Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-129/2024 11.03.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «reqres qaydada pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «reqres qaydada pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin təqsirli əməli nəticəsində üçüncü şəxsə ödənilmiş ziyan 19.244 manat və icra haqqının əvəzi 1347 manat olmaqla, cəmi 20591 manat, şirkət tərəfindən vəkilə hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152 manat dövlət rüsumunun reqres qaydada Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində X4 məxsus “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu qəsəbəsində şəhər şossesi ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağda olan ikinci dərəcəli yoldan baş yola çıxan “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili qəflətən onun yoluna çıxdığından avtomobillər toqquşmuşdur. Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən araşdırılma aparılmış, hadisənin xüsusatları təhlil edilmiş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus olan həmin yük avtomobilinin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsinin törənməsində təqsirkardır. İnzibati xəta haqqında işin nəticəsi olaraq QarayevAğayar Cəlil oğlu İXM-nin 327.1-cimaddəsi ilə təqsirli bilinərək cərimələnmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X4 xeyli miqdarda ziyan dəymişdir. ƏliyevAltay Əli oğlu İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən zərərin əvəzi olaraq 23 900 manatın, həmçinin 162 manat dövlət rüsumunun, yəni ümumilikdə 24 062 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi,İddiaçı MMC-dən 19 113 (on doqquz min yüz on üç) manatın tutulub X4 ödənilməsi, iddia qismən təmin edildiyi üçün X5 tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %-nin, yəni 81 (səksən bir) manatın İddiaçı MMCdən tutulub iddiaçıya ödənilməsi, qalan 50 %-nin, yəni 81 manatın iddiaçıya aid edilməsi, iddia qismən təmin edildiyindən 100 manat ekspertiza xərcinin 50%-nin, yəni 50 manatın İddiaçı MMC-dən, qalan 50%-nin, yəni 50 manatın X3 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən hazırki iş üzrə İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3445/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-140/2023 saylı iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı MMCdən 19113 (on doqquz min yüz on üç) manatın tutulub X4 ödənilməsi, X5 tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %- nin, yəni 81 (səksən bir) manatın İddiaçı MMC-dən tutulub iddiaçıya ödənilməsi, 100 manat ekspertiza xərcinin 50%-nin, yəni 50 manatın İddiaçı MMC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə İddiaçı MMC icra vərəqəsinə əsasən X4 qətnamədə qeyd edilmiş məbləği, yəni 19244 azn və 1347 azn icra ödənişi olmaqla, cəmi 20591 manat icra ödənişi etmişdir. Belə olan halda İddiaçı MMC-nin cavabdeh şəxs Cavabdeh qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Belə ki, Cavabdeh iddiaçıya məxsus “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə üçüncü şəxsə ziyan vurmuş, cavabdeh təqsirli əməli nəticəsində dəymiş maddi ziyanı İddiaçı üçüncü şəxsə ödəmişdir. Cavabdeh işə sürücü kimi cəlb olunmuşdur. Cavabdeh hadisəni törətdikdən sonra maşını atıb getmişdir. Cavabdeh gəlib onlarla heç bir razılığa gəlməmişlər. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən cavabdehin təqsirli əməli nəticəsində üçüncü şəxsə ödənilmiş 19.244 manat ziyan və icra haqqının əvəzi olan 1347 manat olmaqla, cəmi 20.591 manat pulun, şirkət tərəfindən vəkilə hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152 manat dövlət rüsumunun reqres qaydasında Cavabdeh tutularaq İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 249896/2023-4K nömrəli inkasso sərəncamından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1347 manat məbləğində pul X2 ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 249896/2023-1-4K nömrəli inkasso sərəncamından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19.244 manat məbləğində pul X2 ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi yardımın göstəriləmsi üçün iddiaçı tərəfindən 200 manat Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallaırnda olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı MMC-dən 19113 (on doqquz min yüz on üç) manat pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı X5 tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %, yəni 81 (səksən bir) manat cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 81 manat iddiaçıya aid edilməsi, eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat cavabdeh İddiaçı MMC-dən, qalan 50%, yəni 50 manat iddiaçı X3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaəmsindən görünür ki, "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-140/2023 saylı iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı MMC-dən 19 113 (on doqquz min yüz on üç) manatın tutulub X4 ödənilməsi, X5 tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %-in, yəni 81 (səksən bir) manatın İddiaçı MMC-dən tutulub iddiaçıya dənilməsi, 100 manat ekspertiza xərcinin 50%-nin, yəni 50 manatın İddiaçı MMCdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam odənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və s. istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu torətmiş fiziki və huquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqişəxsin ohdəsinə qoyulur. Həmin Məcəllənin 1114-cümaddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.2-ci maddəsinin tələbinə görə birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində X4 məxsus “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu qəsəbəsində şəhər şossesi ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağda olan ikinci dərəcəli yoldan baş yola çıxan “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili qəflətən onun yoluna çıxdığından avtomobillər toqquşmuş, hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən araşdırılma aparılmış, hadisənin xüsusatları təhlil edilmiş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus olan həmin yük avtomobilinin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsinin törərilməsində təqsirli olduğundan o, Azərbaycan Respublikası İXM-nin 327.1cimaddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 xeyli miqdarda ziyan dəymiş və o, İddiaçı MMCyə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ona dəymiş zərərin əvəzi olaraq 23.900 manat məbləğində pulun və 162 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 24 062 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC-dən 19 113 manat məbləğində pulun, həmçinin ödənilmiş 162 manat dövlət rüsumunun 50 %-nin, yəni 81 manatın İddiaçı MMC-dən tutulub iddiaçıya ödənilməsi, qalan 50 %-nin, yəni 81 manatın iddiaçıya aid edilməsi, bundan başqa 100 manat ekspertiza xərcinin 50%-nin, yəni 50 manatın İddiaçı MMC-dən, qalan 50%-nin, yəni 50 manatın X3 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hazırki iş üzrə İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3445/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-140/2023 saylı iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı MMCdən 19113 manatın tutulub X4 ödənilməsi, X5 tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %- nin, yəni 81 manatın İddiaçı MMC-dən tutulub iddiaçıya ödənilməsi, 100 manat ekspertiza xərcinin 50%-nin, yəni 50 manatın İddiaçı MMC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə İddiaçı MMC-ti verilmiş icra vərəqəsinə əsasən X4 qətnamədə qeyd edilmiş məbləği, yəni 19244 manat pulu, həmçinin 1347 manat icra ödənişi olmaqla, cəmi 20591 manat icra ödənişi həyata keçirilmiş və belə olan halda İddiaçı MMC-ti hesab edir ki, onun cavabdeh şəxs Cavabdeh qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Belə ki, Cavabdeh iddiaçıya məxsus “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə üçüncü şəxsə ziyan vurmuş, cavabdeh təqsirli əməli nəticəsində dəymiş maddi ziyanı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən üçüncü şəxsə ödəmişdir. Hazırda iddiaçı cavabdehdən 19.244 manat, 1347 manat icra haqqının əvəzi olmaqla, cəmi 20591 manat məbləğində pulun, həmçinin şirkət tərəfindən vəkilə hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pulun tutulmasını tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 19.244 manat, 1347 manat icra haqqının əvəzi olmaqla, cəmi 20591 manat məbləğində pul, həmçinin hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 152 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 152 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19.244 manat, 1347 manat icra haqqının əvəzi olmaqla, cəmi 20.591 manat məbləğində pul, həmçinin hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat və ödənilmiş 152 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-129/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-129/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver