Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-105/2022 18.08.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh3 Nəriman oğlunun, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı «kompensasiyanın ödənilməsi tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı «kompensasiyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m əmlak kompleksinin cavabdehlər tərəfindən vaxtında boşaldılmamasına görə yaranmış 35.974,36 manat (otuz beş min doqquz yüz yetmiş dörd manat, otuz altı qəpik) məbləğində kompensasiyanın və dövlət rüsumu olaraq ödənilmiş 198 manat pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı MTKya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı (bundan sonra MTK) xx.xx.2015-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirir. ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1050.1 kv.metr əmlak kompleksi mülkiyyət hüququ ilə "xxxx" MTK-ya məxsusdur. Əmlak kompleksi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdehlər və onların ailə üzvləri Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmalarına baxmayaraq MTK-ya məxsus əmlak kompleksindən çıxmamışlar. Tərəflərindən Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətə Komitənin Repatriasiya Departamentindən xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi müəssisənin ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzil-məişət şəraiti nəzərə alınaraq komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş “Qobu Park“ yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşlar və həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq, həmin məcburi köçkün ailələri əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. Həmçinin Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl Rayon İcra Hakimiyyətlərinə müraciət edilərək həmin məcburi köçkün ailələri mənzil ilə təmin olunduqlarına görə adlarının xx.xx.2021-ci il tarixdən kommunal güzəşt siyahısından çıxarılması qeyd olunmuşdur. Göründüyü kimi cavabdehlər dövlət tərəfindən mənzillərlə təmin olunmasına baxmayaraq, əssasız bəhanələr gətirərək MTK-ya məxsus əmlak kompleksini tərk etmirlər. Onların bu cür hərəkətlər etməsinin səbəbi isə "xxxx" statusundan istifadə edərək MTK-nın əssasız olaraq varlanmaq niyyətləridir. Üstəlikdə də ki, həmin şəxslərə dövlət öz qayğısını göstərərək mənzillərlə təmin etmiş, həmçinin Ali Baş X2 cənablarının rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalda olan bütün torpaqları düşməndən azad etmişdir. Tərəflərindən dəfələrlə cavabdehlərə xəbərdarlıq edilərək əmlakı könüllü şəkildə boşaltmaları tələb olunsa da, onlar müxtəlif bəhanələrlə bundan imtina etdikləri üçün məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.metr əmlak kompleksinin cavabdehlər Cavabdeh4, X17 tərəfindən azyaşlı övladları X11 və X12 ilə birlikdə ,Cavabdeh2, X18, X7, X8, X1 Arif Şəfi oğlu, X21, Cavabdeh6, X22, X13, X3, Cavabdeh3 və X9 tərəfindən boşaldılması qət edilmişdir. Cavabdehlərin MTK-ya məxsus əmlak kompleksini boşaldaraq oradan çıxmamaqları MTK-ya külli miqdarla ölçülən ziyanın dəyməsi ilə nəticələnmişdir. Belə ki, MTK fəaliyyət istiqamətinə uyğun olaraq hündür mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir. Həmin əmlak kompleksini də külli miqdarda vəsait ödəyərək almışdır ki, orada hündür mərtəbəli yaşayış binaları inşa edərək dövlətin iqtisadi siyasətinə tövhə verməklə yanaşı, həmçinin öz fəaliyyətini davam etdirib müəyyən gəlirlər əldə etsin. Lakin cavabdehlərin özbaşınalıqları səbəbindən MTK öz fəaliyyətini davam etdirə bilməyərək iflic vəziyyətə düşmüşdür. Belə ki,”SAS 2015”MTK “X44 Azərbaycan“ QSC-dən xx.xx.2021-ci il tarixli, 235022 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 10% olmaqla 400.000 manat və 250.000 məbləğində kredit götürmüşdür. Kredit məbləğinin götürülmə səbəbi ondan ibarət olmuşdur ki, Əmlak kompleksi sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının inşasına başlanılsın. Lakin cavabdehlərin Əmlak kompleksini boşaldaraq oradan çıxmamaqları MTK-nın götürdüyü kredit məbləğindən heç bir fayda götürmədiyi halda kreditin faizlərini ödəməsi ilə nəticələnir. Bu isə MTK-nın rentabelliyini aşağı salır. Qeyd olunan kredit məbləğinin faizləri cavabdehlərin özbaşınalıqları və Azərbaycan Respublikası Qanunlarına hörmət etməmələri səbəbindən MTK tərəfindən ödənildiyinə görə həmin faiz məbləğləri kompensasiya olaraq cavabdehlərdən tutularaq MTK-ya ödənilməlidir. Hesab edirlər ki, kompensasiya Əmlak kompleksi Dövlət reyestrində qeydiyyata alındığı, yəni xx.xx.2021-ci il tarixdə kreditin sonuncu ödəniş tarixiə, yəni xx.xx.2022-ci il tarixədək hesablanmalıdır. Həmin məbləğ isə 35.974.36 manat (22.036.47 manat+13.937.89 manat) təşkil edir. Hazırki tələblə bağlı tərəflərindən Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, Abşeron rayon Məhkəməsinin 2(012)-7045/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin cavabdehlərin mübahisəli əmlak kompleksindən çıxarılmaları ilə bağlı 2(012)-4081/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılsa da halhazırda cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. Azəprbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2952/2022 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(105)-397/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi (vəkili) daha sonra izahatına əlavə olaraq bildirmişdir ki, bu məsələ artıq nazirlik səviyyəsinə çıxmış, onlara gedin həm cavabdehlərə təqdim olunan evləri, həm də yaşadıqları evləri çəkin və baxın görün hansının şəraiti yaxşıdır demişlər. Həmin evlər tərəflərin indiki qaldığı evlərdən daha yaxşıdır. Cavabdehlər əvvəl çoxlu ailə idilər, yəni indikindən 3 dəfə çox olmuşlar. Hazırda orada cəmi 6 ailə qalmış, qalanları isə çıxmışlar. Çıxan ailələr isə Qaçqınkom tərəfindən təklif olunan evlərə getmişlər. Həmin şəxslər üçün o evlər yaxşı olduğu halda, indiki cavabdehlər üçün necə pis ola bilər. Cənab Prezidentin sərəncamı, Nazirlər Kabinetinin qərarı hammı üçün qanunidir. Dövlətdə bu məsələni Qaçqınkom vasitəsilə həll edirlər. Qaçqınkomuda kimisə təyin edibdir ki, o bu işə baxır. İcra məmurları cavabdehlərin yaşadıqları həmin evlərə bir dəfə getmişlər və ordada mübahisə yaşanmışdır.Ondan sonra məsələnin araşdıırması qərara alınmışdır. Onların yaşadıqları evlərində şəkiləri də çəkilmişdir. Əvvəldən orada tikinti getməmişdir. Belə ki, cavabdehlər çıxarıldıqdan sonra tikintiyə başlanması deyilmişdir. Şirkət cavabdehlərin üzündən işləyə bilmir, şirkət bankdan pul götürmüş, aylıq kreditin faizini ödəyir, şirkət kreditin ödənilməsi üçün işləməlidir ki, pulu da, faizi də verə bilsin. Qaçqınkomun məktubu var. Belə ki, cavabdehlərə dövlətin adından təklif də olunmuş və siyahıda verilmişdir. Hamısı qanuni formada olmuşdur. Cavabdehlər əvvəl şirkətdən hər bir üçün 5000 manat pul istəmişlər. Görün neçə ailədir, şirkət cavabdehlərin hər birinə 5000 manat verməyə razılaşmamışdır. Şirkətin sahibi cavabdehlər könüllü olaraq çıxıb getsələr, o da iddiasından əl çəkəcəyini deyir. Lakin qarşı tərəf bu təkliflə razılaşmamışdır. Sonda idiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 30 ildir ki, orda yaşayır. Bir hektar ərazinin hamısı ağacdan ibarətdir. Evi özü fəhləlik edib tikmişdir. Onlar vətənlərinə getmək istəyirlər. Saxta sənədlərlə onları oyuna salmışlar. 6 aydır ki, çıxın deyirlər. İşığı, qazı kəsmişlər. 2021-ci ildə onlara ev versələr də, onlar həmin evi görməmişlər. Onlara təşkil olunmuş evlər saxta sənədlərlə düzəldilmişdir. O, 1993-cü ildən orada yaşayır. Evlə bağlı prezidentə məktub yazmış, lakin onlara ev verməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, vəkil onları şantaj edir. Cənab Prezidentin fərman və sərəncamlarını Qaçqınkom pozur. Hər dəfə prezident şəraiti yaxşı olan vətəndaşları çıxarmasınlar deyir. Yaxşı şirkətdisə 3 min şəhidin abidəsini qoysunlar. Ona heç kim ev verməmiş, siyahı verən adam gəlsin görsün onu tanıyırmı. Onların 35.000 manat ödəməyə imkanları yoxdur. Hər şeyi qanuni etmək lazımdır. Onlar qaçqındırlar, qaçkınkomun nəzdində isə ev yoxdur. Onları köçməyə məcbur edirlər, bəs onlar hara köçsünlər. Onları cinayətkar kimi görürlər. Şirkətin isə onların ərazisində işi artıq dayandırılmışdır. Sonda cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, bu 30 ildə onunla heç maraqlanan olmamış, indi Qaçqınkom nə səbəblə maraqlanır. Deyilən iddialar yalandır, ona heç kim ev verməmişdir. 29 ildir ki, orda yaşayır. Cənab Prezident nə zaman desə köçün o zaman ordan çıxacaqdır. Onlar ərazini nə zaman almışlar, hərracda isə o, iştirak etməmişdir. Bu vaxta qədər ora əmlakın torpağı olmuşdur. 2021-ci ilin fevral ayından çıxarış verilmişdir. Onlara təşkil olunmuş evlər saxta sənədlərlə düzəldilmişdir. Onlardan pulu nə əsasla istəmələrini isə bilmir. 5000 manat pulu isə şirkət onlara təklif etmişdir. İndi isə gəlib qaçqınlar 5000 manat pul istəyirlər deyirlər. Ona 15.000 manat versələr də o həmin evdən çıxmayacaqdır. Sahibkar gedib pul götürəndə gəlib ondan evdən çıxıb-çıxmamasını soruşmamışdır. Onun torpağı qayıtmış və torpağına köçənə kimi burda yaşayacaqdır. Nə Zaman ki, torpağını tikib onları göndərəcəklər o zamana kimi yaşadığı yerdən Cəbrayıla gedəcəkdir. Sonda cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 30 ildir ki, yəni 1993-cü ilin avqust ayından orada yaşayır. Onlara dinclik vermirlər, onları yorurlar. Neçə ildir ki, gəlib gedirlər ki, çıxın. İndi hal hazırda 6 ailə yaşayır, əvvəl isə 18 ailə yaşamış və onlarda köçmüşlər. Onlar isə qalmışlar. Onlara ev verməmişlər. Verilən ev 18 ailəni qane etdiyi üçün 1998-1999-cu ildə həmin ailələri köçürmüşlər. Lakin verilən evlər onları qane etmədiyi üçün getməmişlər. Orada qırmızı kitaba düşən ağaclar var. Ona bir otaq yazmışlar, ailədə isə iki nəfərdilər. İcra şöbəsindən onlara gəlib çıxın deyən olmamışdır. Orda üç ailə var onlara ev düşmür, lakin saxta yolla ev almışlar. Sonda cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 29 ildir ki, orada yaşayırlar. İndiyə kimi onlarla maraqlanmamışlar. Şəraitləri yaxşıdır, belə ki, şəraitlərini özləri qurmuşlar. Özü poliklinikada işləyir, 300 manat maaş alır. Allah qoysa Qubadlıya qayıdacaqlar. Qobu parka getmir. Taryelin dövründə Eltacla əlbir olub 12 ailəyə ev vermişlər. Məqsədləri onları köçürüb binanı dağıtmaqdır. Onlara ev verilməsindən xəbəri olmamışdır. Ona ev təklif olunmamışdır. Məhkəmədən sonra onlara 2 otaqlı ev verilmişdir. İş yerindən uzaq olduğuna görə oraya getmək istəmir. Bunların sənədləri saxtadır. İndiyə kimi onların şirkəti harada olmuşdur, onlar özləri özlərinə şərait yaratmışlar. Qaçqınkom gəlsin, onlara yazılan cəriməni özü ödəsin. Onlar adam öldurməmişlər, kiminsə evinə girməmişlər, dövlətin binasında yaşayırlar. İddiaçı onlara cərimə kəsə bilməz. Sonda cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlara 2018-ci ildə ev təklif olunmuşdur. 30 il ərzində onlar ora gələndə haranın binası olmasını bilmirdilər. Onun xəbəri olmadan yeri satmışlar. Onlara təklif olunan evlərin orderini təqdim etməmişlər. İndiyə kimi Qaçqınkom onlarla maraqlanmamışdır. Ağacları qoruyub saxlamışlar, indi isə gəlib deyirlər ki, onlarındır. İddiaçı qanunsuz olaraq oranı almışdır. Gündə bir nümayəndə gəlib deyir niyə çıxmırsız. O evlər bəlli deyil ki, onlara verilmiş evlərdir. Onlar hamısı ya Qubadlıya köçəcəklər, ya da dövlətdən sığınacaq alıb gedəcəklər. Heç kimin mal dövlətində gözləri yoxdur. İndiyə kimi bir dövlət təşkilatı onlara kömək etməmişdir. Nə ediblərsə də, özləri etmişlər. Onun işıq və qaz pulunu dövlət özü ödəyir. O, evlər gizlədilmiş evlərdir. Orda ona verilən evdə püşk atma olmalı idi, lakin püşk atmada o da iştirak etməmişdir. Ordakı ev, torpaq dövlətindir. Şirkətin olsaydı onları ora qoymazdılar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbədar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)- 4081/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər X19, X28, X14, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi) qarşı torpaq sahəsi və Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia tələbi təmin edilmiş və mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi cavabdehlər Cavabdeh4, X17 tərəfindən azyaşlı övladları X11 və X12 ilə birlikdə, Cavabdeh2, X18, X7, X8, X5, Cavabdeh5, X21, Cavabdeh6, X22, Cavabdeh1, X13, X3, Cavabdeh3 və X9 tarəfindən boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 397/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2952/2022 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-397/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən verilmiş məktubdan görünür ki, cavabdehlər Cavabdeh4 Məlik oğlu, Cavabdeh1, Cavabdeh2, X33, Cavabdeh6 və Cavabdeh3 məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq həmin məcburi köçkün ailələri əsasız iddalar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 əmlak kompleksi kimi müəyyən xüsusi mülkiyyət kimi İddiaçı Mənzil Tikinti Kooperativinə məxsusdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-7045/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh4, X17, (azyaşlı övladları Cavabdeh4 və X12) Cavabdeh2, X18, X10, X5, Cavabdeh5, X21, Cavabdeh6, X22, Cavabdeh1, X3 və X20, Cavabdeh3 Nəriman oğlu, X9 və üçünçü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcbiri Köçkünləri işləri üzrə Dövlət Komitəsinə qarşı “mənzilin vaxtında boşaldılmamasına görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş materiallaırnda olan İddiaçı Mənzil Tikinti Kooperativi ilə “X44 Azərbaycan“ Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 235022 nömrəli kredit müqaviləsinə əsasən illik 10% olmaqla 250.000 məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1050.1 kv.metr əmlak kompleksi mülkiyyət hüququ ilə "xxxx" MTK-ya məxsusdur. Əmlak kompleksi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdehlər və onların ailə üzvləri Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmalarına baxmayaraq MTK-ya məxsus əmlak kompleksindən çıxmamışlar. Tərəflərindən Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətə Komitənin Repatriasiya Departamentindən xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi müəssisənin ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzilməişət şəraiti nəzərə alınaraq komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş “Qobu Park“ yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşlar və həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq, həmin məcburi köçkün ailələri əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl Rayon İcra Hakimiyyətlərinə müraciət edilmiş, həmin məcburi köçkün ailələri mənzil ilə təmin olunduqlarına görə adlarının xx.xx.2021-ci il tarixdən kommunal güzəşt siyahısından çıxarılması qeyd olunmuşdur. ”SAS 2015” MTK ilə “X44 Azərbaycan“ QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 235022 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bankdan illik faiz dərəcəsi 10% olmaqla 400.000 manat və 250.000 məbləğində kredit götürmüşdür. Kredit məbləğinin götürülmə səbəbi isə mübahisəli əmlak kompleksinin sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının inşası olmuşdur. Lakin cavabdehlərin Əmlak kompleksini boşaldaraq oradan çıxmamaqları MTK-nın götürdüyü kredit məbləğindən heç bir fayda götürmədiyi halda kreditin faizlərini ödəməsi ilə nəticələnmiş və bu da iddiaçının iş fəaliyytəini iflic vəziyyətə salmışdır. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehlərin onlara məxsus olan əmlak kompleksindən çıxmaları ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Məhkəmə araşdırması zamanı cavabdehlər bildirmişlər ki, məcburi köçkün düşdükləri 1993-cü ildən həmin əmlak kompleksində məskunlaşmıq və 30 ilə yaxın bir müddətdir ki, orada yaşayırlar.Hazırda əmlak kompleksində 6 ailə yaşayır, əvvəl isə həmin binada 18 ailə yaşamış və onlar isə köçmüşlər. Belə ki, verilən evlər 18 ailəni qane etdiyi üçün onlar 1998-1999-cu ildə həmin ailələri köçürmüşlər. Həmin evlər onları qane etmədikləri üçün isə köçməmişlər. Bu günə kimi heç bir dövlət təşkilatı, nədəki, Qaçqınların və X15 üzrə Dövlət Komitəsi onlarla belə maraqlanmamışlar. Yaşadıqları mənzillər də şəraitləri özləri düzəltməli olmuşlar. Əmlak kompleksinin satılmasından isə onların xəbərləri olmamışdır. Ümumiyyətlə onlar evlə təmin olunmamışlar. Onlara verilən evlər isə saxta səndərlər əsasında verilmiş, təklif olunan evlərin orderi isə belə təqdim edilməmişdir. Onların xəbəri olmadan iddiaçı yaşadıqları əmlak kompleksini satın almış, məqsədi isə onları köçürüb binanı dağıtmaqdır. Bundan əlavə cavabdehlərin yaşadıqları mənzildən çıxarılmaları ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsi tam olaraq icra olunmamışıdr. İddiaçı ”SAS 2015” MTK “X44 Azərbaycan“ QSC–dən xx.xx.2021-ci il tarixli 235022 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü ümumilikdə 650.000 manat kreditin (təyinatını) götürülmə səbəbini mübahisəli əmlak kompleksinin sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının inşası olmasını və cavabdehlərin əmlak kompleksini boşaldaraq oradan çıxmamaları səbəbindən MTK-nın götürdüyü kredit məbləğindən heç bir fayda götürə bilmədiyini əsas gətirərək MTK-ya bu səbəbdən 35974.36 manat zərər vurulduğunu bildirmişdir.Lakin,iddiaçı tərəfindən götürülmüş kredit xx.xx.2021-ci il tarixdə sahibkarlıq məqsədləri üçün verilmişdir və mübahisəli əmlak kompleksi iddiaçının mülkiyyətinə xx.xx.2021-ci ildə keçmişdir,cavabdehlərin mənzil ilə təmin olunması təklifi cavabdehlərin dediyinə görə onların yaşadıqları kompleks satıldıqdan sonra baş vermişdir. Həmin vaxtdan da tərəflər arasında məhkəmə mübahisələri başlanmışdır.İddiaçı cavabdehlərin mübahisəli kompleksdən çıxmamaları ilə bağlı MTK-ya məhz 35974.36 manat məbləğində dəymiş ziyanın hansı meyarlardan hesablanmasını sübuta yetirə bilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m əmlak kompleksinin cavabdehlər tərəfindən vaxtında boşaldılmamasına görə yaranmış 35.974,36 manat məbləğində kompensasiyanın cavabdehlərdən tutulması ilə bağlı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı həmin məbləğin məhz cavabdehlərin hərəkətləri nəticəsində yaranması ilə bağlı heç bir möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı «kompensasiyanın ödənilməsi tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-105/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-105/2022
18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver