Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-353/2024 17.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X9 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat alimentin və mediasiyaya ödənilmiş 60 manat xidmət haqqının alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(033)-282/2018 saylı qətnaməsinə əsasən İddiaçı ilə X6 arasında olan nikah pozulmuş, birgə nikah dövründə anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X10 anaları X1, xx.xx.2006-cı il tarixdə anadan olmuş X12 isə ataları İddiaçı yanında saxlanılmasına dair qətnamə qəbul edilmişdir. Daha sonra hazırki mülki iş üzrə cavabdeh Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 ataları İddiaçı alınaraq özünün himayəsinə verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-520/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş X12 ataları İddiaçı alınaraq anaları X4 himayəsinə verilməsinə dair qətnamə qəbul edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X11 03 oktyabr 2022-ci il tarixdə analarının yanından çıxaraq onun yanına gəldikləri üçün cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-153/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən birgə nikahlarından xx.xx.2006-cı tarixdə doğulmuş X12, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 və xx.xx.2012ci tarixdə doğulmuş X10 ataları İddiaçı himayəsində saxlanılmasına dair qətnamə qəbul edilmişdir. Cavabdeh məhkəmə qətnaməsinə əsasən onun himayəsinə verilmiş uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. Bunun üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının 3-dən uşaqlar onda olub və o həmin uşaqlar üçün aliment tələb edir. Alimentin həmin gündən hesablanmasını istəyir. 2022-ci ilin oktyabr ayında mediasiyaya sənəd vermişdir. Araşdırılsa bunu müəyyən etmək mümkündür və həmin gündən o alimenti tələb edir. Birgə nikahda anadan olmuş Sənan adlı övladı hazırda əsgərdir, digər uşaqlardan biri özündə digəri cavabdehdədir. Mart ayının 03-ndən bu yana aliment tələb etmir, çünki o dövrdən uşaqların biri özündə digəri cavabdehdədir. Əvvəlcədən iddia tələbində üç uşaq üçün aliment tələb etməsini qeyd etsə də cavabdehin yanında olan uşaq üçün aliment tələb etmədiyini bildirdi. Qalan alimenti isə tələb edir, çünki uşaqların bütün əziyyətini özü çəkmiş və cavabdeh uşaqlara baxmaq üçün hər hansı dəstək göstərməmişdir. Uşaqlar cavabdehdə olanda o, bütün müddət üçün iddiaçıya aliment ödəmiş və bu gün uşaqlar özünün yanındadırsa hesab edir ki, cavabdeh də ona alimenti ödəməlidir çünki qadın və kişinin hüquqları bərabərdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının 600 manat aliment tələb etməsini o qəbul etmir. Aprelin ayının 10-u uşaq əsgərə getdi iddiaçı atalıq vəzifəsini icra edib onu yola salmadı. Uşaqlar iddiaçının yanında olduğu dövrdə iddiaçı uşaqlara araq içməyi, siqaret çəkməyi və sair öyrədib. Aliment verməkdən qəti imtina edir, qızı özünün yanındadır, oğlanlarla isə iddiaçı məşğul olmur. Uşaqların geyimi yox, başqa təminatı yox. İddiaçı, uşaqları şirin salıb yanına aparmış, amma baxmamışdır. Uşaqlar baba nənə yanında olur iddiaçının ailəsi var, həmin ailənin yanında olur. O, özü qızına zorla baxır və iddiaçıya aliment ödəmək imkanı yoxdur. İddianın rədd edilməsini xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(033)-282/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X7 arasında Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 sentyabr 2006-cı il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 222 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah pozulmuş, tərəflərin nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X11 və xx.xx.2012ci il tarixdə doğulmuş X10 boşanmadan sonra anaları iş üzrə cavabdeh X1, xx.xx.2006-cı il tarixdə doğulmuş X8 boşanmadan sonra ataları, iş üzrə İddiaçı yanında saxlanılması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-520/2019 nömrəli qətnaməsindən görünür ki, tərəflərin uşaqları olan-03 mart 2006-cı il təvəllüdlü X12 atası İddiaçı alınaraq anası X1 himayəsində saxlanılmış, 03 mart 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq X2 ödənilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 14 mart 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(033)-153/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X12, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 və xx.xx.2012-ci il tarixdə doğulmuş X10 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 25 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat məbləğində dəftərxana və kargüzarlıq xərcini birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiya 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər 05 sentyabr 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 03 mart 2006-cı il tarixdə Sənan, 04 avqust 2007-ci il tarixdə Hüseyn və 06 iyun 2012-ci il tarixdə Kəmalə adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(033)-282/2018 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, 04 avqust 2007-ci il tarixdə anadan olmuş X11 və 06 iyun 2012-ci il tarixdə anadan olmuş X10 anaları X1, 03 mart 2006-cı il tarixdə anadan olmuş X8 isə atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-520/2019 nömrəli qətnaməsi ilə 03 mart 2006-cı il təvəllüdlü X12 da atası İddiaçı alınaraq anası X1 himayəsində saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(033)-153/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X12, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 və xx.xx.2012-ci il tarixdə doğulmuş X10 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. 03 mart 2006-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatmış, 04 avqust 2007-ci il təvəllüdlü X11 iddiaçının yanında və himayəsində, 06 iyun 2012-ci il təvəllüdlü X10 isə Cavabdeh yanındadır. İddiaçı məhkəmə baxışı zamanı xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 cavabdehin himayəsində olduğunu və həmin uşağın saxlanması üçün aliment tələb etmədiyini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul etməmiş, cavabdehlər birgə uşaqları olan 3 uşaqdan birinin artıq əsgərdə olduğunu, digər iki uşaqdan birinin onun digərinin isə iddiaçının yanında qaldığını və himayəsində olan uşağa çətinliklə baxdığını qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsi təşkil edir və müddəalarını təhlil etdikdə görünür ki, qanun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin müəyyən edilməsi üçün zəruri olan aşağıdakı dispozisiya şərtlərini müəyyən etmişdir: 1. Aliment ödənilməsi barədə saziş olmaması; 2. Tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması; 3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması. Bu şərtlərin hər hansı birinin mövcud olmaması alimentin artırılması barədə iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtlərinin ikincisi və üçüncüsü mövcud deyildir. Hansı ki, «tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması; 3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması» alimentin təyin edilməsinə əsas verən başlıca hüquqi faktdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, ailə qanunvericiliyi ilə tərəflərin hər birində uşağın qaldığı hallarda tənzimlənir və bu halda da bir valideyndən digərinin xeyrinə alimentin tutulması barədə qanunverici tərəfindən qoyulan şərtlərdən biri aliment tələb edən tərəfin təminatının digər valideynə nisbətdə az olmasıdır. İddiaçı, tələbini uşaqları saхlamaqda maddi çətinliyinin olması ilə deyil, uşaqlar cavabdehdə olanda bütün müddət üçün iddiaçıya aliment ödəməsi, qadın və kişinin hüquqlarının bərabərliyi ilə əsaslandırır. İddiaçı eyni zamanda, uşaqları saхlamaqda maddi çətinliyinin olması barədə sübut da təqdim etməmişdir. İş üzrə sübutlarla iddiaçının uşaqlarını saхlamaqda maddi yardıma ehtiyacının olması təsdiq edilməmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, cavabdehin aliment tutula biləcək digər gəlirlərə malik olması təsdiq edilmir. Cavabdehdən hər hansı vəsaitin aliment olaraq alınıb iddiaçıya ödənilməsi, onun yanında və himayəsindəki xx.xx.2012-ci il təvəllüdlü Kəmalənin üstün tutmalı və daha yaхşı təmin edilməli olan mənafelərini və hüquqlarını pozur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü Kəmalə cavabdehin yanında və himayəsində olduğundan, iddiaçının yanında və himayəsində saxlanılan xx.xx.2006-cı il təvəllüdlü Sənan isə yetkinlik yaşına çatdığından, eləcə də iddiaçının xx.xx.2007-ci il təvəllüdlü Hüseyni saхlamaqda maddi yardıma ehtiyacının olması, cavabdehin isə Hüseyni saхlamaq üçün zəruri vəsaitə malik olması təsdiq edilmədiyindən, uşaqlar cavabdehdə olanda iddiaçının, bütün müddət üçün iddiaçıya aliment ödəməsi, qadın və kişinin hüquqlarının bərabərliyi isə hazırkı iddianın təmin edilməsinə əsas olmadığından iddia tələbi təmin edilə bilməz. Ailə qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarını hazırki iddia tələbinə tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırki tələbi əsaslı deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən ilkin mediasiya xərci olaraq ödənilmiş 60 (əlli) manat iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat onun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-353/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-353/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver