Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-841/2022 15.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manatın, cəmi 35.000 (otuz beş min) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 iyul 2018-ci il tarixdə, saat 20 radələrində Zaqatala şəhəri, A.Həmidov küçəsində yerləşən, gözətçi işlədiyi köhnə fındıq qəbulu məntəqəsinin yanında, Cavabdeh ona hücum çəkərək əli ilə vurub yerə yıxmış və təpikləməklə ona çoxsaylı bədən xəsarətləri yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər yetirmişdir. İbtidai istintaq zamanı Cavabdeh CM-nin 126.1-ci və 188.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Şəki Apellyasiya Məhkəməsi Cavabdeh barəsində CM-nin 126.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Şəki Apellyasiya Məhkəməsinin 1(107)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə Cavabdeh ona dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirdiyi qənaətinə gəlindiyi göstərilmişdir. Cavabdeh törətdiyi cinayət əməli ilə ona xeyli maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh ona ağır bədən xəsarəti yetirərkən o iş başında olmuş və əmək funksiyalarını yerinə yetirmişdir. Onların mübahisəsi də ona qanunvericiliklə həvalə edilmiş əmək vəzifələrini yerinə yetirilməsi ilə bağlı olmuşdur. Cavabdeh onun gözətçi olduğu ərazidə torpaq zəbt etməsi cinayət işində də öz təsdiqini tapmış və buna görə məsuliyyətə cəlb edilərək cəzalanmışdır. Ona vurulmuş zərərin əvəzi hesablanarkən bunlar nəzərə alınmalıdır. Cavabdeh onu insanlar içində döyərək təhqir etməsi, ona ağır bədən xəsarətləri yetirməsi onun ciddi mənəvi sarsıntılar keçirməyinə gətirib çıxarmışdır. Bu mənəvi sarsıntılar neçə ildir sərbəst hərəkət edə bilməməyi, əziyyət çəkməyi nəticəsində indi də davam edir. Cavabdeh ona vurduğu mənəvi zərərin də əvəzini tam ödəməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiklərini bildirmişlər və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı özü də onu xərcə salıb. İddiaçı özünə məxsus evin həyətində yerləşən ağacdan yıxılaraq xəsarət alıb, o iddiaçını vurmayıb. Düzdür aralarında mübahisə baş verib, lakin o iddiaçını vurmayıb. Mübahisə yol üstündə olub, iddiaçı torpaq sahəsindən sənədsiz, əsassız istifadə edib və həmin torpaqda mal-qara saxlayıb və bağ salaraq kənd camaatının yolunu kəsib. O, hər hansı cinayət əməli törətməmişdir. Ona görə də, iddia ərizəsinin rədd edilməsini xahiş edir. İşin halları Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-95/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə bəraət verilməsinə, CM-in 188.1-ci maddəsi ilə isə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)- 12/2020 nömrəli hökmü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni hökm çıxarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)-12/2020 nömrəli hökmü ilə CM-in 188.1-ci maddəsi ilə təyin edilmiş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Cavabdeh üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 70-ci maddəsinə uyğun olaraq, Cavabdeh qəti olaraq təyin edilmiş 3 (üç) il (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh qarşı CM-in 126.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 16 iyul 2018-ci il tarixdə saat 20 radələrində əvvəlcədən tanıdığı və aralarında dəfələrlə əvvəllər mübahisələri olmuş, “Zaqatala-Konserv” ATSC-nin şəhər məntəqəsində gözətçi işləyən İddiaçı həmin məntəqənin sərhədinə paralel olaraq Tala çay tərəfdən sel sularının qarşısının alınması məqsədilə çəkilmiş və sakinlərin gedişgəliş yolu kimi istifadə etdikləri çay daşlarından tikilmiş bəndin başlanğıcına hər iki tərəfdən ağac dirəklər basdırıb ortasından dəmir zəncir çəkməklə sakinlərin və malqaranın bəndin üzəri ilə sərbəst hərəkət etməsinə məhdudiyyət yaratmasına deyinərək sonuncunun arxasınca narazılıq etdiyi zaman, həmin vaxt Zaqatala şəhəri A.Həmidov küçəsinin yuxarısında “Zaqatala-Konserv” ATSC-nin şəhər məntəqəsinin giriş darvazasının qarşısında dayanan və ünvanına deyilən iradları eşidən İddiaçı onun qarşısına çıxaraq ünvanına deyilənlərin əsassız olduğunu bildirdikdə aralarında yaranmış mübahisə zamanı ilkin olaraq İddiaçı üzünə bir dəfə əli ilə şillə vurduqdan sonra sonuncunun yerə yıxıldığını görüb, onu təpikləyərək fəqərə sütununun çoxsaylı qapalı travması, C6 (boyun) fəqərə qövsünün soldan yerdəyişməmiş sınığı, cərrahi əməliyyatla nəticələnən Th11 (döş) fəqərəsinin cisminin xətti sınığı, L1 (bel) fəqərəsinin kompression yerdəyişmiş sınığı, sağ aşağı süst monoparez ilə fəsadlaşmayla müşayiət olunan dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. "xxxx" MMC-nin 31 may 2021-ci il tarixli GBA seriyalı 476828 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən laboratoriya analizləri üçün 141 manat ödəniş edilmişdir. “Milana” VİP Hospital tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 0615 nömrəli göndərişdən görünür ki, İddiaçı tərəfindən tərəfindən 215 manat palata ödənişi həyata keçirilmişdir. “Milana” VİP Hospital tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 0612 nömrəli göndərişdən görünür ki, İddiaçı tərəfindən 4000 manat əməliyyat üçün ödəniş həyata keçirilmişdir. “Referans” X3 və Poliklinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01078842 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən laboratoriya analizləri üçün 95 manat ödəniş həyata keçirilib. “X8” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01133281 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən rentgen və USM müayinəsi üçün 70 manat ödəniş həyata keçirilmişdir. “X2” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş L09840127 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 7 manat ödəniş edilmişdir. “X2” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş L09840127 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat ödəniş edilmişdir. “X8” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01133281 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən tomoqrafiya müayinəsi üçün 300 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 200 manat vəkil xidmət haqqı olaraq 6 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. 08 may 2019-cu il tarixli 889146 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, 160 manat 6 saylı vəkil Bürosunun hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, 160 manat 6 saylı vəkil Bürosunun hesabına ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 7.0.36-cı maddəsinə görə zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı: 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.“İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. 8-ci bəndində plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 10-cu bəndində plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh 16 iyul 2018-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı ilkin olaraq İddiaçı üzünə bir dəfə əli ilə şillə vurduqdan sonra sonuncunun yerə yıxıldığını görüb, onu təpikləyərək dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 1(107)-95/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmünə əsasən 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(091)-12/2020 nömrəli hökmü ilə CM-in 188.1-ci maddəsi ilə təyin edilmiş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Cavabdeh üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 70-ci maddəsinə uyğun olaraq, Cavabdeh qəti olaraq təyin edilmiş 3 (üç) il (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən özünün müayinə və müalicəsi üçün xx.xx.2018-ci il tarixdən və xx.xx.2021-ci il tarixədək olan müddət üçün 4888 manat vəsait sərf edilmiş və hüquqi yardımın göstərilməsi üçün 520 manat ödəniş həyata keçirilmişdir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 20000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 15000 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmiş və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin qismən təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan görünür ki, Cavabdeh tərəfindən törədilmiş cinayət nəticəsində İddiaçı 5408 manat maddi zərər dəymişdir və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği 5408 manat həcmində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan 15000 manat mənəvi zərər hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı cavabdeh Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir. Deməli, hazırkı işdə iddiaçının sağlamlığına ağır zərərvurmaya aid xəsarətlərin yetirilməsi və bunun da Cavabdeh qanunsuz hərəkətləri nəticəsində baş verməsi, həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İddiaçının cavabdehin qanunsuz hərəkətlərindən təsirlənməsi, sarsılması, mənəvi iztirab keçirməsi şübhəsizdir. Məhkəmə işin hallarını nəzərə alaraq mənəvi ziyanın məbləğini iddiaçı üçün 1000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Bu zaman cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, cavabdeh tərəfindən iddiaçıya qəsdən xəsarət yetirilməsini, cavabdehin vəziyyətini və 72 yaşında olmasını nəzərə alır. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 5408 manat maddi zərər və 1000 manat mənəvi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsinin qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 117.38 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 78.62 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 5408 (beş min dörd yüz səkkiz) manat maddi zərər və 1000 (bir min) manat mənəvi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 117.38 (bir yüz on yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 78.62 (yetmiş səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov .
Məhkəmə qərarları › İş №e-2(033)-841/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-841/2022
15.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver