Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-523/2022 08.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəsində saxlanması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Azərbaycan Respublikasının Zaqatala RİHB-nın Yuxarı Tala kənd ərazi nümayəndəliyi tərəfindən rəsmiləşdirilən nikahın pozulması, 26.09.2019-cu il tarixində anadan olmuş X3 onun himayəsində saxlanılması, 26.09.2019-cu il tarixində anadan olmuş X1 üçün cavabdehdən hər ay stabil olaraq 200 manat alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01.04.2019-cu il tarixində rəsmi nikaha daxil olmuş, nikahları Azərbaycan Respublikasının Zaqatala RİHB-nm Yuxan Tala kənd ərazi nümayəndəliyi tərəfindən qeydə alınmaqla onlara AZ-T №015457 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından 26.09.2019-cu il tarixində X5 anadan olmuşdur. İlk vaxtlarda münasibətləri normal olsa da, uşaq danyaya gələndən sonra cavabdehlə münasibətləri pozulmuş, cavabdeh aqressiv münasibət yaradaraq ailədaxili münaqişələrin baş verməsinə şərait yaratmış, dəfələrlə arada narazılıqlar olmuş, lakin yenə də ailəsi dağılmasın, qızı atasız böyüməsin deyə ailəni bərpa etmək məqsədi ilə yenidən ər evinə qayıtsa da cavabdehin hərəkətlərində heç bir fərq olmamış və ona qarşı aqressiv hərəkətlərindən əl çəkməmişdir. Vəziyyət o həddə çatmışdır ki, onların birgə yaşamaları mümkün olmamışdır. Təxmini 1 ildir ki, o, uşağı ilə atası evində məskunlaşmışdır. Cavabdehlə barışmaları və birgə ailənin qorunub saxlanması mümkün deyildir. Cavabdehin hərəkətləri barışmalarına əsas vermir. Lakin hər iki valideyn uşağın maddi və mənəvi problemlərinin həllində cavabdehdir. Yuxarıda qeyd etdiyi kimi, onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaq onun himayəsində qalıb. Bütün bunlara əsasən hesab edir ki, uşağının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Qanunvericiliyin yuxanda qeyd olunan normalarına istinad edərək hesab edir ki, 26.09.2019-cu il tarixdə anadan olmuş X3 həddi buluğa çatanadək ayda 200 manat onu xeyrimə tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İddiaçı qaldırdığı boşanma işinə öz razılığını bildirir. Məhkəmə prosesinin ən qısa vaxtda tamamlanmasını xahiş edir. Qarşı tərəfin iddiaları ilə razıdır. Hal-hazırda onun Rusiya Federasiyasında olmasını, hazırki vəziyyəti və ölkələrarası pul köçürülməsi prosesinin çətin və məhdudiyyətli olmasını nəzərə alaraq aylıq 150 manat aliment təyin edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşin halları Zaqatala RİHB-nın Yuxarı Tala kənd ərazi nümayəndəliyi tərəfindən 11 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-T 015457 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 01 aprel 2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 08 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Əhmədov”, arvad isə “Əhmədova” soyadını qəbul etmişlər. Zaqatala RİHB-nın Yuxarı Tala İƏD üzrə nümayəndəliyi tərəfindən 01 oktyabr 2019cu il tarixdə verilmiş AZ-İV 300844 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 26 sentyabr 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair “ 29 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. «Uşаq hüquqlаrı hаqqındа» Konvensiyа 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Azərbаycаn Respublikаsı «Uşаq Hüquqlаrı» hаqqındа qаnunu 5-ci mаddəsinə əsasən dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr. 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, normаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamə 6-cı Prinsipində müəyyən olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyası 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarı «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüququları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 29 dekabr 1976-cı il tarixli 3 nömrəli qərarı 3-cü bəndində qeyd edilir ki, ailə qanunvericiliyinin tələbinə əsasən, uşaqların valideynlərdən hansının tərbiyəsində saxlanılması haqqında mübahisələr həll edilərkən, nəzərə alınmalıdır ki, ata və ana öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin, valideynlər bərabər şəraitə malik olduqları hallarda azyaşlı uşaqların, xüsusilə məktəb yaşına çatmamış uşaqların ana qayğısı və nəvazişinə ehtiyacları olduğu nəzərə alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdiyi sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 01 aprel 2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 26 sentyabr 2019-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və hal-hazırda ayrı yaşayırlar. Uşaq iddiaçının yanındadır. İddiaçı aralarında bağlanmış nikahın formal xarakter daşıdığını əsas göstərərək aralarında bağlanmış nikahın pozulması, uşağın himayəsində saxlanması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə İddiaçı ilə aralarında olan nikahın pozulmasına razı olduğunu, birgə nikahlarından anadan olmuş uşağın saxlanmasını üçün 150 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı nikahın pozulmasını xahiş edir. Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Keçən müddət ərzində də tərəflər barışmamışlar. Eyni zamanda tərəflər aralarında bağlanmış nikahın pozulmasını təkidlə tələb edir. Məhkəmə xüsusilə vurğulаyır ki, nikаh kişi ilə qаdının аilə qurmаq məqsədi ilə qeydiyyаtа аlınаn könüllü ittifаqı оlduğundаn cаvаbdehin iddiаçı ilə qаrşılıqlı könüllü rаzılıq əsаsındа yenidən nikаh bаğlаmаq və birlikdə yаşаmаğınа qаnundа nəzərdə tutulаn hаllаr istisnа оlmаqlа hər hаnsı bir mаneə yоxdur. Məhkəmə tərəfindən iddiaçı ilə cavabdehin birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü müəyyən edildi. Məhkəmə həmçinin qeyd edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Məhkəmə uşаqlаrın sаxlаnmаsı ilə bаğlı аtаnın və аnаnın hüquqlаrını fərdi mаrаq, uşаqlаrın hüquqlаrını isə dаhа üstün dəyər olаn ictimаi mаrаq kimi qiymətləndirir. Əgər uşаqlаrın sаxlаnmаsı ilə bаğlı vаlideynlər аrаsındа fikir аyrılığı yаrаnırsа dövlət uşаqlаrın hüquqlаrını ictimаi mаrаq kimi qiymətləndirərək uşаqlаrın tərəfindən mübаhisəyə qаrışır. Uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bu şərtlə ki, bu, ən yaxşı halda uşağın mənafelərinə zidd olmasın. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması məsələsini uşaqların hüquq və mənafelərini, onların istəyini, valideynlərdən hər birinə olan bağlılığını, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını nəzərə almaqla həll edir. Uşağın mənafeyi ictimai maraq kəsb edir və valideynlərin hüququndan daha üstündür. Göründüyü kimi, həm beynəlxalq hüquqi aktlar, həm də Azərbaycan Respublikasının qanunvericiliyi ilə birmənalı olaraq müəyyən edilmişdir ki, uşaqlarla bağlı görülən bütün tədbirlərdə onların mənafeyi üstün tutulmalı və barələrində qəbul edilən qərarlar onların maraqlarının daha yaxşı təmin edilməsinə yönəlməli, eyni zamanda azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. İş materiallarından görünür ki, 26 sentyabr 2019-cu il təvəllüdlü X3 atasının himayəsində saxlanılması üçün heç bir müstəsna şərait mövcud deyildir. Məhkəmə belə hesab edir ki, uşağın anası onun tərbiyəsi ilə məşğul olmaq imkanına malikdir və sağlamlıq cəhətdən uşağın təminatını ödəmək iqtidarındadır. Bundan əlavə, iş materiallarından görünür ki, barəsində mübahisə olan uşağın 2 yaşı tamam olmuşdur. O, körpə olmaqla onun ana qayğısı və nəvazişinə ehtiyac daha çoxdur. Məhkəmə işin hallarını, uşağın azyaşlı olmaqla ana nəvazişinə və qayğısına daha çox ehtiyacı olmasını, uşağın anasına qarşı olan bağlılığını, uşağın ananın himayəsində inkişafı və tərbiyəsi üçün hər cür şəraitin olmasını, uşağın anasından ayrılması üçün müstəsna şəraitin mövcud olmamasını, uşağın mənafeyini və yaşını, iddiaçının uşağının onun yanında qalmasını tələb etməsini, cavabdehin uşaqla bağlı hər hansı tələbinin olmadığını nəzərə alaraq X3 anasının himayəsində saxlanılmasını uyğun hesab edir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 26 sentyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay uşaq üçün sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin izahat və ərizələrini, onların diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, onun deməsinə görə Rusiya Federasiyasında olması, hazırki vəziyyəti və ölkələrarası pul köçürülməsi prosesinin çətin və məhdudiyyətli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın yaşını və tərəflərin ərizələrini nəzərə alaraq belə qənaətə gəlir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay uşaq üçün 170 manat məbləğində müəyyən edilməlidir. İşdən də göründüyü kimi, iddiaçı alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Zaqatala RİHB-nın Yuxarı Tala kənd ərazi nümayəndəliyində qeyd edilmiş 01 aprel 2019-cu il tarixli 08 nömrəli nikah pozulmalı, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməli, tərəflərin uşaqları olan-26 sentyabr 2019-cu il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılmalı, 26 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilməli, eyni zamanda iddiaçının ərizəsində alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməməsi nəzərə alınmalı və alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 15 aprel 2022-ci il tarixdən hesablanmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməli, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 50 manatı və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitini tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Cavabdeh 40,4 manat (170x12=2040 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Zaqatala RİHB-nın Yuxarı Tala kənd ərazi nümayəndəliyində qeyd edilmiş 01 aprel 2019-cu il tarixli 08 nömrəli nikah pozulsun. Nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Tərəflərin uşaqları olan-26 sentyabr 2019-cu il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti özünə aid edilsin. 26 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın. Cavabdeh 40,4 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-523/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-523/2022
08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver