Məhkəmə qərarları › İş №e-2(034)-295/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-295/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-295/2025 02.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta müqaviləsi üzrə pul» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «sığorta müqaviləsi üzrə pul» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Wolkswagen Scirocco” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişindən qalan 927 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prado” markalı ** NU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Wolkswagen Scirocco” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********585 nömrəli, sığorta şəhadətnaməsindən, 075050 və 086570 nömrəli sığorta aktınlarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Wolkswagen Scirocco” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. “İş materiallarına əlavə edilmiş icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı ** NU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta və ona əlavəyə əsasən, “Wolkswagen Scirocco” markalı, ** EJ ***qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 6097 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarilxi ödəniş tapşırıqlarına əsasən “Wolkswagen Scirocco” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 170 manat azadolma məbləği çıxılmaqla 5927 AZN (beş min doqquz yüz iyirmi yeddi manat) məbləğində sığorta ödənişini zərərçəkən X1 ödəmişdir. Bildirmək istəyirik ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1 maddəsi ilə təqsirli bilinmişdir. Ödənilmiş 5927 manat sığorta ödənişinin 5000 manat hissəsi “Toyota Prado” markalı ** NU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən əvəzəşdirilmişdir. Hesab edilir ki, 170 manat azadolma (franşiza) məbləği çıxılmaqla ödənilmiş sığorta ödənişindən qalan 927 AZN məbləğ Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zəngilan şəhər sakini Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Y/Mdöngə 1 ev 97-də müvəqqəti məskunlaşmışdır. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ona məxsus olan “Toyota Prado” markalı ** NU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Wolkswagen Scirocco” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törədərək “Wolkswagen Scirocco” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İXM-nin 327.1 maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı ** NU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur.Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görundüyü kimi, “Wolkswagen Scirocco” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 6097 manat məbləğində zərər dəymiş və İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 170 manat azadolma məbləği çıxılmaqla 5927 AZN məbləğində sığorta ödənişini zərərçəkən X1 ödəmişdir. Ödənilmiş 5927 manat sığorta ödənişinin 5000 manat hissəsi “Toyota Prado” markalı ** NU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan iddiaçı tərəfindən əvəzəşdirilmiş və iddiaçı 170 manat azadolma məbləği çıxılmaqla ödənilmiş sığorta ödənişindən qalan 927 manat məbləğini Cavabdeh tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Həmin Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, hesab edirəm ki, iddiaçı cavabdehlərdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini ödədiyi miqdarda tələb etmək hüququna malikdir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 927 manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı Sığorta Şirkəti ASC xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 927 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar