Məhkəmə qərarları › İş №e-2(034)-19/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-19/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-19/2025 22.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4228 manat əsas pul vəsaitinin və 62.88 manat məbləğində dövlət rüsumu olmaqla, ümumillikdə 4350.88 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin ərizəsi əsasında əlavə araşdırmanın aparılması məqsədi ilə mülki iş Zəngilan Rayon Məhkəməsinin e-2(034)-497/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icratına keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixində, saat 23:00 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətində “nəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “VAZ-21074” minik markalı, **-GO-*** dövləöt qeydiyyat nişanlı avtomobil “Hyundai Tucson” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobilə maddi zərər dəymişdir.X5 Polis Şöbəsinin MYP 816827 nömrəli, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh yol-nəqliyyat vasitəsi yerindən yayınmışdır.Qeyd edilən protokol üzrə tətbiq olunan inzibati cərimə növündə tənbeh tədbiri “ASANPAY” iş sistemindən əldə olunan çıxarışa əsasən təmin edilmişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 4338 manat məbləğində sığorta ödənişi Açıq Səhmdar Cəmiyyəti tərəfindən faydalanan şəxsin bank hesabına tam köçürülmüşdür.Cavabdeh vurduğu maddi zərərə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 50 manat ödəniş etmiş, lakin sonradan ödəməni davam etdirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçınını nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2015-ci il tarixində, saat 23:00 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətində “nəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “VAZ-21074” minik markalı, **-GO-*** dövləöt qeydiyyat nişanlı avtomobil “Hyundai Tucson” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobilə maddi zərər dəymişdir.X5 Polis Şöbəsinin MYP 816827 nömrəli, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh yol-nəqliyyat vasitəsi yerindən yayınmışdır. Qeyd edilən protokol üzrə tətbiq olunan inzibati cərimə növündə tənbeh tədbiri “ASANPAY” iş sistemindən əldə olunan çıxarışa əsasən təmin edilmişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” minik markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 4338 manat məbləğində sığorta ödənişi Açıq Səhmdar Cəmiyyəti tərəfindən faydalanan şəxsin bank hesabına tam köçürülmüşdür. Cavabdeh vurduğu maddi zərərə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 50 manat ödəniş etmiş, lakin sonradan ödəməni davam etdirməmişdir. Beləliklə, yaranmış subroqasiya hüquqlarını təmin edərək, ümumilikdə 4288 manat məbləğində pul vəsaitini məktub ona rəsmi qaydada təqdim olunduqdan 3 gün ərzində bank hesabına köçürülməsi xahiş olunmuş, əks təqdirdə borcun ondan tutulması üçün adiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 7207 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4338 manat məbləğində zərər ödənişi X1 bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 8627/CML-2876/2015 nömrəli sığorta aktından görünür ki, “Hyundai Tucson” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 4338 manat məbləğində sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtomobilin təmiri üçün X2 hesabına köçürülmüşdür. İş materiallarında olan 49 nömrəli qüsur aktından görünür ki, xx.xx.2015-ci il tarixdə təmirə qəbul edilmiş “Hyundai Tucson” markalı, **-OL-*** nömrə nişanlı avtomobilinin ehtiyat hissələri 2714 manat, təmir xərcləri 1624 manat olmaqla, ümumi xərcləri 4338 manat təşkil etmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə saat 23:00 radələrində Babək prospekti, Arzu şosesinin yaxınlığında toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş MYP 816827 nömrəli, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Eyni Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə saat 23:00 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətində “nəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi “VAZ-21074” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Hyundai Tucson” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai Tucson” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. MYP 816827 nömrəli, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə iddiaçı tərəfindən 4338 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, avabdeh vurduğu maddi zərərə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 50 manat ödəniş etmiş, lakin sonradan ödənişi dayandırdığından 4288 manat borc yaranmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4288 manat məbləğində sığorta ödənişi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 62.88 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62.88 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4288 manat məbləğində sığorta ödənişi və 62.88 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar