Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-649/2025 20.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova-Xəlilova Nuridə Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə işə Zaqatala şəhərində, məhkəmənin binasında, 20 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun Cavabdeh ilə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və 50 manat ilkin mediasiya sessiyası üçün çəkilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X3nun Cavabdeh ilə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə X15 adlı övladları doğulmuşdur. X3 ilə Cavabdeh arasında olan nikah aktı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-1095/2024 nömrəli qətnaməsi ilə ləğv olunmuş, birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X15 isə oğlu İlkin Məmmədovun himayəsində qalması qət edilmişdir. Buna səbəb isə keçmiş gəlini Cavabdeh 2019-cu il tarixdən oğlunu və nəvəsini tərk edərək yaşadıqları evdən getməsi, 2022-ci il tarixdən 2024-cü il tarixədək Türkiyə Respublikasında yaşaması, orada cinayət məsuliyyətinə cəlb edilərək həbs olunması, daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılması olmuşdur. Nəvəsi Davidi isə 3 yaşından oğlu və o təkbaşına böyütmüşdürlər. Nəvəsinin hazırda 8 yaşı var, lakin bu yaşına qədər anası onunla maraqlanmamış, onun böyüdülməsində, təlim və tərbiyyəsində iştirak etməmişdir. Hazırda X3 xx.xx.2025-ci il tarixdə anidən nəfəs darlığından vəfat etmişdir. Azyaşlı nəvəsi onun yanındadır. Ona o tək başına baxır. Beləliklə, nəvəsinin anası Cavabdeh isə valideyn kimi valideynlik vəzifələrini yerinə yetirmir. Harada olması məlum deyildir. Oğlunun vəfatından xəbəri olsa da, nəvəsinin hazırki vəziyyəti ilə maraqlanmır. Ona görə də, yaranmış zərurətlə bağlı 12 dekabr 2016-cı il təvəllüdlü nəvəsi X8 üzərində qəyyum təyin edilməyi üçün Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Şurasına müraciət etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadənin 12 fevral 2025-ci il tarixli 19 saylı sərəncamına əsasən azyaşlı nəvəsi X8 üzərində qəyyum təyin edilmişdir. Hazırda azyaşlı nəvəsi onun himayəsində yaşayır. Ona tək başıma baxır. Nəvəsinin baxıb böyüdülməsində hazırda cavabdehin heç bir köməyi yoxdur. Hesab edir ki, nəvəsinin böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Buna görə də, azyaşlı nəvəsinin yetkinlik yaşınadək saxlanması üçün cavabdehdən aliment tələb etmək fikrindədir. Bununla bağlı olaraq əvvəlcə Şəki 1 saylı Mediasiya Təşkilatına aliment tələbi ailə mübahisəsi ilə əlaqədar mediasiya üçün müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmədiyi üçün mediasiya prosesi keçirilə bilməmişdir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı 02 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun cavabdehlə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyası üçün çəkilmiş 50 manat xərcin cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 6 ildən çoxdur ki, anası oğluna baxmır. Eyni zamanda cavabdeh soyadını “Yurukova”, adını isə “Sulduzə” olaraq dəyişmişdir. Oğlu ilə də əlaqə saxlamış, aliment ödəməyəcəyini demişdir. Yalnız dekabr ayının 12-də, yəni uşağın ad günündə 50 manat pul vermiş, uşaq cavabdehə zəng etdikdən sonra 150 manat pul da ödəmişdir. Daha sonra pul ödəyibödəməməsi ilə maraqlanmamışdır. Mərhum oğlunun xeyrinə uşağın saxlanması üçün cavabdehdən aliment tutulmuşdur. Həmin alimentin ona ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı “ASAN Xidmət” X16 qeyd edilmiş 19 dekabr 2016-cı il tarixdə verilmiş, AZ-İİİ 882977 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 dekabr 2016-cı il tarixdə doğulmuş X8 atası X14, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X14 ilə Cavabdeh arasında 21 sentyabr 2013-cü il tarixdə Astara RİHB-nın Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin uşaqları olan - 12 dekabr 2016-ci ildə doğulmuş X15 iddiaçı atası X6 himayəsində saxlanılmış, tərəflərin birgə nikahından 12 dekabr 2016-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 sentyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X9 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı X14 tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xərci tələb olunmadığından həmin xərclər onun özünə aid edilməsi, iddia tələbinin geri qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ İİ 467015 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2025-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 55 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının 12 fevral 2025-ci il tarixli sərəncamından görünür ki, İddiaçı azyaşlı nəvəsi X15 üzərində uşağın razılığı ilə qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 10:00- 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 (on) manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli, 830 saylı məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1095/2024 saylı, 20.11,2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 12 dekabr 2016-cı ildə doğulmuş X8 yetkinlitk yaşına çatana kimi saxlanılması üçün 04 sentyabr 2024-cü il tarixdən başlayaraq, borclu Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq, tələbkar X9 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra üçün borcluya göndərilmişdir. İcraat zamanı Cavabdeh ümumilikdə 850 manat tələbkara aliment ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Astara rayon Pəlikəs kənd icra nümayəndəliyində qeyd edilmiş 09 aprel 2025-ci il tarixdə verilmiş AZ-T 291717 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə doğulmuş X4 atası X11, anası X7r. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1991-ci ildə doğulmuş X2 atası X11, anası X12, oğlu xx.xx.2016-cı il təvəllüdlü X13r. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 12 dekabr 2016-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 sentyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X9 ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı X3nun vəfat etməsinə və özünü uşaq üzərində qəyyum təyin edilməsinə istinadən yenidən məhkəməyə müraciət edərək mərhum X3nun Cavabdeh (X10) ilə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Bununla belə, məhkəmədə mülki məsələlərdə icraat başlamaq hüququ mütləq hüquq deyil və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən bir qismi MPM-nin 261-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırkı işin hallarından görünür ki, artıq tələb olunan alimentin borcludan tutulmasına dair məhkəmə aktı qəbul olunmuşdur və qanuni qüvvədədir. Lakin, icra icraatında tərəf olan tələbkar vəfat etdiyindən faktiki olaraq icra icraatında sıradan çıxmış hesab olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidir. İcra məmurunun bu vəzifəsi “İcra haqqında” Qanunun 31-ci maddəsindən irəli gəlir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Odur ki, artıq məhkəmə aktı ilə həll edilmiş məsələ üzrə yenidən borcluya qarşı məhkəmə icraatı aparmaq, iddianı mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmək yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 261.0.2-ci maddələrinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, bu hal İddiaçı Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hüquq münasibətində iddiaçının hüquq varisi qismində tanınmasına dair aidiyyəti İcra Şöbəsinə müraciət etməsini istisna etmir. Həmçinin bu hal İddiaçı Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmiş aliment məbləğinin indeksasiyası məqsədi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməsini də istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh (X5) qarşı “alimentin təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-649/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-649/2025
20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver