Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-31/2024 03.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı “Atasığorta» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Atasığorta» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «sığorta xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 manat məbləğində pul vəsaitinin utulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, e-2(034)-31/2024 saylı mülki iş üzrə tərəflər arasında razılıq əldə olunduğundan MPM-nin 259.0.11-ci maddəsinə əsasən ərizəninin baxılmamış saxlanmasını məhkmədən xahiş etmişdir. Cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçı “ Atasığorta» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Atasığorta» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-31/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-31/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver