Məhkəmə qərarları › İş №e-2(034)-118/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-118/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-118/2023 01.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment, müavinət və əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment, müavinət və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, cavabdehdən tərəflərin birgə nikahlarından doğulmuş 10 aprel 2021-ci il təvəllüdlü X1 üçün (yetkinlik yaşına çatanadək) hər ay 220 manat məbləğində aliment iddiaçının xeyrinə tutulması, tərəflərin birgə nikahlarından doğulmuş 10 aprel 2021-ci il təvəllüdlü X3 anadan olması üçün ödənilmiş 200 manat müavinətin iddiaçının xeyrinə cavabdehdən tutulması, cavabdehdən cehiz və qızıl-zinnət əşyaları olan 1.Televizor-Kontakt-Home-1300 manat dəyərində,

2. Mikser Kontakt-home 130 manat dəyərində,

3. 8 nəfərlik stol-stul dəsti təzə açılmamış-1850 manat dəyərində,

4. Ətçəkən maşın-120 manat dəyərində,

5. Ütü-50 manat dəyərində, 6.Qazan dəsti-Qranit-100 manat dəyərində,

7. Nişan üzüyü-1000 manat dəyərində,

8. Komplekt dast-2000 manat dəyərində,

9. Restoranın verdiyi hədiyya üzük-250 manat dəyərində,

10. Korset-50 manat dəyərində,

11. Lüstür-50 manat dəyərində,

12. Televizor üçün dirsak-55 manat dəyərində,

13. 2 ədəd qədimi qazan-cəmi 300 manat dəyərində,

14. 2 ədəd boyuk,1ədəd balaca dəm çaniklari ,cəmi 72 manat dəyərində,

15. qafǝdan-40 manat dəyərində,

16. 2 ədǝd sindifon balış-20 manat dəyərində,

17. 2 ədəd tük balış-80 manat dəyərində,

18. odeyal-50 manat dəyərində,

19. 5 ədəd süfrə-cəmi 285 manat dəyərində,

20. Əl-üz dəsmalı 9 adǝd-cəmi 110 manat dəyərində,

21. Hamam dasmalı-3 ədəd-cəmi 90 manat dəyərində,

22. Yataq desti (pakrival)-150 manat dəyərində,

23. Pastel dəsti (çamadan)-cəmi 330 manat dəyərində,

24. 12 nəfərlik yemək dəsti-160 manat dəyərində,

25. Çəngəl 12 ədəd, kiçik çəngəl 12 ədəd, qaşıq 12 ədəd, bıçaq 12 ədəd, çay qaşığı 12 ədəd-cəmi 300 manat dəyərində,

26. Ədviyyat qabları (nabor)-30 manat dəyərində,

27. 6 bıçaq, 6 çəngəl qara dəst-cəmi 50 manat dəyərində,

28. 12 ədəd Xrustal stəkan-100 manat dəyərində,

29. 12 ədəd nəlbəki-25 manat dəyərində,

30. Tozsoran-160 manat dəyərində,

31. 1 cüt konfet qabı -90 manat, 1 cütdə ayaqlı-50 manat dəyərində,

32. 12 ədəd su stəkanı - 24 manat dəyərində,

33. 6 ədəd düz qabı-8 manat dəyərində,

34. 12 ədəd razetka-20 manat dəyərində,

35. 2 otaq üçün pərdə -250 manat dəyərində, 36.1 cüt konfet qabı-100 manat dəyərində, 37.Podnos-20 manat dəyərində, 38.Bıçaq naboru-30 manat dəyərində,

39. Tort kəsən və götürən -20 manat dəyərində,

40. 3 ədəd ələk və oxlov- 30 manat dəyərində,

41. 6 nəfərlik çay dəsti-50 manat dəyərində,

42. Çay dəsmalı 10 ǝdǝd-30 manat dəyərində,

43. Toy albomu-250 manat dəyərində,

44. Evdən aparılan paltarlar - Palto, pencak, 6 dǝst toy paltarı, 1 şalvar, düyməli köynək, 1 pasanoşka, 1 keta, 1 xalca, cəmi 650 manat dəyərində,

45. Yay yorğanı 2 nəfərlik-40 manat dəyərində,

46. 12 ədəd ləbləbi qabı-20 manat dəyərində,

47. Limon götürən-7 manat dəyərində,

48. 1 cüt şirniyyat qabı-30 manat dəyərində,

49. Meyvə qabı-15 manat dəyərində,

50. Gümüş dəstin (sep, sırğa, üzük ) iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 01 fevral 2020-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 236 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək göstərmişdir ki, həyat yoldaşı onu döymüş və ona xəsarətlər yetirmişdir. 13 sentyabr 2020-ci il tarixində səhər saatlarında iddiaçı onu təkrarən döyərək burnunu sındırmışdır. Buna görə qardaşı onu atası evinə aparmışdır. Vəziyyəti ağır olduğu və hamiləlik dövrü olduğu üçün evdən heçnə götürə bilməmişdir. Sonradan sənədləri tələb etsə də, iddiaçıdan ancaq şəxsiyyət vəsiqəsini ala bilmişdir. Qeyd etdikləri səbəbindən iddiaçı ilə nikahın pozulmasına razı olmuş, ancaq məhkəmədən oğlu Ömərin onunla qalması barədə qətnamə çıxarılmasını xahiş etmişir. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6038/2022 saylı, xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunlu qətnamə qəbul etmişdir. İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 01 fevral 2020-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 236 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 10 aprel 2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sonradan İddiaçı cehiz əşyalarını, qızıl–zinyət əşyalarını, o, cümlədən uşağın anadan olması ilə bağlı iş yerindən ona ödənilmiş 200 manat məbləğində müavinəti tələb etsə də, Cavabdeh müxtəlif bahənələrlə iddiaçının qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. İddiaçı cehiz əşyalarını, qızıl-zinyət əşyaları aşağıdakılarından ibarətdir. Televizor-Kontakt-Home-1300 manat dəyərində, Mikser Kontakt-home 130 manat dəyərində, 8 nəfərlik stol-stul dəsti təzə açılmamış 1850 manat dəyərində, ətçəkən maşın-120 manat dəyərində, ütü-50 manat dəyərində, qazan dəsti qranit-100 manat dəyərində, nişan üzüyü-1000 manat dəyərində, komplekt dəst-2000 manat dəyərində, restoranın verdiyi hədiyyə üzük-250 manat dəyərində, korset-50 manat dəyərində, lüstür-50 manat dəyərində, televizor üçün dirsək-55 manat dəyərində , 2 ədəd qədimi qazan-cəmi 300 manat dəyərində, 2 ədəd boyuk, 1 ədəd balaca dəm çaynikləricəmi 72 manat dəyərində, qafǝdan-40 manat dəyərində, 2 ədǝd sindifon balış-20 manat dəyərində, 2 ədəd tük balış-80 manat dəyərində, odeyal-50 manat dəyərində, 5 ədəd süfrə-cəmi 285 manat dəyərində, əl-üz dəsmalı 9 ədǝd-cəmi 110 manat dəyərində, hamam dasmal-3 ədəd-cəmi 90 manat dəyərində, yataq desti (pakrival)-150 manat dəyərində, pastel dəsti (çamadan)-cəmi 330 manat dəyərində, 12 nəfərlik yemək dəsti-160 manat dəyərində, çəngəl 12 ədəd, kiçik çəngəl 12 ədəd, qaşıq 12 ədəd, bıçaq 12 ədəd, çay qaşığı 12 ədəd-cəmi 300 manat dəyərində, ədviyyat qabları (nabor)-30 manat dəyərində, 6 bıçaq, 6 çəngəl qara dəst-cəmi 50 manat dəyərində, 12 ədəd xrustal stəkan- 100 manat dəyərində, 12 ədəd nəlbəki-25 manat dəyərində, tozsoran-160 manat, 1 cüt konfet qabı -90 manat dəyərində,1 cüt ayaqlı-50 manat dəyərində, 12 ədəd su stəkanı - 24 manat dəyərində, 6 ədəd düz qabı-8 manat dəyərində, 12 ədəd razetka-20 manat dəyərində, 2 otaq üçün pərdə-250 manat dəyərində,1 cüt konfet qabı-100 manat dəyərində, podnos-20 manat dəyərində, bıçaq naboru-30 manat dəyərində, tort kəsən və götürən -20 manat dəyərində, 3 ədəd ələk və oxlov- 30 manat dəyərində, 6 nəfərlik çay dəsti-50 manat dəyərində, çay dəsmalı 10 ǝdǝd-30 manat dəyərində, toy albomu-250 manat dəyərində, evdən aparılan paltarlar-palto, pencak, 6 dǝst toy paltarı, 1 şalvar, düyməli köynək, 1 pasanoşka, 1 keta,1 xalca, cəmi 650 manat dəyərində, yay yorğanı 2 nəfərlik-40 manat dəyərində, 12 ədəd ləbləbi qabı -20 manat dəyərində, limon götürən-7 manat dəyərində, 1 cüt şirniyyat qabı-30 manat dəyərində, meyvə qabı-15 manat dəyərində, gümüş dəstdən (sep,sırğa, üzük ) ibarətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, evdən döyülüb çıxması ilə bağlı onun şəkilləri var. Onu o vəziyyətdə evdən anası ilə qardaşı gəlib götürmüşlər. O, evdən çıxarkən heç bir avadanlıq götürməmişdir. Hamilə vəziyyətdə döyülmüşdür. Onlar 2019-cu ildə ailə qurmuş, rəsmi nikaha isə 2020-ci ildə girmişlər. Bir övladı var. Binəqədi rayon məhkəməsində noyabr ayında boşanmışlar. Adət ənənə ilə toyu olmuşdur. Toyunda restoran əlin qızıl üzük taxmış, qalan qızıllar isə sırğa, üzük, sep və nişan üzüyü olmuşdur.Nişan üzüyünü avqust ayında ona verilmişdir. Nişan üzüyünü Moskva Univermağından 1000 manata almışlar, şəkil nişanında çəkilmişdir. Dəsti 2000 manata götürmüşlür. Bütün qızıllar onlarda qalmış, o, heç nə götürməmişdir. Zəng vurmuş, anası ilə qardaşı gəlib onu aparmışlar. Cavabdeh onu döyüb burnunu sındırmışdır. Evdən 13 sentyabr 2020-ci ildə çıxmışdır. Cavabdeh birinci yoldaşından ayrılmış, birinci yoldaşından olan qızı gəlib atasına anası evə kişi gətirir demiş, cavabdehdə uşağı almaq üçün məhkəməyə müaciət etmişdir. Bir müddət keçdikdən sonra cavabdeh birinci xanımı ilə barışmış və ona bu evə yoldaşının gedib gələcəyini demiş, o isə razılaşmamış, onun üçün də aralarında mübahisə olmuşdur. Cavabdeh onu döyməsi ilə bağlı polisə verməmişdir.-O, anasının evinə qayıtdıqdan sonra cavabdeh onu yığaraq get ondan boşan demişdir. Cavabdeh ondan öncə həmin qadınla iki dəfə evlənib boşanmışlar. Evdə qızıl-zinyət əşyalarını taxmamış, pulları isə şkafda saxlamışdır. Anasıgil onu aparmağa gələndə üst-başı qan içində olmuş, əynini dəyişib getmişdir. Cavabdeh ona ondan boşanmağını, heçnə tələb etməməsini, nəyi var gətrib özü verəcəkdir demişdir. Uşağı anadan olanda ata kimi heç nə etməmiş, hər şeyi onun ailəsi etmişdir. Uşaq doğulanda 200 manat müavinət cavabdehin adına vurulmuş, cavabdeh müavinət pulunu götürüb verməmişdir. Binəqədi rayon məhkəməsi 120 manat aliment kəsmişdir. Uşağın 2 yaşı olmamışdır, uşağa baxdığı üçün işləmir. Cavabdehin evində yer olmadığı üçün mebel dəstini cavabdeh dayısının evinə qoymuşlar. Cehiz əşyalarını Kontakt Homedan almışlar. Şəxsiyyət vəsiqəsini isə sonradan göndərmişlər. Ona 200 manat pul verilməmişdir. Elnur yalandan şahidlik edir. O, heç nə aparmamışdır. Necə olur ki, orda olan 8-9 nəfər adam onun əşyaları aparmasını görməmiş, amma tək Elnur görmüşdür. Allahverdinin dayısı etiraf etmişdir ki, stol-stul onlardadır, gəlin aparın. Sonda iddiaçı məhkəmədən cavabdehin evindən qızıl gətirməməsini, cavabdehin yalan məlumat verməsini, avandanlıqlarını işlətməməsini, karopkasında qalmasını, əşyalarını evinə aparmamasını bildirərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, xanımın iki qardaşı var, onların heç biri ümumiyyətlə saqqallı deyillər, həmin ərəfədə iddiaçının qardaşı burda olmamışdır. Qarşı tərəf onlarda əşyaların olmadığın bildirir. Şahidin ifadəsi reallığa uyğun gəlmir. İddiaçının qardaşının Bakıda olmadığına dair sübutları var. Sonda məhkəmədən iddia tələbinin təmin olunmasını, qarşı tərəfin gətirdiyi şahidin yalan ifadə verməsini, alimentin artırılmasını və 200 manat müavinətin verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 2020-ci ildə ailə qurmuşlar. İddiaçının dediklərinin hamısı yalandır. Birinci həyat yoldaşından hər nəyin üstündə ayrılsa da, uşaqlarının anasıdır. O, hal-hazırda başqa biri ilə ailəlidir. İddiaçı onu döyməsini deyir. Döymüşdürsə niyə onu polisə verməmişdir. İddiaçının qardaşları onu təhqir etmişlər. Onun evində hər bir şeyi olmuş, iddiaçının heç nəyinə ehtiyyacı olmamışdır. Sonradan televizor, mikser almışlar. O, müharibədə olanda iddiaçı nə cehiz gətirmişdirsə aparmışdır. Qızılları da gedəndə özü ilə aparmışdır. Onun evində təmir üçün yığdığı 8500 maant pulunuda iddiaçı oğurlayıb aparmışdır. Sübut olmadığı üçün mübahisələndirmir. O, müharibədə olanda iddiaçının qardaşı gəlib anasını təhqir etmişdir. Sübutuda varki, anası dostunu yığmış və bunların hay-küy saldığını demişdir. Əşyaları dostunun yanında aparmışlar. Dayısının evində iddiaçının heç bir əşyası yoxdur. İddiaçı gedəndən sonra hamilə olmasını bilmişdir. İddiaçı ona ailə yox, uşaq lazım olmasını bildirmişdir. O da, uşağı qəbul etməməsini bildirmişdir. İddiaçının xəstəxanada yatmağından xəbəri olmamışdır. Ona iddiaçı zəng etmişdir ki, uşağa 200 manat müavinat verilmiş onu ver. 13 yaşında olan qızını iddiaçı təhqir etmişdir. Qızını bezdirdiyi üçün qızı iddiaçının əlindən çıxıb getmişdir. İddiaçı evdən gedəndə o, işdə olmuş, evdə olmamışdır. İddiaçı ilə 6-7 ay birgə yaşamışlar. O, iddiaçıya əvvəlcədən iki övladı olmasını, razıdırsa ailə qurmalarını demişdir. İddiaçı oktyabr ayında getmişdir. Qızıl üzük restoranda verilmişdir. Nişan üzüyünü isə 700 manata almışdır. Ona 743 manat maaş yazılır, amma 650 manat alır. Özü də xəstədir, müalicə alır. 200 manat müavinat pulunu da götürüb iddiaçının özünə qaytarmışdır. Pulu bankdan götürmüş və iddiaçıya Biləcəridə vermişdir. 220 manat alimenti verə bilməyəcəkdir. Anasıda xəstədir, əməliyyat olmalıdır. Bundan başqa o, biri uşaqlarına da 308 manat aliment verir, aliment borcu nə qədərdir bilmir. Ailəsi var, çətinlik çəkir. Kart açdırmasını və alimenti ödəməsini demişdir. İddiaçı evdən gedəndən sonra dayısının yoldaşı onun arxasınca getmiş və orda iddiaçının hamilə olmasını bilmişdir. Aralarında söz-söhbət həmişə uşaq üstündə olmuşdur. O, boşanmaq istəmiş, lakin onun qohumu Sevda xanım onları ayrılmağa qoymamışdır. İddiaçının dediyi əşyaların əksəriyyətindən xəbəri yoxdur. O, müharibəyə oktyabrın 26-da getmişdir. O, müharibədə olan zaman iddiaçı cehizlərini aparmışdır. Anası evdə olmuş, qardaşları ilə anasını təhqir edib cehizlərini aparmışlar. Onun anası ürək əməliyyatı olduğu üçün məhkəmə zalına gələ bilmir. Elnur yoldaşının qardaşını əmisi oğlu ilə səhv salır, saqqallı dediyi əmisi oğlu olmuşdur. Sonda cavabdeh hər iki uşağa görə 348 manat deyil, 308 manat aliment verməsini, aliment artırılarsa ödəyə bilməyəcəyini, qarşı tərəfin isə yalan danışmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, qızın anasıdır, iddiaçı doğma qızıdır. xx.xx.2020-ci ildə qızı Vüsalə tərəfindən ona zəng gəlmiş və qızı Allahverdinin onu döyməsini bildirmişdir. O, da bu xəbəri aldıqdan sonra qızının evinə getmiş, cavabdehə onunla düşmənçiliyi vardırsa niyə belə etməsini bildirmişdir. Həmin vaxtı pandemiya vaxtı olmuşdur. Qızına əynini dəyişməsini, bunların paltarlarını çıxarmasını, öz paltarlarını geyinib getmələrini demişdir. Qızını evinə aparanda sadəcə telefonunu götürmüşdür. Evdən çıxanda başqa heç nə götürməmişdir. Onlar qızı ilə taksidən düşəndə qaynının yoldaşı Zemfira əllərində heçnə olmamasını görmüşdır. Qızını gətirməyə onunla oğlu getmişlər. Polisə müracət etməmələrinin səbəbi isə o olmuşdur ki, hər ailədə söz-söhbət olmasını, düşmənçilik olmasın deyə etməmişlər. Əsəbidir, qızının ailə qurduğu vaxt yadında deyildir. Qızı cavabdeh ilə 9 ay yaşamışdır. Qızına adət-ənənə ilə toy etmiş, qızının toyu pandemiyadan öncə olmuşdur. Qızına cehiz siyahıda nə qeyd etmişlər, onları vermişdir. Qarşı tərəf qızına qızıl-zinyət əşyaları vermişdir. Qızına komplekt dəst, nişan üzüyü vermişlər. Toyunda qızına restoran üzük hədiyyə etmişdir. Cavabdeh tərəf otaqları balaca olduğundan, evləri plana düşəcəyi üçün mebel lazım olmamasını bildirmişlər. Televizoru kreditlə 1290 manata almışdır. Stol, stul, qab-qacaq alımışdır. Ağ rəngdə 8 nəfərlik stol-stul almışdır. Sonra ətçəkən, tozsoran, qazan dəsti, 50 manata karest, televizor altlığı 50 manata, qədimi qazan, dəm çayniki, 4 ədəd qu tükündən balış, süfrələr, 12 nəfərlik yemək dəsti, 6 bıçaq, ədviyyat qabı, 12 ədəd su stəkanı, 6 ədəd duz qabı, 2 otağa pərdə, 4 konfet qabı, padnos, tort qabı, 14 ədəd çay dəsmalı, xalça vermişdir. Cehizləri qızına nişanlı vaxtı almışdır. Qızıgilə gedəndə evdə cavabdehlə qızı olmuş, evdə başqa heç kim olmamışdır. Həmin evdə cavabdehin anası, birinci nikahdan olan qızı qalırdı. Qızını aparanda heç əl çantasını da götürməmiş, yalnız mobil telefonunu götürmüşdür. Qızının şəxsiyyət vəsiqəsini cavabdeh sonradan oğluna vermişdir. Qızını niyə vurmasını cavabdeh onlara deməmişdir. Qızı bildirmişdir ki, cavabdehin bacısı zəng etmiş, ondan sonra bunların arasında mübahisə olmuşdur. Cavabdeh məhkəmə olmasını, ondan sonra gəlib əşyaları aparmaqlarını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iddiaçı qaynının qızıdır. Bunların toyu 2019-cu ilin noyabr ayında olmuşdur. Toydan sonra iddiaçı ilə cavabdeh 8 ay bir yerdə yaşamışlar. İddiaçının bütün cehizlərinin alınmasında özü iştirak etmiş, siyahıda yazılan hər bir şeyi almışlar. Toyda restoran tərəfindən iddiaçıya qızıl üzük hədiyyə edilmişdir. Nişan üzüyünü neçiyə almaqları isə yadında deyildir. İddiaçıya brilliant komplekt dəst, nişan üzüyü cavabdeh tərəf almışdır. 8 nəfərlik stol-stul almışlar. Cavabdehin evləri balaca olduğu üçün stol-stulu cavabdehin dayısının evinə aparmışlar. Evi bəzəməyə o, getmişdir. Cavabdehin evində mətbəx mebeli, stol-stul, otağında isə yataq dəsti olmuşdur.Televizorda almışlar, aldıqları cehizlərin hamısı təzə olmuşdur. Sentaybr ayının 13-də Vüsalənin anası ona zəng etmiş, Vüsaləni döyüdüklərini və onu evə gətirməyə getdiyini bildirmişdir. Vüsaləni gedib döyülmüş vəziyyətdə görmüşdür. Əlində heç bir sumka olmamışdır. O, bunların ailəsinin dağılmasını istəməmişdir. Əvvəllərdə bunların evlərində söz-söhbət olmuş, qız küsüb gəlsə də, çox qalmamış evlərinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, cavabdeh Allahverdi uşaqlıq dostudur. Cavabdehlə bir yerdə böyümüşlər. Cavabdehin birinci ailəsində uğursuzluq olduğu üçün ayrılmışlar. Cavabdeh 2020-ci ilin noyabr ayında əsgərlikdə olmuşdur. Müharibədə olduğu dövrdə o, cavabdehlə tez-tez əlaqə saxlamışdır. O, bunların ailəsinin dağılmasını istəməmişdir. Allahverdi əsgərlikdə olanda onun adına bağlama göndərmişdir. Müharibə bitəndən sonra cavabdeh bir ay hərbi xidmətdə qalmışdır. Cavabdeh 25 oktyabrda müharibəyə getmişdir. Xanımı bir dəfə Allahverdinin qızının dişi ağrıdığı üçün onu çağırmış, o zaman görmüşdür. Xanım onu görmüş və o biri otağa keçmişdir. Xanımın evdən getməsini isə görməmişdir. Əvvəllərdə evlərində bir neçə dəfə söz-söhbət olmuşdur. Cavabdeh əsgərlikdə olanda bağlama göndərmək üçün onlara gəlmiş, o zaman cavabdehin yoldaşının evdən getdiyini bilmişdir. Əşyaların daşınmasında xanımı görməmişəm, mikroavtobusda 2-3 nəfər gəlmişdir. 2-3 nəfərin 7-8 qutunu yığıb aparmalarını görmüşdür. Xalça, televizor apardıqlarını görmüşdür. O, cavabdehgilə yaxınlıqda qalır. İddiaçı nə bilir ki, əşyaların aparılmasını başqa qonşular görməmişlər. Allahverdinin anası da onun dediklərini təsdiq edə bilər. O, nə görmüş, onu da deyir. Əşyalar daşınanda maşın cavabdehin qapılarının qarşısında dayanmışdır, Allahverdinin anasını görmüş, anası da onu görmüşdür. Söz-söhbət olar deyə o, kənarda dayanmış, yaxınlaşmamışdır. Maşın açıq rəngli vito idi. İddiaçının qardaşıda saqqalı oğlan idi, onu da orda görmüşdür. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 10 aprel 2021-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli 02416 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6038/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8944/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Sosial ödənişlər» altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialından övladı X10 üçün 200 manat məbləğində uşağın anadan olmasına görə birdəfəlik sosial müavinət uşağın atası Cavabdeh təyin edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təhməzov X6 Güllü Səmədağa qızı ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə doğulmuş, atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2220/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X19 ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X8 anaları X14 yanında qalmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat alimentin Cavabdeh tutularaq X16 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 69 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 122 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təhməzov X9 rayonundan məcburi köçkündür. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu uşaqlar görə 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin xx.xx.2021ci il təvəllüdlü X10 adlı bir uşaqları doğulmuşdur. Tərəflərin dediyinə görə tərəflər faktiki olaraq 8-9 ay birgə yaşamışlar. Həmin vaxt ərzində də tərəflər arasında mübahisələr olmuş və iddiaçı bir neçə dəfə ata evinə getmişdir və sonradan qayıtmışdır. Tərəflər arasında ailə münasibətləri alınmadığından aralarında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaq ananın himayəsində qalmış və uşağın saxlanması üçün cavabdehdən 120 manat sabit pul məbləğində aliment uşağın anasının xeyrinə tutulmuşdur. İddiaçı hazırda ödənilən alimentin uşağın heç bir maddi tələbatını ödəmədiyini, uşağın saxlanmasında maddi çətinlik çəkdiyini, cavabdehin birgə nikahdan olan uşağa əlavə heç bir maddi yardım etməməsini nəzərə alaraq, təyin edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı uşaq doğularkən ödənilmiş 200 manat birdəfəlik sosial ödənişi cavabdehdən tələb etsə də, cavabdeh onun qanuni tələbinə məhəl qoymaraq həmin pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı o da, məlum olmuşdur ki, cavabdehin birinci nikahdan iki övladı var və onların saxlanması üçün də məhkəmə qətnaməsi ilə hər ay cəmi 308 manat aliment ödəyir. Həmçinin cavabdeh məhkəmə iclasında yeni ailəsi və uşağının olmasını, iddiaçının iddia etdiyi kimi 220 manat aliment ödəməyə maddi imkanının olmamasını, həmçinin ödənilmiş 200 manat müavinəti iddiaçıya qaytardığını bildirsə də, həmin pulun iddiaçıya qaytarması ilə bağlı məhkəməyə cavabdeh heç bir sübut təqdim edə bilməmişdir, iddiaçı isə cavabdeh tərəfindən müvinət pulunun ona qaytarılmadığı bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçı bildirmişdir ki, o, evdən çıxan zaman özünə məxsus olan cehiz əmlakları, həmçinin qızılzinyət əşyaları cavabdehin evində qalmış, özü ilə heç bir əmlakını götürə bilməmiş, dəfələrlə cavabdehdən ona məxsus olan əmlak və qızıl-zinyət əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh yalnız onun şəxsiyyət vəsiqəsini qaytarmışdır. Araşdırma zamanı məhkəmə iclasında iddiaçı tərəfdən dəvət edilmiş və şahid qismində dindirilmiş iddiaçının anası X7 iddiaçının evdən çıxan zaman heç bir əmlak və qızıl-zinyət əşyalarını götürmədiyini,öz otağına girib əynində olan paltarını dəyişdirdiyini və otağından yalnış öz telefonunu götürdüyüni, iddiaçının əmisinin yoldaşı X13 isə iddia ərizəsində göstərildiyi qızıl zinət əşyalar iddiaçıya toyda hədiyyə olunduğunu,cehiz əmlaklarını onun iştirakı ilə cavabdehin evinə aparıldığını, cavabdehin evləri balaca olduğu üçün stol-stulu cavabdehin dayısının evinə apardığını bildirsələr də, iddiaçı tərəf göstərildiyi qızıl ziynət və cehiz əşyaların hal-hazırda cavabdehin evində olduğunu möhtəbər sübutlarla sübuta yetirə bilməmişlər. Cavabdeh iddiaçının qızıl ziynət əşyalarını onun anası gəlib iddiaçını aparanda özü ilə apardığını, sonradan cehiz əşyalarını isə o əskərlikdə olduğu zaman apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 isə ifadəsində iddiaçı tərəfindən cehiz əmlakların 7-8 qutu, televizor, xalçanın 2-3 nəfər “Vita” maşına yığaraq aparmasının şahidi olmasını bildirmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahlarından olan uşağının mənafeyini, həmçinin cavabdehin birinci nikahdan olan uşaqlarına hazırda hər ay cəmi 308 manat məbləğində aliment ödəməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8944/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarını hər ay 150 manat miqdarında müəyyən edilməsi, həmçinin uşaq doğulması ilə bağlı 200 manat müvinətin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini və iddia tələbinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. «Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Lakin həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə –şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə cavabdeh Təhməzov X9 rayonundan olan məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8944/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablansın. Cavabdeh uşağın anadan olmasına görə ödənilmiş 200 (iki yüz) manat birdəfəlik sosial müavinət alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar