Məhkəmə qərarları › İş №e-2(033)-742/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-742/2025

18.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-742/2025 18.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X6m qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun xəstəliyini, gözdən əlil olmağını, azyaşlı övladının onkoloji xəstə olduğunu, ailələrinin aztəminatlı olmasını, onun 150 manat alimenti zorla ödədiyini nəzərə alaraq aliment məbləğininin həcminin azaldlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh Zaqatala rayon Məhkəməsində iddia qaldıraraq 12 iyul 2016-ci ildə anadan olmuş X2 üçün uşaq yetkinlik yaşına çatanadək ondan hər ayda 140 manat alınan alimentin məbləğinin artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia ərizəsi ilə tanış olmuş və bununla razı deyil. O, hazırda ailəlidir və bu ailəsindən də iki azyaşlı övladları var. Özü də gözdən 3-cü qruр əlildir, 150 manat рensiya alır. Ondan da 2(033) -697/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X1 üçün 140 manat aliment ödəyir. Əlavə olaraq 840 manat yığılmış aliment borcu olduğundan hər ay əlavə 10 manat ödəniş edir. Cəmi 150 manat pul ödəyir. Bundan başqa, o gözdən əlil olduğu üçün heç bir yerdə işləyə bilmir. Azyaşlı qızı da onkoloji xəstədir, buna görə də həyat yoldaşı işləyə bilmir. Ailəsi 7 nəfərdən ibarət olmaqla, hamısı anasının pensiyası ilə dolanır. Bir uşaqlı ərdən boşanan bacısı da onlarla yaşayır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, tək işləyir və uşağına baxmağa çalışır. Uşağın təhsil almasını istəyir. Ödənilən 150 manat aliment uşağın xərclərinin tam ödənilməsinə kifayət etmir. İddiaçı işlədiyi halda uşaqları təmin edə bilər. O, iddianın rədd edilməsini istəyir. İş materiallarına əlavə edilmiş sənədlər Zaqatala Rayon Məhkəməsinin 2(033)-697/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Zaqatala rayon məhkəməsinin 04 yanvar 2019-cu il tarixli 2(033)-60/2019 saylı qətnaməsi əsasında cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-48/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli 2(033)- 697/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə tələbkar Cavabdeh ərizəsi təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli 2(033)-697/2021 nömrəli qətnaməsi ilə xx.xx.2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş 140 manat məbləğində aliment ərizənin verildiyi tarixdən, yəni, xx.xx.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay minimum əmək haqqının 0,566 misli həddində müəyyən edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 oktyabr 2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X9 atası, İddiaçı anası X5r. Zaqatala RİHB-nin Gözbarax kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə anadan olmuş X7 atası İddiaçı anası X5r. X9 ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, sol süd vəzinin gilə nahiyəsində ağrısız nahamar hərəkətli damar törəməsi qeyd edilir və anadan gəlmə olduğu müəyyən edilir diaqnoz müəyyən edilməmişdir. Xəstəliyin gedişi kəsin kimi qeyd edilmişdir. Ege Hospital tərəfindən verilmiş müayinənin nəticələrinə dair çıxarışdan görünür ki, xəstə İddiaçı sol beyin yarımkürəsi dərialtı perietal payda ən qalın 16 mm ölçüdə olmaqla subgaleal hematoma izlənilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.

25. Maddə 17 (İİ hissə). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsiniə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İddia tələbinin dəlillərindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qazancının və başqa gəlirlərinin miqdarı alimentin müəyyən edildiyi vaxtda olandan keçən dövrdə azalmasa da, iddiaçının xərcləri artmış və onun 2021-ci ildə Qumru və 2022-ci ildə Esra adlı iki övladı dünyaya gəlmişdir. Alimentin müəyyən edildiyi vaxtdan keçən vaxtdan xx.xx.2016-cı il X4 xərclərinin artması isə işin mübahisəsiz halı olsa da cavabdehin özünün səhhəti və xx.xx.2022-ci il təvəllüdlü X3 olan problemlər əlavə maliyyə vəsaiti tələb etdiyindən və eyni zamanda iddiaçının gözdən əlil olmaqla əmək qabiliyyətinin olmamasını nəzərə alınaraq məhkəmə təyin edilmiş alimentin məbləğini müəyyən etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala rayon məhkəməsinin 04 yanvar 2019-cu il tarixli 2(033)-60/2019 saylı qətnaməsi ilə təyin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-697/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə artırılmış və Zaqatala Rayon Məhkəməsinin 8(033)-48/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay minimum əmək haqqının 0,566 misli həddində tutulan alimentin məbləği azaldılaraq hər ay minimum əmək haqqı məbləğinin 0,50 misli miqdarında müəyyən edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ :

İddia qismən təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 2(033)-697/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə artırılmış və Zaqatala Rayon Məhkəməsinin 8(033)-48/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay minimum əmək haqqının 0,566 misli həddində tutulan alimentin məbləği azaldılaraq hər ay minimum əmək haqqı məbləğinin 0,50 misli miqdarında müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar