Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-309/2024 15.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi və təyin edilmiş alimentin qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi və təyin edilmiş alimentin qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, onunla xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh arasında ləğv edilmiş birgə nikahlarından anadan olmuş övladları xx.xx.2023-cü il təvəllüdlü X2 18 yaşına çatanadək onun himayəsində saxlanması, onunla xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh arasında ləğv edilmiş birgə nikahlarından anadan olmuş övladları xx.xx.2023-cü il təvəllüdlü X2 18 yaşına çatanadək onun himayəsində saxlanması üçün hər ay 235 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ləğv edilmiş birgə nikahlarından anadan olmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləği artırılaraq hazırki yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi, Cavabdeh ilə ləğv edilmiş birgə nikahlarından anadan olmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı olanadək, yəni xx.xx.2026cı il tarixinədək onun saxlanılması üçün 100 manat məbləğində alimentin hər ay tutularaq ona verilməsi, təyin edilən yeni alimentin, artırmanın və əlavə alimentin ödənilməsinin məhkəməyə müraciət edildiyi gündən hesablanması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2003-cü ildə faktiki nikah münasibətlərinə daxil olmuş, cavabdehlə nikahlarını xx.xx.2015-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzində rəsmiləşdirmişlər. Bu barədə Sumqayıt «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində akt qeydləri kitabında 2201 saylı qeyd aparılmışdır. Onların birgə nikahlarından-xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2023- cü il təvəllüdlü X7 adlı üç övladları anadan olmuşdur. İlk vaxtlar onların ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşməyə başlamış, o, Cavabdeh qarşı “nikahın pozulması, uşaqların öhdədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş, aralarında bağlanmış nikahın pozulması, xx.xx.2004cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun öhdəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 300 manat olmaqla, 2 uşağa görə 600 manat sabit pul məbləğində alimentin, mediasiya və məhkəmə xərclərinin cavabdehdən onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-21/2023 nömrəli,xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bu qətnamə ilə həmçinin onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt «Asan xidmət mərəkəzi» qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 2201 saylı nikah qeydi ləğv edilmiş, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılması qət edilmişdir. Sözügedən qətnamə ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq, Zəngilan Rayon Məhkəməsinin e-16(034)-4/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının qüvvədə olduğu dövr ərzində ödənilmiş aliment məbləği istisna olunmaqla, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. O, Məhkəməyə müraciət edən zaman cavabdehlə birgə nikahlarından anadan olmuş son övladları xx.xx.2023-cü il təvəllüdlü X7 hələ anadan olmadığına görə onun barəsində irəli sürdüyü tələb Məhkəmə tərəfindən qəbul olunmamışdır. Buna görə də hazırda uşağın onun yanında saxlanılması və aliment təyin edilməsinə görə Məhkəməyə müraciət etməsinə ehtiyac yaranmışdır. Belə ki, nikahları ləğv edilərək digər övladları barədə qətnamə qəbul edilsə də, son övladı barədə qətnamədə heç bir məsələ qeyd edilməmişdir. Övladı azyaşlıdır və ona çox bağlıdırlar. Həmçinin ana qayğısına və nəvazişinə ehtiyacı vardır. Övladının 1 yaşı bu günlərdə tamam olacaqdır. Bu səbəbə görə övladının bundan sonra da yetkinlik yaşına çatana kimi onun himayəsində saxlanılmasına ehtiyac vardır. Həmçinin qeyd edir ki, hal-hazırda da övladı onunla birlikdə qalır və ounnla daha çox ünsiyyətdə olur. Buna görə də düşünür ki, övladı onun himayəsində qalmalıdır. Övladının onun himayəsində saxlanmasından əlavə olaraq cavabdehdən övladının saxlanılması üçün hər ay aliment tutularaq ona ödənilməsinə ehtiyac vardır. Qeyd edir ki, cavabdehlə nikahları ləğv edilsə də, aliment məbləği müəyyənləşdirilməmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 2024-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir.Həmçinin qeyd edir ki, Zəngilan Rayon Məhkəməsinin e- 2(034)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən övladıxx.xx.2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılması üçün müəyyən edilən 220 manat məbləğində olan aliment hazırki şəraitdə övladının saxlanması üçün olan ehtiyacı ödəməyə kifayət etmir. Övladı təhsil aldığı üçün onun əlavə xərcləri yaranır və bu xərcləri hazırda müəyyənləşmiş aliment məbləği ilə ödəmək mümkün olmur. Bundan başqa qeyd etdiyi aliment məbləğinin təyin edilməsindən artıq çox uzun müddət keçmişdir. Bu zaman müddətində isə bir çox məhsulların qiymətində bahalaşmalar olmuşdur. Bu da hazırda uşağın müəyyənləşmiş alimentlə saxlanmasında çətinlik yaradır. Həmçinin qeyd edir ki, cavabdeh övladının saxlanması üçün əlavə heç bir yardım göstərmir. Buna görə də onun cavabdehdən birgə nikahlarından anadan olan övladıları xx.xx.2023-cü il təvəllüdlü X1 üçün uşaqlar üçün müəyyənləşmiş yaşayış minimumundan az olmayaraq aliment almaq hüququ vardır. Bu müddəaları və işin faktiki hallarını nəzərə alaraq təyin edilmiş aliment məbləğinin artırılmalı və yeni doğulmuş körpə üçün aliment təyin edilməli olduğunu düşünür. Bütün bunlara görə də hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 235 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Bundan başqa övladı xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zəngilan Rayon Məhkəməsinin e-2(034)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun xeyrinə tutulan alimentin məbləği artırılaraq hazırki yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa 3 övladından biri - xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı olmamışdır. Yəni anadan olmasından 3 il keçməmişdir. Həmçinin qızı onun himayəsindədir. Qarşı tərəfin Azərbaycan Respublikasının Ailə qanunvericiliyi ilə onunda saxlanılmağım üçün öhdəliyə sahib olmasına baxmayaraq, bu vəzifəsini yerinə yetirmir. Buna görə də hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı olanadək, yəni xx.xx.2026-cı il tarixinədək qarşı tərəf ona hər ay 100 manat miqdarında aliment ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. O, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh ilə 2003-cü ildə faktiki nikah münasibətlərinə daxil olmuş, onların cavabdehlə nikahları xx.xx.2015-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzində rəsmiləşdirmiş, bu barədə Sumqayıt «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində akt qeydləri kitabında 2201 saylı qeyd aparılmışdır. Onların birgə nikahlarından 3 övladları - xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşlar. İlk vaxtlar onların ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşməyə başlamışdır. O, Cavabdeh qarşı “nikahın pozulması, uşaqların öhdədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun öhdəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 300 manat olmaqla, 2 uşağa görə 600 manat sabit pul məbləğində alimentin, mediasiya və məhkəmə xərclərinin cavabdehdən onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə Zəngilan Rayon Məhkəməsinin e-2(034)- 21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bu qətnamə ilə həmçinin onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt «Asan xidmət mərəkəzi» qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 2201 saylı nikah qeydi ləğv edilmişdir. Onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılması qət edilmişdir. Sözügedən qətnamə ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq, Zəngilan Rayon Məhkəməsinin e- 16(034)-4/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının qüvvədə olduğu dövr ərzində ödənilmiş aliment məbləği istisna olunmaqla, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. O, Məhkəməyə müraciət edən zaman cavabdehlə birgə nikahlarından anadan olmuş son övladları xx.xx.2023-cü il təvəllüdlü X7 hələ anadan olmadığına görə onun barəsində irəli sürdüyü tələb məhkəmə tərəfindən qəbul olunmamışdır. Buna görə də hazırda uşağın onun yanında saxlanılması və aliment təyin edilməsinə görə məhkəməyə müraciət etməsinə ehtiyac yaranmışdır. Belə ki, nikahları ləğv edilərək digər övladları barədə qətnamə qəbul edilsə də, son övladı barədə qətnamədə heç bir məsələ qeyd edilməmişdir. Övladı azyaşlıdır, ona çox bağlıdır, həmçinin ana qayğısına və nəvazişinə ehtiyacı vardır. Övladının 1 yaşı bu günlərdə tamam olacaqdır, bu səbəbə görə övladının bundan sonra da yetkinlik yaşına çatana kimi onun himayəsində saxlanılmasına ehtiyac vardır. Həmçinin qeyd edir ki, hal-hazırda da övladı onunla birlikdə qalır və onunla daha çox ünsiyyətdə olur. Buna görə də düşünür ki, övladı onun himayəsində qalmalıdır. Övladının onun himayəsində saxlanmasından əlavə olaraq cavabdehdən övladının saxlanılması üçün hər ay aliment tutularaq ona ödənilməsinə ehtiyac vardır. Cavabdehlə nikahları ləğv edilsə də, aliment məbləği müəyyənləşdirilməmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, 2024-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutularaq mənə ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Həmçinin qeyd etmək istərdi ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən övladı xx.xx.2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılması üçün müəyyən edilən 220 manat məbləğində olan aliment hazırki şəraitdə övladının saxlanması üçün olan ehtiyacı ödəməyə kifayət etmir. Övladı təhsil aldığı üçün onun əlavə xərcləri yaranır və bu xərcləri hazırda müəyyənləşmiş aliment məbləği ilə ödəmək mümkün olmur. Bundan başqa aliment məbləğinin təyin edilməsindən artıq çox uzun müddət keçmiş, bu zaman müddətində isə bir çox məhsulların qiymətində bahalaşmalar olmuş, bu da hazırda uşağın müəyyənləşmiş alimentlə saxlanmasında çətinlik yaradır. Cavabdeh alimentdən başqa uşaqlara köməklik edir. Övladının 1 yaş yarım olduğu üçün işləyə bilmir. Cavabdehdən əlavə xərc istəmir, hər uşağa 235 manat aliment istəyir. Böyük qızı yetkinlik yaşına çatmışdır. Cavabdehin maaşında artım olub olmamasından heç bir məlumatı yoxdur. Cavabdeh əvvəllər uşaqların saxlanılmasına alimentdən əlavə köməklik etmiş, indi isə etmir. Birgə nikah dövründə əldə etdikləri evi, maşını, qızılı və pulu qoyub uşaqlarını götürüb evi tərk etmişdir. Cavabdehin maaşında artım olmadığı üçün böyük qızının alimentnin 220 manat olaraq qalmasını, balaca qızına da 220 manat aliment tutulmasını məhkəmədən xahiş edir. Sonda iddiaçı məhkəmədən hər iki uşağa 220 manat aliment kəsilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 2003-cü ildə faktiki nikah münasibətlərinə daxil olmuş, onlar iddiaçı ilə nikahlarını xx.xx.2015-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzində rəsmiləşdirmiş və bu barədə Sumqayıt «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində akt qeydləri kitabında 2201 saylı qeyd aparılmışdır. Onların birgə nikahlarından 3 övladları-xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşlar. O, uşaqlarına bacardığı qədər maddi köməkili edir. Sistemdə hal-hazırda maaşı 850 manat görsənir. Onun əvvəl maaşı 850 manat olmuş, indi hal-hazırda 550 manatdır. Uşaqlarına bacardığı qədər baxıb köməklik edəcəkdir. Sonda cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə verməsini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)- 21/2023 nömrəli,xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Zəngilan Rayon Məhkəməsinin e-16(034)-4.2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadının qüvvədə olduğu dövr ərzində ödənilmiş aliment məbləği istisna olunmaqla, hər ay 220 manat sabit pul miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024cü il tarixli arayışdan görünür ki, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanalı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-16-5-7/2-04- 250/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2021-ci il tarixdən halhazırkı dövrədək "xxxx" Asıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanalı idarəsinin Abonentlərə iş şöbəsinin Fakturlama qrunda su kəməri təsərrüfatında nəzarətçi peşəsində çalışır, aylıq əmək haqqısı 853 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah xx.xx.2015-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı üç uşaqları doğulmuşlar. Uşaqlardan xx.xx.2004-cü il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmışdır. Tərəflərin ailə münasibətləri alınmadığından aralarından olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X6 ananın himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. xx.xx.2023-cü il təvəllüdlü X7 tərəflər aralarında olan nikah pozulduqdan sonra doğulmuşdur. İddiaçı hazırda cavabdehdən birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 235 manat məbləğində alimentin tutulmasını xahiş etsə də, araşdırma zamanı iddiaçı cavabehin əmək haqqısında artırma olmamasını nəzərə alaraq, cavabdehdən birgə nikahdan doğulumş xx.xx.2023-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmasını və uşağın yetkinlik yaşına çatanadək saxlanmaısı üçün hər ay 220 manat məbləöində aliment tutulmasını xahiş etmiş, cavabdeh isə aldığı əmək haqqının 550 manat olmasına baxmayaraq, uşaqlarına bacardığı qədər köməklik edəcəyini bildirmişdir. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə işin diqqətə layıq hallarını, tərəflərin birgə nikahlarından, lakin nikahları pozulduğdan sonra doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatmadığını, ana qayğısına daha çox ehtiyacı olduğunu, uşağın faktiki olaraq ananın yanında qaldığını, iddiaçının uşağın bundan sonra da onun yanında qalmasında təkid etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, xx.xx.2023-cü il təvəllüdlü X7 –anası İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Məhkəmə qeyd olunanları və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. İddiaçı Zəngilan Rayon Məhkəməsinin 2(034)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh tərəfindən ödənilən 220 manat məbləğində alimentin miqdarının dəyişdirilərək 235 manat məbləğində müəyyən edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı bu tələbindən imtina edərək, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməməsini xahiş etdiyindən məhkəmə iddiaçının bu xahişi nəzərə alaraq, iddianın alimentin artırılması hissəsində təmin edilməməsi qənaitinə gəlir. Azərbaycani Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının əmək qabliyyətli olmasını, həmçinin uşaqların saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin maddi vəziyyətini, iddiaçının rəsmi qaydada işləməməsi barədə məhkəməyə sübut təqdim etmədiyini nəzərə alıb hesab edir ki, iddia tələbi uşaq 3 yaşına çatanadək onun saxlaması üçün cavabdehin əlavə xərcə cəlb olunması hissəsində təmin edilməmlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X7 anası-İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-309/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-309/2024
15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver