Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-442/2022 29.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təhsillə bağlı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə doğulmuş X4 və xx.xx.2003-cü il tarixdə doğulmuş X9 təhsili üçün ödədiyi 4700,60 AZN məbləğində pulun yarısı, 2350,3 AZN pulun, ödədiyi dövlət rüsumu 43,50 AZN pulun və mediasiyaya ödədiyi 50 manat pulun Azərbaycan Respublikası Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olan Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə nikahlarından 15 avqust 2002-ci il tarixdə “Zahidət” və 13 avqust 2003-cü il tarixdə “İdris” adlı övladları doğulmuşdır. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. X21 hal-hazırda X14 oxuyur. X22 Türkiyə Universitetləri (X23) ali məktəbində ödənişli əsaslarla təhsil alır. O hal-hazırda Göyəm kəndində yaşayır. Özü heç yerdə işləmir, maddi vəziyyəti ağırdır, cavabdeh uşaqların təhsil haqlarının ödənməsində, onların kirayə pulları və oxumaqları üçün ona heç bir köməklik etmir, uşaqların təhsil almasında çəkdiyi xərclərdə cavabdehin iştirakı vacibdir və borcudur. Ona görə də, məhkəməyə müraciət edərək ödəmiş olduğu təhsil haqqlarının yarısının cavabdehdən alınaraq ona ödənilməsi üçün əlavə xərclərə cəlb olunmağını xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, cavabdehin maddi imkanı yaxşıdır və birgə nikahdan anadan olmuş uşaqların təhsil xərclərini ödəmək iqtidarındadır. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə birgə nikahlarından anadan olmuş Zahidət Hüseynli hal-hazırda X14, X22 isə X18 təhsil alır. Uşaqların ödənişli əsaslarla təhsil almaları barədə məlumatlıdır, lakin onların təhsil haqlarının yarısını ödəmək imkanı yoxdur. O uşaqlara gələcəkdə maddi yardım göstərə biləcəyini qeyd etdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. İşin halları xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 410 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 5 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 100 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 75 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 220 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 100 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 10 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 10 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 57 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 8 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 110 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 10 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 5 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 40 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 5 manat pul vəsaiti İddiaçı tərəfindən X5 ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 85 manat pul vəsaiti X11 tərəfindən Həyat Hospitalın hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ******************** hesaba 62 ABŞ dolları vəsait köçürülmüşdür. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən ******************** hesaba 119 ABŞ dolları vəsait köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 62 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 62 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 202 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 62 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 102 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 32 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli Aviokassa tərəfindən verilmiş aviabiletin alınmasına dair məlumatlardan görünür ki, aviabilet İdris Hüseyinlinin adına 294,63 manat ödənilməklə alınmışdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 62 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İdris Hüseyinli tərəfindən 2070 türk lirəsi təhsil ödənişi X24 Üniversitesinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 152 ABŞ dolları vəsait İddiaçı tərəfindən İdris Hüseyinlinin hesabına köçürülmüşdür. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-152/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Zaqatala rayon qeydiyyat şöbəsində bağlanmış 09 noyabr 2001-ci il tarixli 484 nömrəli nikahın pozulması qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 mart 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Həmin qərarla müəyyən edilmiş hallara əsasən Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahlarından 15 avqust 2003-cü il tarixdə “Zahidət” və 13 avqust 2003-cü il tarixdə “İdris” adlı övladları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-152/2021 nömrəli qətnaməsinə əsasən onların arasında olan nikahın pozulmuşdur. İdidaçı ilə cavabdehin birgə nikanında anadan olmuş X10 hazırda X17 orta ixtisas, X11 isə Türkiyə Respublikasında Mehmet X12 ali təhsil alırlar. X10 tərəfindən X1 və təhsili üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1155 manat, X2 və təhsili üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 917 ABŞ dolları, 379,63 manat, 2070 türk lirəsi vəsait xərclənmişdir. İddiaçı hazırda birgə nikahda anadan olmuş uşaqların təhsili üçün xərclənmiş 4700,60 manat vəsaitin yarısı olan 2350,3 manatın cavabdhdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin əlavə xərclərə cəlb olunması ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsində deyilir ki, əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 81-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Valideynin əlavə xərcə cəlb edilməsi o zaman baş verə bilər ki, bu əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlərlə bağlı olsun (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.). Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Yuxarıda sadalanan qanunvericiliyn tələblərindən də, göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə və şikəst olması halları daxildir. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı təhsillə bağlı əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. İddia tələbi təmin edilmədiyindən İddiaçı dövlətə ödədiyi 43,50 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı təhsillə bağlı əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. 43,50 (qırx üç manat əlli qəpik) manat dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-442/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-442/2022
29.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver