Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-512/2024 05.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daimi yaşamaq üçün icazə verilməsi” tələbi barədə mülki işə 05 iyun 2024-cü il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “daimi yaşamaq üçün icazə verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahı dövründə 05 oktyabr 2012-ci il tarixdə anadan olmuş azyaşlı övladları X5 və 12 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 cavabdeh ataları Cavabdeh razılığı olmadan Türkiyə Cumhuriyyətində yaşamasına, oxumasına (təhsil almasına), oturum və ikamet izninin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 595/2020 saylı 23 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2011-ci il tarixli nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahından 05 oktyabr 2012-ci il tarixdə anadan olmuş X7 və 12 dekabr 2013-cü il tarixdə anadan olmuş X4 onun himayəsində saxlanılmış, onların birgə nikahından anadan olmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 20 may 2020-ci il tarixdə hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisində iddiaçıya “razılıq ərizəsi” verərək 05 oktyabr 2012-ci il tarixdə anadan olmuş X7 və 12 dekabr 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından kənara Gürcüstan Respublikasına və Türkiyə Cumhuriyyətinə gedib qayıtmasına heç bir etirazının olmamasına dair ərizə vermişdir. Daha sonra cavabdeh xx.xx.2020-ci il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisində ərizə verərək azyaşlı övladlarının ümumvətəndaş pasportunun alınmasına etiraz etməməsinə dair ərizə vermişdir. İddiaçı cavabdeh ilə aralarında olmuş razılıqdan sonra azyaşlı övladları ilə birlikdə Türkiyə Cumhuriyyətinə yaşamaq üçün getmişdir. Orada müəyyən vaxt yaşadıqdan sonra Türkiyə Cumhuriyyəti vətəndaşı Önder Çelik ilə ailə həyatı qurmuşdur. Cavabdeh bunları eşitdikdən sonra azyaşlı uşaqların ölkədən kənara aparılmasına dair Notarial qaydada verilmiş razılıq ərizələrini ləğv etdirmişdir. Daha sonra o azyaşlı övladları ilə Azərbaycana gəlmiş, lakin cavabdeh övladlarının ölkədən getməsinə icazə vermədiyi üçün cavabdehin razılığı olmadan azyaşlı uşaqların ölkədən getməsinə icazənin verilməsinə dair məhkəməyə müraciət olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-105/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən Cavabdeh razılığı olmadan İddiaçı birgə nikahdan anadan olmuş uşaqları 05 oktyabr 2012-ci il təvəllüdlü X5 və 12 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara aparmasına icazə verilməsinə dair qətnamə qəbul edilmişdir. Cavabdeh Zaqatala rayon Məhkəməsinin 2(033)-105/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)886/2023 saylı 17 avqust 2023cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4666/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Azyaşlı uşaqlar hal-hazırda Türkiyədədirlər. Uşaqlar orada təhsil almaqla iddiaçı ilə birlikdə yaşayırlar. 2020-ci il tarixdən Türkiyədədirlər. Türkiyəyə getdikdən sonra uşaqların oturum izni olmuşdur. Lakin halhazırda ikamet izni (vətəndaşlıq) alınması üçün atalarının yəni cavabdehin razılığı lazımdır. Cavabdeh razılıq vermədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o iddiaçının anasıdır. Tərəflər arasındakı nikah pozulmuş və həmin nikahdan anadan olmuş uşaqları məhkəmə qətnaməsi ilə qızının himayəsində saxlanılmışdır. Nəvələri artıq 6 ildir ki, Türkiyə Cumhuriyyətində yaşayırlar və orda təhsil alırlar. Qızı isə Türkiyə Cümhuriyyəti vətəndaş ilə ailə həyatı qurmuş və yoldaşının evinə qeydiyyata düşmüşdür. Qızı əvvəlki nikahından olan övladlarını da həmin evdə qeydiyyata almaq istəyir, lakin bunun üçün cavabdehin icazəsi lazımdır. Eyni zamanda uşaqların qeydiyyatı olmadığından onlar üçün tibbi sığorta ala bilmir, məktəb üçün sənəd verilən zaman ünvan yazılması mümkün olmur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan: Mülki işin materiallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş 30 dekabr 2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 dekabr 2013-cü il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş 03 noyabr 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 oktyabr 2012-ci il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2023-00481 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 11:00-12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiaysında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı nümayəndəsi Nümayəndə birtərəfli qaydada ödəmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli EK-17 saylı “öğrenci belgesi”ndən görünür ki, Abid Qəribov “X2”unun 6-cı sinif D şöbəsində 24 nömrə ilə qeydiyyatlı olub hələ də davamlı şagirdləridir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli EK-17 saylı “öğrenci belgesi”ndən görünür ki, Gülbəsdi Qəribova “X3”unun 3-cü sinif E şöbəsində 128 nömrə ilə qeydiyyatlı olub hələ də davamlı şagirdləridir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin hər ikisi Azərbaycan Respublikasının vətəndaşdır. Onlar xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasındakı nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və onların uşaqları iddiaçının himayəsinə saxlanılmışdır. Cavabdehin razılığı olmadan uşaqlarının yetkinlik yaşına çatanadək iddiaçı ilə birgə Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına məhkəmə qaydasında icazə verilmişdir. İddiaçı uşaqlarının cavabdehin razılığı olmadan Türkiyə Cumhuriyyətində yaşamasına, oxumasına (təhsil almasına), oturum və ikamet izninin (daimi yaşamaq üçün icazə) verilməsini tələb etsə də, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş Abid Qəribov “X2”unun 6-cı sinif D şöbəsində 24 nömrə ilə qeydiyyatlı şagird, Gülbəsdi Qəribova isə “X3”unun 3-cü sinif E şöbəsində 128 nömrə ilə qeydiyyatlı şagird olmaqla Türkiyə Respublikasında təhsil alırlar. İş üzrə sübutlarla, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 Türkiyə Respublikasının ərazisində daimi yaşamaq üçün icazələrinin olmaması və müvafiq icazənin verilməsinə cavabdehin razılığının zəruri olması halı təsdiq edilməmişdir. Eyni zamanda, iddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün müraciət etdiyi xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 iştirakını təmin etmədiyindən, onların iddiaya münasibətini öyrənmək də mümkün olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları Türkiyə Respublikasında təhsil aldıqlarından, Türkiyə Respublikasının ərazisində daimi yaşamaq üçün icazələrinin olmaması və müvafiq icazənin verilməsinə cavabdehin razılığının zəruri olması halı isə təsdiq edilmədiyindən, eləcə də xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaya münasibətini öyrənmək mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və mediasiya xərc İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessula Məcəlləsinin 216-220 və 360-cı maddələrinə rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə onun birgə nikahı dövründə 05 oktyabr 2012ci il tarixdə anadan olmuş azyaşlı övladları X5 və 12 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 cavabdeh ataları Cavabdeh razılığı olmadan Türkiyə Cumhuriyyətində yaşamasına, oxumasına (təhsil almasına), daimi yaşamaq üçün icazə verilməsinə dair tələbi barədə iddiası rədd edilsin. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu onu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-512/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-512/2024
05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver