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Mülki iş məhkəmə icratına daxil olduqdan 2 ay 20 gün sonra yəni xx.xx.2025-ci il tarixdə cavabdeh iddiaya qarşı qarşılıqlı iddiasını məhkəməyə təqdim etmişdir. MPM-nin 154.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia 20 gün ərzində verilmədiyindən hazırki mülki iş üzrə qarşılıqlı iddianın verilməsi və ona hazırki mülki işdə baxılması yolverilməzdir. Eyni zamanda cavabdeh aliment tələbi ilə bağlı mediasiyaya müraciət etməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. O qarşılıqlı iddia ərizəsinə etirazın məzmununda qeyd edilənlərində nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. İşin halları Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X6 12 avqust 2013-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X7 19 yanvar 2015-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(033)-892/2024 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 08 dekabr 2012-cı il tarixdə Zaqatala rayonu Qeydiyyat Şöbəsində bağlanmış, 420 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu onun özünə aid edilmiş, tərəflərin mediasiya şurasında uşaqların himayəyə verilməsi, uşaqlarla ünsiyyət hüququnun tanınması tələbi ilə bağlı imzaladıqları barışıq sazişi nəzərə alınmışdır. Mediasiya prosesinə iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 50 manat ilkin mediasiya xərci 10 manat dəftərxana və kərguzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiya 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin təyin edilməsi ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 75 və 78-ci maddələri təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddia tələblərinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsi təhlil etdikdə görünür ki, qanun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin müəyyən edilməsi üçün zəruri olan aşağıdakı dispozisiya şərtlərini müəyyən etmişdir: 1.Aliment ödənilməsi barədə saziş olmaması; 2. Tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması; 3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması. Bu şərtlərin hər hansı birinin mövcud olmaması alimentin artırılması barədə iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtlərinin ikincisi və üçüncüsü həm ilkin tələbə, həm də qarşılıqlı tələbə münasibətdə mövcud deyildir. Hansı ki, «tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması; 3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması» alimentin təyin edilməsinə əsas verən başlıca hüquqi faktdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, ailə qanunvericiliyi ilə tərəflərin hər birində uşağın qaldığı hallarda tənzimlənir və bu halda da bir valideyndən digərinin xeyrinə alimentin tutulması barədə qanunverici tərəfindən qoyulan şərtlərdən biri aliment tələb edən tərəfin təminatının digər valideynə nisbətdə az olmasıdır. İddiaçı və cavabdeh iddia və qarşılıqlı iddia ərizəsində, uşaqları saхlamaqda maddi çətinliyinin olması barədə qeyd qoysalarda buna dair sübut təqdim etməmişdir. İş üzrə sübutlarla iddiaçının və cavabdehin uşaqlarını saхlamaqda maddi yardıma ehtiyacının olması təsdiq edilməmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, nə cavabdehin nə də iddiaçının aliment tutula biləcək digər gəlirlərə malik olması təsdiq edilmir. Tərəflərin hər hansı birindən alimentin digər tərəfin xeyrinə tutulması tərəflərin birgə uşaqları olan 2 uşaqdan birinin təminatının zəifləməsinə və onların üstün tutmalı və daha yaхşı təmin edilməli olan mənafelərini və hüquqlarını pozur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 12 avqust 2013-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ilk iddiası, və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası rədd edilməlidir. Həm ilkin iddia tələbi həm qarşılıqli iddia tələbi rədd edildiyindən iddianın verilməsi üçün tərəflər tərəfindən çəkilmiş xərclər onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ilk iddiası rədd edilsin. İddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı məhkəmə xərcləri onun özünə aid edilsin. Cavabdeh İddiaçı qarşı alimentin təyin edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı məhkəmə xərcləri onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-307/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-307/2025
05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver