Məhkəmə qərarları › İş №e-2(034)-23/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-23/2024

23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-23/2024 23.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «əmlaka dəymiş maddi zərərin, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «əmlaka dəymiş maddi zərərin, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 20.460 manat, sağlamlığa vurulan zərərin əvəzi olaraq 1500 manat və mənəvi zərərin əvəzi olaraq 5.000 manat olmaqla, ümumilikdə 26.960 manat pul məbləğinin, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 200 manat pulun və 172 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 17:25 radələrində o, idarə etdiyi “Hyundai Elantra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Hummer H 3” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağından sola dönmə əməliyyatı edən zaman yoluna çıxmış və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Hyundai Elantra” markalı, 77-CG501 dövlət qeydiyyat nişanlı avtomobil çevrilərək zədələnmiş, o, xəsarət almış və bunun nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Faktla bağlı Abşeron RPİ-nin TŞ-də araşdırma aparılmış, araşdırma zamanı “Hummer H 3” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi müəyyən edildiyindən və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hyundai Servisə aid "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli qüsur aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Hyundai Elantra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 20.460 manat maddi ziyan dəymişdir. Vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılan zaman ona məxsus “Hyundai Elantra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanla bağlı məsələ həll edilmədiyindən məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. O, hadisə nəticəsində xəsarət aldığından sağlamlığı pozulmuş və sağlamlığın pozulması ilə bağlı müalicə olunması və dərmanların alınmasına xərc çəkmişdir. Buna görə də, sağlamlığa vurulmuş zərərin əvəzi olaraq 1500 manat pul məbləği cavabdeh tərəfindən ona ödənilməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümukün hesab etmişdir. Eyni zamanda Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, sonuncu məhkəmə iclasında verdiyi vəsatəti müdafiə etdiyini, məhkəmə nəzarəti qaydasında verdikləri şikayət təmin olunaraq qərarın ləğv edilməsini və işin yenidən araşdırmaya göndərildiyini bildirərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və mülki iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alıb, işə cavabdehin nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2023-cü ildə 17:25 radələrində İddiaçı idarə etdiyi “Hyundai Elantra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Hummer H 3” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolun sağ hərəkət zolağından sola dönmə əməliyyatı edən zaman yoluna çıxmış və onun idarə etdiyi avtomobilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Hyundai Elantra” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil çevrilərək zədələnmiş, iddiaçı xəsarət almış və bunun nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Faktla bağlı Abşeron RPİ-nin TŞ-də araşdırma aparılmış, araşdırma zamanı “Hummer H 3” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi müəyyən edildiyindən və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2,86 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə zamanı iddiaçı ətrafda olan insanların köməyi ilə maşından zorla çıxarılmış və xəstəxanaya çatdırılmışdır. Bu hadisə zamanı cavabdeh qırağda siqaret çəkərək tamaşa etmişdir. Təhqiqatçının apardığı araşdırma zamanı təhqiqatçı hadisə yerinə gələrkən hadisə yerində olan zaman hadisə yerinin foto şəkilləri çəkilən zaman avtomobilin kimə aid olduğunu soruşanda cavabdeh kimə aid olduğunu bilmədiyini bildirmişdir. Bir neçə müddətdən sonra cavabdeh etiraf edir, görür ki, araşdırma aparılır, məsələ böyüyür, hadisə yerindən qaçmaq halları ortaya çıxa bilər və və bunun qorxusundan etiraf edir. Polisə belə hadisə yerində cavabdeh yalan məlumat verir. Polis şöbəsində araşdırmada cavabdeh məsələni nə qədər yubatmasını da məhkəmənin diqqətinə çatdırır. Hadisə aprel ayında olmuş, onların çoxsaylı şikayətlərindən sonra polis əsassız yerə bir ay sonra qərar qəbul edilmişdir. Təhqiqat 10 gün müddətində qərar qəbul etməli olduğu halda, 1 ay müddətinə qərar qəbul etmişdir. Daxili İşlər Nazirliyinə də bu işlə bağlı şikayət etmişlər. Qərar qəbul olunan müddətdə polislə cavabdehin vəkilinin sövdələşməsi əsasında qərar qəbul edirlər ki, onlar qərarın ləğv olunması üçün şikayət etsinlər demişdir. Qərar qəbul olunandan sonra onlar məhkəməyə iddia ərizəsi formasında şikayət etmişlər. Sürücü sol zolaqla hərəkət etmiş, bu da sağ zolaqdan o biri yola əks hərəkət zolağına dönmə əməliyyatı etmişdir. Buna bəraət verən heç nə yoxdur. Cavabdeh solunu gözləmədən geri dönmə əməliyyatı etmiş və toqquşma baş vermişdir. Cavabdeh gəlib təhqiqatda izahat vermişdir ki, onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh inzibati məsuliyyəti cəlb olunmuşdur. Cinayət işi üzrə hesab edirlər ki, düzgün araşdırma aparılmamış, sürücü başqasıdır. Cavabdeh özünün təqsirli olmadığını iddia edir. Kamera görüntüsündən görünür ki, xanım maşını sürür buda onun yoluna çıxır, toqquşma olur, avtomobil aşır, bunların iş materialının içərisində görüntüsü var. Qərar qəbul olunmuş, lakin cavabdehin cinayət məsuliyyətinə cəlb olunması haqqında qərar onlarda yoxdur. Ekspertin rəyi var və maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. Avtomobil 2017-ci ilin avtomobilidir. Maşının qabağından vurmuş, maşın aşmış, maşının banı yoxdur. İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş maddi zərərin, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi əsasında Zəngilan Rayon Məhkəməsində baxılan e-2(034)-528/2023 saylı mülki iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak edərək Abşeron RPİ-nın TŞ-nin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarından narazı qaldıqlarını və qərarın ləğv edilərək yenidən araşdırma aparılması üçün şikayət ərizəsi ilə müraciət etdiklərini bildirmişdir. Lakin, həmin məhkəmə iclaslarında heç bir sübut təqdim etmədikləri halda, məhkəmə cavabdehin vəkilinin şifahi məlumatı əsasında məhkəmənin hazırlıq iclasını təxirə salmışdır. Məhkəmə iclaslarında tərəfindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qərardan verdikləri şikayəti sübut kimi məhkəməyə təqdim etmələri xahiş olunmuş, lakin cavabdeh tərəf heç bir sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq, hakim məhkəmə iclasını təxirə salmışdır. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdeh Abşeron RPİ-nın TŞ-nin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilərək yenidən araşdırma aparılması üçün məhkəməyə müraciət etdiklərini, buna görə də hazırkı məhkəmə iclasının təxirə salınmasını, daha sonra isə elektron məhkəmə sistemi vasitəsi ilə isə artıq sözü gedən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan məhkəməyə şikayət verildiyini bildirərək, hazırkı işin dayandırılmasını xahiş etmişdir. İlk gündən məhkəməyə cavabdehin işi qəsdən uzatmaq niyyəti və bu niyyətini həyata keçirmək üçün hüquqlarından sui-istifadə edərək hazırkı işi mümkün qədər uzatmağa çalışması barədə məlumat verilsə də, məhkəmə cavabdeh barədə heç bir tədbir görməmişdir. Halbuki, cavabdehin cinayət işi başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan şikayəti əsasında əvvəllər qərar ləğv edilərək xx.xx.2023-cü il tarixdə yenidən qərar qəbul edilmiş, məhkəmədə hazırkı işə baxılan zaman sözügedən qərardan verilmiş şikayət əsassız olduğundan qərar rayon prokurorluğunda öyrənildikdən sonra ləğv edilmədən qüvvədə saxlanılmışdır. Lakin, cavabdeh bununla qane olmamış, işə məhkəmədə tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törətmək üçün növbəti əsassız vəsatətləri ilə məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, cavabdehin nümayəndəsi Vəkil2 vəkil olduğu üçün qanunvericiliyi çox yaxşı bilir və belə halda vəkilin vəsatətləri tam qanunvericiliyin tələblərinə cavab verməlidir. Əks halda vəkilin bu tip vəsatət verməsi hüquqi savadı olmayan bir vətəndaşın vəsatət verməsindən heç də fərqi olmaz. Belə ki, Vəkil2 xx.xx.2023-cü il tarixli vəsatəti ilə Azərbaycan Respublikasının MPM-nin 254.1.4-cü maddəsinə əsaslanaraq hazırkı işin dayandırılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Vəkil2 cinayət işi başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan məhkəməyə verdiyi şikayətinə baxan məhkəmə Azərbaycan Respublikasının CPM-nin 449-cu maddəsinə əsasən məhkəmə nəzarəti funksiyasını həyata keçirir. Bu tipli işlərə qısa müddətdə baxılıb qərar qəbul edilir. Yəni aylarla və ya illərlə (hazırkı iş kimi) araşdırılmır. Bunu vəkil bildiyi halda və hal-hazırda məhkəmənin qanuni qüvvəsini almış yekun aktı mövcud olmadığı halda vəkil hazırkı işin dayandırılmasını xahiş etmişdir. Belə ki, məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti vardır. Buradan da görsənir ki, vəkil əsassız olaraq işin uzadılması və tezliklə baxılmasına mane olmaq məqsədi ilə vəsatətlər vermişdir. Halbuki, Vəkil2 məhkəmə nəzarəti funkisyasında verilmiş şikayətə baxılanadək hazırkı işin təxirə salınmasını da xahiş edə bilərdi, lakin vəkil bunun əvəzində mülki işin təkidlə dayandırılmasını tələb etmişdir. Azərbaycan Respublikasının MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə Mülki Prosessual Məcəllənin 256-cı maddəsi icraatın dayandırma müddətlərini nəzərdə tutur. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qanuni qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göründüyü kimi, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. xx.xx.2023-cü il tarixə qədər xx.xx.2023-cü il tarixli qərardan niyə bu vaxta qədər məhkəməyə müraciət edilməmişdir. Qarşı tərəfin məqsədi işi uzatmadır. Sonuncu vəsatətə fikir olaraq bildirir ki, 14 fevralda təhqiqatda qərar qəbul olunmuş, 21 marta şikayət verilmişdir. Hal-hazırda başqa məhkəmənin qanunu qüvvəsini almış qərarı yoxdur ki, məhkəmə də işi dayandırsın. Qərar, cavabdeh tərəfindən hər dəfə müxtəlif arqumentlərdə gətirilsə belə araşdırılmış, hal-hazırda məhkəməyə təqdim etdikləri arqument əssasızdır. Kapital Bankın video görütüsü təqdim olunmuş, məhkəmədə baxış keçirilmiş və o görüntü halhazırda onda da vardır. 17 iyul 2024-cü il tarixli qərarda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə saat 17:25 radələrində Abşeron rayonu, Xırdalan şəhər, Heydər Əliyev prospekti ilə üzü M.Hüseynzadə küçəsi istqamətində sağ zolağa hərəkət edən “Hummer H-3” markalı **- ZN-*** dövlət nömrə nişanlı avtomobil “Kapital Bankın” qarşısında yolun sağ zolağından sola dönmə əməliyyatı həyata keçirdən zaman eyni istiqamətdə yolun sol zolağı ilə düzünə hərəkət edən “Hyundai-Elantra” markalı,**-CG-*** dövlət nömrə nişanlı avtomobili vurub dam üstə atmışdır. İşin uzadılması üçün qarşı tərəf hər dəfə vəsatət verir. Hesab edir ki, işin uzadılması üçün verilən vəsatətlərdə məhkəmə cavabdehi cərimə etməlidir. Hər zaman olduğu kimi qarşı tərəf məhkəməni yanıltmış, təhqiqat materiallarına vizual yanaşmışlar. Sevinc xanım məhkəmə prosesində kor-koranə araşdırma apararaq deyir ki, günah ondadır. Ona bildirmişdir ki, Kapital Bankdan video görüntü əldə olunmuş, ordanda görünür ki, günah onlardadır. Sevinc xanım ona «Hummer maşını sən sürürsən” bildirmişdir ki, o, da qarşı tərəf sürür, o tərəf deyildir demişdir. Yəni, Hummer maşını cavabdeh tərəf sürmüşdür. Abşeron Məhkəməsi nəyi araşdırıb ləğv qərarı çıxarmışdır. Ləğv qərarındanda şikayət vermək olar. Tərəfin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar ikinci məsələdir. İnzibati məsuliyyətə cəlb olunması barədə qərar yoxdur. Zəngilan Rayon Məhkəməsində 2(034)-528/2024 saylı mülki ş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 demək olar ki, bütün məhkəmə iclaslarında iştirak edərək Abşeron RPİ-nin təhqiqatçısı,polis mayoru Fərid Şirinov tərəfindən bu günə kimi işə qəbul edilmiş cinayət işi başalnmasını rədd edilməsi barədə qərarlardan narazı qaldıqlarını və qərarın ləğv edilərək yenidən araşdırılma aparılması üçün şikayət ərizəsi ilə müraciət etdiklərini bildirmişdir. İşin uzadılması üçün tərəf hər dəfə vəsatət verir. Hesab edir ki, işin uzadılması üçün verilən vəsatətlərdə məhkəmə cavabdehi cərimə etməlidir. İlk gündən cavabdehin məhkəmədə işi qəsdən uzatmaq niyyəti və bu niyyətini həyata keçirmək üçün hüquqlarından sui istifadə edərək hazırkı işi mümkün qədər uzatmağa çalışması barədə məlumat verilsə də məhkəmə cavabdeh barədə heç bir tədbir görməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 548.2.23 saylı tədqiqat materialı ilə bağlı artıq hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən qəbul edilmiş qərardan şikayət olunmuş, həmin qərarla bağlı hal-hazırda prokurorluqda da, idarədə də olmuş, ona şifahi məlumat verərək bildirmişlər ki, material idarəyə təhqiqatçıya daxil olmuşdur. Həmin o materialı geri tələb etdikdən sonra bununla bağlı müvafiq qərar çıxaracaq, ya cinayət işinin bağlanması qərarı rədd ediləcək, yada ki, artıq qərarı qüvvədə saxlayacaqlar. Ona görə də tərəfindən Abşeron rayon prokurorluğuna müraciət olunmuş, bununla bağlı bu günkü günə kimi onlara rəsmi cavab məktubu daxil olmamış, amma şifahi olaraq göndərmələrini bildirmişlər. Bu məsələ də qəbul ediləcək qərar mülki işin başlanmasına təsir göstərə biləcək qərardır. Halhazırkı tarixə kimi o, cavabı ala bilməmişdir. Məhkəmə həqiqət hallarına əsaslanır. Bununla bağlı tərəflərindən müraciət olunmuş, o, Abşeron polisinə müraciət etmiş, dəftərxanadan maraqlanmışdır ki, material Fərid Şirinova təqdim olunmamış, lakin sonradan Fərid Şirinova təqdim olunmuşdur. 24 oktyabrda hüquqlarını müdafiə etdiyi şəxslə qərarla bağlı onlara məlumat verilməsi üçün müraciət etmişlər ki, onlar da məhkəməyə təqdim edə bilsinlər. Prokurorluqda bununla bağlı araşdırma aparılıb onlara məlumat veriləcəyi bildirilmişdir. İki şahid olmuş və prokurorluğun göstərişi ilə bağlı iki şahid dəvət olunmuşdur. Şahid, yəni orda dayanacağa nəzarət edən ifadə vermişdir ki, xanımın yanında başqa şəxs olmuş, maşından sürücü tərəfdən başqa kişi düşüb sonra qaçmışdır. Avtonəqliyyatı idarə edən şəxs başqası olmuşdur. Video görüntü cox uzaqdan olduğu üçün ayırd etmək mümkün deyildir. Hüquqlarını müdafiə etdiyi şəxsin verdiyi ifadələr ilə inzibati iş açılmışdır. Hüquqlarını müdafiə etdiyi şəxs orda qeyd olunan kimi izahat verməmişdir. Hər bir halda MPM ilə tərəflərə lazımı şərait yaradılmalı, çəkişmə prinsipi əsasında sübutların tədqiqi nəticəsində hakim artıq yekun qənaətə gələrək qərar çıxaracaqdır. Bu məsələ ilə bağlı ən qısa zamanda bildirişi bir həftə ərzində sistemə yerləşdirəcəklər. Hüquqularını müdafiə etdiyi şəxsin bu məsələdə mövqeyi qətidir və o tam əminliklə bildirir ki, burda artıq onun hərəkət və hərəkətsizliyində inzibati xəta tərkibi yoxdur, günah qarşı tərəfdədir, bunula bağlı öz mövqelərini məhkəmədə bildirərlər. Ekspertiza onlar üçün 2, 3 və 4-cü planda olan məsələdir. Şəxsdə təqsir yoxdur. Ekspertizanın rəyi ilə razı deyillər. Ekspertizanın rəyində avtomobillərin bazar qiymətinə baxdıqda avtomobillərin qiyməti 20, 21, 22 aralıqda dəyişir. Maşında o qədərdə dəyişiklik yoxdur. Maşının sığortaya aparılması ilə bağlı məlumatlı deyildir. Mülki iş üzrə iddia tələbinin əlavəsində Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən çıxarılmış 14 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar vardır və sözü gedən iddia tələbi də həmin qərara istinadən iddiaçı tərəfindən məhkəməyə verilmişdir. Cavabdehin istər yazılı qaydada, istərsə də şifahi qaydada onun sözügedən qərarla razılaşmadığını və bundan şikayət verəcəyini məhkəmənin diqqətinə çatdırmışdır. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən çıxarılmış 14 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və araşdırmanın obyektiv aparılıb nəticələnməsi üçün tərəflərindən Abşeron Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli məhkəmə nəzarəti qaydasında şikayət ünvanlanmış, həmin şikayət ərizəsi Abşeron Rayon Məhkəməsinin dəftərxanası tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. İş hazırda Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın 6(012)-32/2024 nömrə ilə icraatındadır. Cinayət işinin başlanmasının rədd qərarı bilavasitə məhkəmənin icraatında olan mülki işin materiallarının əsasını təşkil edir və həmin qərara baxıb nəticə verilənədək mülki işin məhkəmə icraatının dayandırılması zərurəti yaranmışdır. Məhkəmənin icraatında olan 2(034)- 23/2024 saylı mülki işin Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən çıxarılmış 14 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinə ünvanladıqları məhkəmə nəzarəti qaydasında şikayətlərinə baxılıb yekun nəticə verilənədək dayandırılmalıdır. Həmin qərardan şikayət vermişlər. Tapşırıqda qeyd olunur ki, “Kapital Bank”-dan görüntülərin alınması mütləqdir. Cinayət işinin başlanması qərarı iki dəfə ləğv olumuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən artıq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar mübahisələndirildiyinə görə mülki iş üzrə icraatın dayandırılmasını bildirmişdir. Texniki ekspertiza təyin olunduğu üçün hakim Sevinc xanım tərəfindən cinayət işinin başlanması haqqında qərar ləğv edilmişdir. Qarşı tərəfin danışığı söz yığınından başqa bir şey deyildir. Hər bir tərəf etirazını məhkəməyə sübüt etmək üçün sübut təqdim etməlidir. Mülki iş üzrə iddia tələbinin əlavəsində Abşeron rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən çıxarılmış 17 iyul 2024-cü il cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar vardır və sözügedən iddia tələbi də həmin qərara istinadən iddiaçı tərəfindən məhkəməyə verilmişdir. Həm o, həm də cavabdeh istər yazılı qaydada, istərsə də şifahi qaydada sözügedən qərarla razılaşmadıqlarını və bundan şikayət verəcəklərini məhkəmənin diqqətinə çatdırmışlar. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən çıxarılmış 17 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və araşdırmanın obyektiv aparılıb nəticələnməsi üçün tərəflərindən Abşeron Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli məhkəmə nəzarəti qaydasında şikayət ünvanlanmış, həmin şikayət ərizəsi Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın 6(012)-89/2024 nömrə ilə icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər üzrə icraat dayandırılır. Cinayət işinin başlanmasının rədd qərarı bilavasitə məhkəmənin icraatında olan mülki işin materiallarının əsasını təşkil edir və həmin qərara baxıb nəticə verilənədək mülki işin məhkəmə icraatının dayandırılması zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən 2(034)-23/2024 saylı mülki işin Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinə ünvanladıqları məhkəmə nəzarəti qaydasında şikayətlərinə baxılıb yekun nəticə verilənədək dayandırılmasını xahiş etmişdir. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçən məhkəmə iclasında mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatət təqdim etmiş, həmin vəsatətlə əlaqədar olaraq, növbəti məhkəmə iclasında vəsatətə münasibət bildirəcəyi qeyd edilmiş, vəsatəti müdafiə edir və təmin edilməsini xahiş edir. Əgər vəsatət təmin edilmədiyi təqdirdə aşağıda qeyd etdiyi halların çıxışı kimi nəzərə alınmasını, dəfələrlə təhqiqat orqanı tərəfindən iş üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarılmış, hər dəfəsində təqsir hissəsində qərar məhkəmə nəzarəti qaydasında mübahisləndirilmiş və əsaslı olduğu üçün ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Təhqiqat orqanı tərəfindən məhkəmənin tapşırıq olaraq qeyd etdiyi məsələlər araşdırılmamış və kifayət qədər hərəkətsizliklər nümayiş etdirərək təkrar cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Artıq sonuncu dəfə də cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Həmin iş üzrə hüquqlarını müdafiə etdiyi şəxsin də inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar mövcud deyil və onun inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Təqsirlə bağlı məsələ hələ də, uzun müddətin keçməsinə baxmayaraq müəyyən edilməmişdir. Hal-hazırda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli şəxsin kim olduğu müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və Abşeron rayon prokurorluğu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 548-Ş-23 nömrəli məktubunda Abşeron rayon Polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fərid Şirinov tərəfindən aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından xx.xx.2023-cü tarixli qərarla material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-yə göndərilməsi, yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin zədələnməsi ilə bağlı ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fərid Şirinovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilmiş, İddiaçı məxsus dəyəri 50 manat təşkil edən içərisində 250 manat və 100 ABŞ dolları olan pul qabının oğurlanaraq ona ümumillikdə 470 manat dəyərində maddi ziyan vurmuş naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün çıxarılmış qərarın surəti Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir. İş materiallarında olan "xxxx" firması tərəfindən **-CG-*** dövlət nömrə nişanlı «Hyundai Elantra» markalı avtomobilə DBAA texniki baxış keçirilən zaman kecirilən zaman tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, avtomobilin ehtiyat hissələri və servis xidməti xərcləri ümumillikdə 20460 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/154 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə iş materiallarında olan "xxxx" firmasının xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Hyundai Elantra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15495 manat müəyyən edilir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(012)- 92/2023 nömrəli qərardan aydın olur ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən HK-1/3434 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, Cavabdeh şikayəti üzrə qərar iş materialları ilə birlikdə araşdırma aparılması üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fərid Şirinovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fərid Şirinovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 iyul 2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(012)- 32/2024 nömrəli qərardan görünür ki, Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarın ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilmiş, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən HK-1/3434 saylı material üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, Cavabdeh şikayəti üzrə qərar iş materialları ilə birlikdə araşdırma aparılması üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(012)- 67/2024 nömrəli qərardan görünür ki, Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarın ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilmiş, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən HK-1/3434 saylı material üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, qərarda göstərilən məsələlərin tam, hər tərəfli araşdırılması və Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual qanunvericiliyinin tələbləri əsasında qiymət verilməsi təmin edilmiş, qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunmaıs üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilmiş, İddiaçı pul və sənədlərin itməsi ilə bağlı etdiyi iddia əsasında mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aşiq küçəsi, ev 12-də yaşayan Cavabdeh DİN-nin 102 xidmətinə vermiş olduğu faktı ilə daxil olmuş məlumat əsasında toplanmış HK-1-8124 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx/xx-1413 nömrəli məktubundan görünür ki, yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, individual servis tərəfindən 6090 manat məbləğində nəqliyyat vasitəsinin qiymətləndirilməsi baş vermişdir. İş materiallarına əlavə edilən PXA140641 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi sığortalanmış “HUMMER 3” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai-Elantra” markalı,**-CG-*** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş, «İndividual servis” MMC-ti tərəfindən təqdim olunan akta əsasən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 6090.00 manat müəyyən edilmiş, 5000 manat sığorta ödənişi İddiaçı hesabına köçürülmüşdür. İş materiallarında olan və "xxxx" ASC-nin sifarişi əsasında İndividual Servis tərəfindən tərtib edilmiş yekun qüsur aktından görünür ki, 2017-ci il buraxılışlı “Hyundai Elantra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə çəkilmiş xərc 3990 manat, xidmət xərci 2100 manat olmaqla, cəmi 6090 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fərid Şirinovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 sentyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanış material Abşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir. İş materiallarına əlavə edilən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(012)-89/2024 nömrəli qərarından görünür ki, Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 20 sentyabr 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarın ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilmiş, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Fərid Şirinovun 20 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, toplanmış materiallar əlavə yoxlanılması və araşdırma aparılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-ci il tarixdə, saat 17:25 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Hummer H 3” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağından sola dönmə əməliyyatı edən zaman yoluna çıxmış və onun idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus “Hyundai Elantra” markalı, 77-CG501 dövlət qeydiyyat nişanlı avtomobil çevrilərək zədələnmiş, hadisə zamanı iddiaçı xəsarət almış, nəticədə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş faktla bağlı Abşeron RPİ-nin TŞ-də araşdırma aparılmış, araşdırma nəticəsində təhqiqatçı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Cavabdeh əməlində inzibati xəta tərkibi olduğundan onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı baş vermiş hadisə nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq cavabdehdən 20.460 manat, sağlamlığına vurulan zərərin əvəvzi olaraq 1500 manat, mənəvi zərərin əvəzi olaraq isə 5000 manat olmaqla, cəmi 26960 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etsə də, araşdırma zamanı və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçı tərəfin təqsirli olmasını əsas gətirərək xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(012)- 92/2023 nömrəli qərarı ilə cavabdehin şikayəti təmin edilmiş, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən HK-1/3434 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, Cavabdeh şikayəti üzrə qərar iş materialları ilə birlikdə araşdırma aparılması üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir. İddiaçının hazırkı iddiası cavabdehin Abşeron Rayon Məhkəməsinə ünvanladığı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlərinin nəticəsindən asılı olduğu üçün məhkəmənin qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarları ilə cinayət işinin başlanması yenidən rədd edilmiş, həmin qərarlardan cavabdeh tərəfindən məhkəmə nəzarəti qaydasında şikayətlər verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(012)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarları ilə yenidən cavabdehin şikayətləri təmin edilmiş, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin HK-1/3434 saylı materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarları ləğv edilmiş, xx.xx.2024-cu il tarixdə yenə də Abşeron RPİ-nin baş təhqiqatçısı X5 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(012)-67/2024 nömrəli qərarları ilə yenidən ləğv edilmiş, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən HK-1/3434 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərar qəbul olunmuş, cavabdeh bu qərardan da razı qalmayaraq iş üzrə cavabdeh tərəfin təqsiri sübuta yetirilmədiyini əsas gətirərək məhkəmə nəzarəti qaydasında Abşeron Rayon Məhkəməsinə şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(012)-89/2024 nömrəli qərarı ilə yenidən Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Fərid Şirinovun 20 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, toplanmış materiallar əlavə yoxlanılması və araşdırma aparılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. İddiaçı tərəf Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qərarlarla razılaşaraq məhkəmə qərarını mübahisələndirməmişdir. Əksinə, Cavabdeh həmin yolnəqliyyat hadisəsi ilə bağlı öz təqsirsizliyini sübuta yetirməkdən ötrü Abşeron RPİ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarını məhkəmə qaydasında mübahisələndirmişdir. Bu günə kimi təhqiqat orqanı tərəfindən cinayət işinin başlanması rədd olunduğu halda, hal-hazırda yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli şəxsin kim olduğu müəyyən olunmamış, cavabdehin əməlində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunmasını təsdiq edəcək hər hansı bir qərar mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, hal-hazırda yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli şəxsin kim olduğu müəyyən olunmadığından iddiaçının tələbi əsassızdır. Göstərilənləri və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «əmlaka dəymiş maddi zərərin, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı «əmlaka dəymiş maddi zərərin, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar