Məhkəmə qərarları › İş №e-2(034)-368/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-368/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-368/2025 02.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Yusif qızının və onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdehin nümayənədsi X5 iştirakı ilə, İddiaçı Yusif qızının Cavabdeh qarşı «müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Yusif qızı Cavabdeh qarşı «müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-36/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, İddiaçı ilə Cavabdeh birgə rəsmi nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı Yusif qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh rəsmi nikah münasibətinə daxil olmuş və birgə nikahından xx.xx.2020-ci il tarixli X9 doğulmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-36/2023 saylı qətnaməsinə əsasən aralarında olan xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 550 saylı nikah qeydi ləğv edilmişdir. Birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X9 onun himayəsində saxlanılmışdır. Həmin qətnaməyə əsasən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində əsaslı dəyişiklik olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, Cavabdeh “İnstagram” səhifəsindən edilmiş çıxarışla təsdiq edilir ki, o, hazırda Türkiyə Respublikasının Kocaeli vilayətinin Gebze şəhərində yerləşən “X15” xəstəxanasında “genel cerrah” vəzifəsində işləyir. Sosial şəbəkələrdən əldə edilmiş və iddia ərizəsinə əlavə edilmiş məlumatlardan göründüyü kimi Türkiyə Respublikasında 5-10 il təcrübəsi olan ümumi cərrahların illik maaş aralığı 115.000-180.000 TRY (türk lirəsi) təşkil edir. Yəni, hazırki dövrdə Azərbaycan manatının məzənnəsinə müvafiq olaraq Cavabdeh aylıq əmək haqqı 8046 manat təşkil edir. Bundan əlavə Cavabdeh instagram vasitəsi ilə verdiyi məsləhətlər, iş yerindən aldığı mükafatlar və gecə növbəsində də işləməsi ilə əlaqədar aylıq maaşından başqa digər gəlirləri də vardır. Cavabdeh maddi vəziyyətində əsaslı dəyişiklik olması səbəbindən ondan tutulan alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. Bütün bu hallar onu göstərir ki, cavabdehin aylıq gəliri və ümumi qazancı yüksək məbləğdədir. Bu isə onun daha yüksək aliment ödəməyə imkanı olduğunu sübut edir. Uşağın qidalandırılması, geyimi, təhsili və digər zəruri xərclər cavabdehin ödədiyi alimentdən qat-qat artıq xeyli pul tələb edir. Uşağın məsrəfləri, böyüdükcə gündən-günə artır. Onun qayğısını və ehtiyaclarını iddiaçı özü tək başına çəkir. Uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Cavabdeh Aslanov X4 Şurasının mediatrı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, Bakı 16 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli№ 8-2/2016 saylı Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqadarının dəyişdirilməsi (artırılması və ya azaldııması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərər almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il № tarixli 15 nömrəli Qərarının 1.2.4-cü bəndinə əsasən Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli № 8- 2/2016 saylı Qərarının 8.13-cü bəndinin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; Göstərilənlərə əsasən birgə rəsmi nikahından doğulmuş xx.xx.2020ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmşdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətinə daxil olmuş və tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixli X9 doğulmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-36/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Aslanova (Cəmilzadə) Bəhriyə Yavər qızı arasında xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 550 saylı nikah qeydi ləğv edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X9 anası X2 himayəsində saxlanılmışdır. Həmin qətnaməyə əsasən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində əsaslı dəyişiklik olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, Cavabdeh “İnstagram” səhifəsindən edilmiş çıxarışla təsdiq edilir ki, o, hazırda Türkiyə Respublikasının Kocaeli vilayətinin Gebze şəhərində yerləşən “X15” xəstəxanasında “genel cerrah” vəzifəsində işləyir. Sosial şəbəkələrdən əldə edilmiş və iddia ərizəsinə əlavə edilmiş məlumatlardan göründüyü kimi Türkiyə Respublikasında 5-10 il təcrübəsi olan ümumi cərrahların illik maaş aralığı 115.000-180.000 TRY (türk lirəsi) təşkil edir. Yəni, hazırki dövrdə Azərbaycan manatının məzənnəsinə müvafiq olaraq Cavabdeh aylıq əmək haqqı 8046 manat təşkil edir. Bundan əlavə Cavabdeh instagram vasitəsi ilə verdiyi məsləhətlər, iş yerindən aldığı mükafatlar və gecə növbəsində də işləməsi ilə əlaqədar aylıq maaşından başqa digər gəlirləri də vardır. Sonda iddiaçının nümayəndəsi məhekəmədən iddianın təmin ounmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh ilə birgə rəsmi nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi və iddianın təmin oulnması barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, Cavabdeh onun oğlu olduğunu bldirərək izahatında bildirmişdir ki, oğlu Türkiyədə işləyir, hər ay vaxrtlı vaxtında 300 manat aliment ödəyir. İddiaçı tərəf oğlunun və onların uşaqla görüşməsinə maneəçilik törədir. Oğlu 200 manat aliment kəsildiy halda 300 manat ödəniş edir. Ovladıdır, baxmaladır, amma ana da ata ilə uşağın görüşməsinə maneçilik törətməməlidir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-36/2023 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay 200 manat aliment olsa da, o hər ay 300 manat aliment ödəyir. Nəvəsinin onlarla görüşünə icazə vermirlər. Oğlunun avqust ayında müqaviləsinin müdddəti bitir. Sonda cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə verməsini bildirdi. Məhkəmə, tərəflərin izahatlaırını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/16/2025-00301 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh Aslanov X4 prosesini davam etdirməyə razılıq verməmişdir. -İş materiallarında olan Cavabdeh “İnstagram” səhifəsindən edilmiş çıxarışdan görünür ki, o, hazırda Türkiyə Respublikasının Kocaeli vilayətinin Gebze şəhərində yerləşən “X15” xəstəxanasında “genel cerrah” vəzifəsində işləyir. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X6 valideyinidir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-36/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı Yusif qızının xeyrinə tutulmuşdur. -İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 2023-cü il tarixdən başlayaraq 2025-ci ilin mart ayına kimi müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. -İş materiallarında olan həkim sözləşməsindən görünür ki, Aslanov X7 vilayətinin Gebze şəhərində yerləşən “X15” xəstəxanasında “genel cerrah” vəzifəsində işləyir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarənda aliment tutulur. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan oların xx.xx.2020-ci il təvəllüdlü X9 doğulmuş, tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-36/2023 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaq iddiaçının, yəni ananın himayəsində saxlanılmışvə həmin qətnaməyə əsasən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş və alimentin miqdarı müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində əsaslı dəyişiklik olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi məhkəmə qətnaməsi ilə 200 manat aliment kəsildiy halda oğlu tərəfindən iddiaçıya 300 manat ödəniş edilməsini, iddiaçının isə onların uşaqla görüşmələrinə maneəçilik törətməsini əsas gətirərək iddianı qəbul etməməsinə baxmayaraq, həm təqdim edilmiş sübutlarla, həm də tərəflər verdikləri izahatlarında bildirmişlər ki, cavabdeh hazırda Türkiyə Respublikasının Kocaeli vilayətinin Gebze şəhərində yerləşən “X15” xəstəxanasında “genel cerrah” kimi fəaliyyət göstərir, cərrah kimi aylıq əmək haqqısı 115.000-180.000 türk lirəsi, Azərbaycan manatının məzənnəsinə müvafiq olaraq 8046 manat təşkil edir. Araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə iddiaçıya ödənilən aliment hazırkı dövrdə uşağın qidalanması, geyimi, təhsili və digər zəruri xərclərini ödəmir və həmin xərclərin ödənilməsi üçün yüksək məbləğdə vəsait tələb olunur. Uşağın böyüdükcə gündən-günə artan təlabatlarını, məsrəflərini iddiaçı tək başına ödəməli olur, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də bu maddi tələbatları ödəmək tək qadın olaraq iddiaçı üçün böyük çətinliklər yaradır. Ona görə də iddiaçı cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulmasını tələb edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli№ 8-2/2016 saylı Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqadarının dəyişdirilməsi (artırılması və ya azaldııması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini nəzərə alaraq, tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin iddiaçı X1 xeyrinə tutulması qənaətinə gəlir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-36/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, tərəflərin birgə rəsmi nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar